“UTair” aviaşirkətinin Moskva–Gəncə reysi ehtiyat hava limanına yönləndirilib
Bakı, 26 yanvar, AZƏRTAC
“UTair” aviaşirkətinə məxsus Moskva–Gəncə istiqamətində həyata keçirilən UTA-743 saylı reys, təyinat məntəqəsində müşahidə olunan əlverişsiz hava şəraiti – duman səbəbindən hava gəmisinin kapitanının qərarı ilə ehtiyat hava limanı olaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirilib.
Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, “Boeing 737“ tipli hava gəmisi yerli vaxtla saat 11:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.
Sərnişinlərin və uçuşun təhlükəsizliyi prioritet olaraq təmin olunub. Uçuşun davamı ilə bağlı qərar hava şəraitindən asılı olaraq “UTair” aviaşirkəti tərəfindən veriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən bütün zəruri əməliyyat prosedurları operativ şəkildə icra olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:56]
Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 10.08.2026 [18:43]
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]