Vaşinqton İranla atəşkəs haqqında Təl-Əvivi məlumatlandırıb
Bakı, 22 aprel, AZƏRTAC
Vaşinqton ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs rejimini aprelin 26-dək uzatdığı barədə Təl-Əvivi məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, Ynet portalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, İsrail tərəflərin aprelin 26-dək razılığa gələ biləcəyini düşünmür. Portal, həmçinin Donald Trampın rəsmən atəşkəsin yeni müddətini elan etmədiyini vurğulayıb.
Mənbə bildirib ki, ABŞ media orqanları əvvəllər də atəşkəsin müddəti ilə bağlı ziddiyyətli məlumatlar dərc edib.
Çərşənbə günü "New York Post" qəzeti Donald Trampın növbəti bir neçə gün ərzində İranla sülh danışıqlarının baş tuta biləcəyini dediyini yazmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]