SİYASƏT
Valdis Zatlers: Bakı Forumunun mədəniyyətlərarası dialoqun inkişafı baxımından çox böyük önəmi var
Bakı, 9 mart, AZƏRTAC
Qlobal Bakı Forumu çox əhəmiyyətli tədbirdir. Forum humanitar əməkdaşlığın möhkəmləndirilməsi və qlobal problemlərin həlli yollarının müzakirəsi üçün geniş platformadır.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers söyləyib.
Sabiq Prezident bildirib ki, Azərbaycanın təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi baxımından çox böyük önəm daşıyır.