Vaşinqtonda “Xəyali qonşular: Çinə yapon baxışı, 1680–1980” adlı sərgi açılır
Bakı, 16 fevral, AZƏRTAC
“Xəyali qonşular: Çinə yapon baxışı, 1680-1980” adlı sərgi 2024-cü il martın 16-dan sentyabrın 3-nə qədər ABŞ paytaxtının “Freer” qalereyasında təqdim olunacaq.
AZƏRTAC Smitson Milli Asiya İncəsənət Muzeyinin rəsmi saytına istinadla xəbər verir ki, sərgidə Meri və Çeyni Koulz kolleksiyasından olan və 2018-2022-ci illərdə Milli Asiya İncəsənət Muzeyinə hədiyyə edilmiş yapon incəsənət əsərləri nümayiş olunacaq.
Edo dövründə (1603-1868) feodal Yaponiya əhəmiyyətli dərəcədə digər ölkələrə qapalı olub. Üç yüz il ərzində çox vaxt “ədib” adlandırılan dağınıq yapon rəssamlar hərəkatı ilham almaq - həm təqlid, həm də rəqabət üçün mənbə kimi qonşu Çinə müraciət edib.
Ola bilsin ki, Koulz kolleksiyası Yaponiya hüdudlarından kənarda yapon “ədiblər”inin ən böyük və əhatəli əsərlər toplusudur. Bu sərgidə təqdim olunmuş rəsm əsərləri və kalliqrafiya reallığı təxəyyül ilə birləşdirir və yapon rəssamlarının Çin ilə davamlı, mürəkkəb əlaqəsinin dərk edilməsi üçün vacib olaraq qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]