VATİKAN KARDİNALI MÜSƏLMANLARDAN İBRƏT GÖTÜRMƏYƏ ÇAĞIRIR
Arinze, görünür, Məhəmməd Peyğəmbərə karikaturaları nəzərdə tutaraq demişdir: “İsa Məsihi alçaldanlar xristianlığa xas bağışlamaq və sevmək xüsusiyyətimizdən sui-istifadə edirlər. Elə dinlər var ki, onların ardıcılları bu dinlərin əsasını qoyanları təhqir edəndə sözlə kifayətlənmirlər. Ona görə də xristianlara nə etmək lazım olduğunu göstərməyəcəyəm və birini digərinə hörmətlə yanaşmağa məcbur edəcək qanuni addımlar atacağam”. Lakin kardinal “qanuni tədbirlər”in təfərrüatını açıqlamamışdır.
Den Braunun “Da Vinçi kodu” kitabında İsa Məsihin həyatının gizli cəmiyyət tərəfindən əsrlər boyu hifz olunan naməlum məqamlarını açmaq üstündə baş vermiş qətl hadisəsindən söhbət gedir. Roman belə bir ehtimal üzərində qurulmuşdur ki, guya İsa Məsih Mariya Maqdalina ilə evlənmiş və ondan uşaqları olmuşdur. Kitab beynəlxalq bestsellerə çevrilmiş və indiyədək 40 milyon nüsxədən çox satılmışdır.