ÜZEYİR HACIBƏYOVUN 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ GECƏ
Tanınmış müğənni AZƏRTAC-ın müxbirinə demişdir ki, 2005-ci il dahi bəstəkarımız Üzeyir Hacıbəyov ilidir. Bu münasibətlə Vətənimizin hüdudlarından uzaqlarda yaşayan həmvətənlərimiz qüdrətli sənətkarın yubileyinə həsr olunmuş bədii gecəni yüksək səviyyədə keçirdilər. Tədbir Toronto şəhərinin “York Woods” Teatrında təşkil olunmuşdu. Azərbaycan opera sənətinin nümayəndəsi kimi bu konsertdə çıxışımdan böyük qürur hissi duydum. Bu konsertdə məni Amerikada yaşayan həmyerlimiz, məşhur pianoçu Çingiz Sadıqov müşayiət edirdi. Mən “Arşın mal alan” operettasından Əsgərin, ”Koroğlu” operasından Koroğlunun ariyalarını və bəstəkarın romanslarını ifa etdim. Kanadalı qadın-müğənni Ancela Di Serio isə Gülçöhrənin (“Arşın mal alan”), Nigarın (“Koroğlu”) ariyalarını ifa etdi. Onunla birgə Əsgərin və Gülçöhrənin duetini oxuduq. Konsertdə simli kvartetə rəhbərlik edən skripkaçı Rüfət Əmirəliyevin və pianoçu Rəna Əmirəliyevanın da hərarətli alqışlarla qarşılandı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:03]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]