ÜST: COVAX qlobal mexanizmi çərçivəsində dünyanın yüzdən artıq ölkəsinə peyvənd göndərilib
Cenevrə, 9 aprel, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, COVAX təşəbbüsü çərçivəsində indiyədək dünyanın yüzdən artıq ölkəsinə ümumilikdə 38,4 milyon peyvənd dozası çatdırılıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq qurum mart və aprel ayları üçün ləngimələrə baxmayaraq, bu ilin ilk yarısında COVAX çərçivəsində peyvənd sifariş edən bütün ölkələrin peyvəndlə təmin olunacağını elan edib. Beynəlxalq təşəbbüsün hədəfi dünyada peyvənd dozalarının ədalətli bölgüsü və hamı üçün əlçatanlı olmasını təmin etmək üçün bu ilin sonunadək iki milyard peyvənd dozasının paylanmasını həyata keçirməkdir. Təşəbbüs çərçivəsində hazırda “AstraZeneca”, “BioNTech” və Hindistanın Zərdablar İnstitutu (Sİİ) tərəfindən istehsal olunmuş peyvəndlər iştirakçı ölkələrə göndərilir.
Qeyd edilməlidir ki, COVAX qlobal mexanizmi çərçivəsində ilk peyvənd partiyası bu il fevralın 24-də Qanaya göndərilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]