Valeriya: Azərbaycan milli mətbəxini çox sevirəm
Bakı, 28 iyul, AZƏRTAC
Artıq üçüncü ildir ki, “Jara” festivalında iştirak edirəm. Bu möhtəşəm musiqi hadisəsini səbirsizliklə gözləyirəm. Qeyd etmək istərdim ki, bu festival dünyada ən populyar və möhtəşəm musiqi festivalıdır. İnsanlar çox qonaqpərvərdir. Burada məxsusi atmosfer hökm sürür. Artistlər üçün məkan, fan zona hər bir detal yüksək səviyyədədir. Özümü evimdəki kimi hiss edirəm. Bakını çox sevirəm.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində musiqi aləmində Valeriya kimi tanınan Rusiyanın Xalq Artisti Alla Perfilova söyləyib.
Azərbaycana tez-tez səfər etdiyini bildirən Valeriya İçərişəhəri, ölkəmizin mətbəxini çox sevdiyini vurğulayıb. O deyib: “Ümumiyyətlə, "Jara"da təmiz nəfəs var. “Sea Breeze” və onun ətrafında- dəniz, günəş, külək həm də yeni yaradıcı mühit var. Burada tamaşaçılar fəal və emosionaldırlar. Builki festivaldan, əlbəttə daha çox hərarət və həyəcan gözləyirik. Odur ki, biz “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya həvəslə gəlmişik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]