Vasili Berezutski: "Qarabağ"la final oyununa ciddi hazırlaşmışıq
Bakı, 29 may, AZƏRTAC
Bizi "Qarabağ"la gərgin və maraqlı oyun gözləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunda "Qarabağ"la keçirəcəkləri final matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını qeyd edib: "1 aydır yaxşı hazırlıq keçirik. Məsuliyyətimizin fərqindəyik. Komandamızda hər şey qaydasındadır. Hazırda yalnız kubok oyunundan qalib ayrılmağa köklənmişik. Qələbə üçün əlimizdən gələni etməliyik".
O, şansların 50-nin 50-yə olduğunu vurğulayıb: "Bir çoxları bu qarşılaşmada "Qarabağ"ı favorit hesab edir. Lakin mən şansların bərabər olduğunu düşünürəm".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan Kubokunun final oyunu saat 19:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]