Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vatikan qəzeti Azərbaycan ərazisindəki Qafqaz Albaniyası xristian memarlığından yazıb

Vatikan qəzeti Azərbaycan ərazisindəki Qafqaz Albaniyası xristian memarlığından yazıb

Vatikan, 25 iyul, AZƏRTAC

Müqəddəs Taxt-Tacın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetində “Xristianlığın köklərində. Azərbaycanda Alban Apostol Kilsəsinin izində. Qədim Qafqaz Albaniyasına səyahət” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizə səfər edən qəzetin jurnalisti Rossella Fabiani məqaləsində Azərbaycanda xristianlıq, qədim alban irsi, ölkəmizdə yaşayan dini icmaların vəziyyəti, eləcə də tarixi faktlara və həqiqətlərə geniş yer ayırıb. Yazıda 1836-cı ildə çar I Nikolayın Alban kilsəsini ləğv edib Erməni Qriqorian kilsəsinə tabe etmək qərarına gəldiyi diqqətə çatdırılıb.

Məqalədə Qafqazda Alban Apostol Kilsəsinin yaranmasının eramızın IV əsrinə təsadüf etdiyi bildirilir. Vurğulanır ki, qədim Qafqaz Albaniyası şimalda dağlardan cənubda Araz çayına, şərqdə Xəzər dənizindən qərbdə Gürcüstan (o zaman İberiya) sərhədlərinə qədər uzanırdı. Bu gün onun ərazisində udi icması sayəsində hazırda da mövcud olan bu qədim kilsənin izlərini aşkarlamaq üçün üç min kilometrə yaxın məsafə qət etdiyimiz Azərbaycan yerləşir. Qafqaz Albaniyası dünyada həvari Faddeyin şagirdi vaiz Yeliseyin yaydığı xristian dinini qəbul edən ilk ölkələrdən biri olub. Qüdsün ilk patriarxı Müqəddəs Yaqub tərəfindən Qafqaza göndərilən Yelisey onun öz sözləri ilə desək, Faddeyin ona nəql etdiyi kimi, İsanın həyatından ilhamlanaraq Qafqazda Şərq ayinli qədim Alban Apostol Kilsəsinin “toxumlarını” səpib.

Qeyd olunur ki, Yeliseyin səyahəti uzun çəkib. O, Qüdsdən yola çıxıb, bir neçə ölkə keçərək müxtəlif dillər və tayfaların töhfəsi ilə çoxəsrlik tarix formalaşdıran, plüralist, multietnik və multikultural kimlik ərsəyə gətirən diyar olan Şəki rayonundakı Kiş kəndinə gəlib və burada Qafqaz Albaniyasının ilk kilsəsini qurub. Yazılı mənbələr və maddi mədəniyyət nümunələri I əsrdən başlayaraq burada dominant etnik qrup albanlar olmaqla, 26 tayfadan ibarət böyük bir mozaikanın mövcud olduğunu sübut edir. Bunlara gellər, leqlər, udilər (albanların birbaşa varisləri hesab olunurlar), qarqarlar, çilblər, silvlər, lupenlər, sovdelər və kaspilər daxildir. Müxtəlif mədəniyyətlərə və dinlərə malik icmalara ev sahibliyi etdiyi bilinsə də, Azərbaycanın indi süqut etmiş hesab olunmasına baxmayaraq, kilsənin və icmasının hələ də var olduğu Qafqaz Albaniyası adı ilə tanınan böyük bir krallığın mərkəzində yaradılan Şərq ayinli Alban Apostol Kilsəsinin beşiyi olduğu az məlumdur. 1937-ci ildə gürcü dilçisi İliya Abuladze erməni əlyazmasını araşdırarkən bir sıra qeyri-adi əlifbalar aşkar edənədək bu sivilizasiya və kilsənin mövcudluğu uzun müddət məlum olmayıb. 1947-ci ildə Azərbaycanın Mingəçevir şəhərində böyük bəndin tikintisi zamanı erməni əlyazmasında tapılanlarla eyni olan yeni yazılar aşkar edilib. Bir neçə il sonra - 1952-ci ildə əvvəlkilərlə eyni əlifbadan ibarət yeni əlyazma tapılıb. 1975-ci ilin mayında Misirin Sinay dağındakı Müqəddəs Yekaterina monastırında bir sıra yerləri məhv edən yanğından sonra çökmüş döşəmənin altında salamat qalan bir məkan ortaya çıxıb. Orada XVIII əsrdən bəri 140-ı gürcü mənşəli olmaqla, 1100 əlyazma saxlanılırmış. Onlardan ikisi həlledici rolu ilə fərqlənirdi: N Sina 13 və 55, perqament üzərində yazılmış kodekslər. X əsrə aid olan iki əlyazma bütövlükdə hər birində sözlər arasında boşluq qoyulmadan iki sütunda düzülmüş alban dilində mətndən ibarət palimpsestlər idi (əsl mətnin yenisi ilə əvəz olunması üçün istifadə olunan material). İki palimpsestin yazısını Matenadaran əlifbası MS, 7117 və Azərbaycanda 1947-ci və 1952-ci illərdə aşkarlanmış qəbir daşı yazıları ilə müqayisə etdikdən sonra alman alimləri Jost Gippert və Volfgang Schulze belə qənaətə gəliblər ki, iki gürcü əlyazması N Sina 13 və 55 alban dilində tərtib olunub və günümüzə gəlib çatmamış əlyazmanın bir hissəsi olub. Lakin hər şeydən əvvəl Sinay palimpsestləri albanların liturgik dili ilə udilərin müasir dili arasında davamlılığı sübut edirdi.

Məqalədə, eyni zamanda, bildirilir ki, bu tapıntılar əsasında Qafqaz Albaniyasında ilk kilsələrin I əsrə aid olduğunu iddia edən orta əsr yazılı mənbələrinin haqlı olduğunu söyləmək mümkündür. Bu xüsusda Musa Kalankatuklunun (VII əsr) “Albaniya tarixi” kitabında yazdığı fikirlər əvəzsizdir: “Qüdsdə Yelisey İsanın qardaşı, Yerusəlimin birinci patriarxı olan Müqəddəs Yaqub tərəfindən təyin edilib. Yelisey Şərqi bir hədiyyə olaraq qəbul edib. Azərbaycanın şimalında yerləşən Quis (Kiş) kəndinə gəlib, burada kilsə təsis edib, qurban kəsib. Bu yer kilsələrimizin ilkin mənbəyi, qədim paytaxtların əsası və əzəmət məkanının başlanğıcıdır”. Lakin yalnız IV əsrin ortalarında (313-cü ildə Milan Fərmanından sonra) Alban kralları rəsmi olaraq xristianlığı qəbul edib və Qafqaz Albaniyasının ilk paytaxtı Qəbələdə yerli pul zərb etməyə başlayıb. Bu, IV əsrdən VII əsrə qədər davam edən xristian memarlığının inkişafının ikinci mərhələsinin başlanğıcı idi. Beləliklə, xristianlıq çoxtayfalı Alban dövlətinin birləşməsində mühüm amilə çevrilib. Qədim inanclara aid abidələrin yerləşdiyi məkanlar bazilikaların və kilsələrin tikintisi üçün bünövrə rolunu oynayıb. XII əsrdə isə Alban kilsəsi intibah dövrünü yaşayıb. Bu dövrdə yeni kilsələr tikilib, ən qədimləri bərpa edilib, yeni memarlıq nümunələri yaradılıb. Buna misal olaraq 1204-cü ildə tikilən və Kəlbəcər rayonunda yerləşən Xatirəvəng monastırını, eləcə də 1214-cü ildə inşa olunan və UNESCO tərəfindən ümumdünya əhəmiyyətli abidə kimi qeydə alınan Xudavəng monastırını göstərmək olar. Bundan əlavə, Ağdərə rayonunda yerləşən və əsası 1216-cı ildə qoyulmuş Gəncəsər monastırı. Onun epiqraflarından birində “Alban patriarxının göstərişi ilə albanlar üçün tikilib” yazılıb. Bu, çar I Nikolayın Alban kilsəsini ləğv edib erməni Qriqorian kilsəsinə tabe etmək qərarına gəldiyi 1836-cı ilə qədər müstəqil qalan Alban knyazlığının mənəvi mərkəzi olan monastırdır.

Vurğulanır ki, 1828-ci ildə Osmanlı və Fars imperiyalarından gələn ermənilərin Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinə köçürülməsini nəzərdə tutan Türkmənçay müqaviləsinin imzalanması ilə artıq yavaş-yavaş alban kilsəsinin tənəzzülü baş verib. Bundan sonra Qafqaz Albaniyasının irsinin qreqorianlaşdırılması prosesi başlayıb. Lakin 1918-1919-cu illərdə Qarabağda apardığı arxeoloji ekspedisiya zamanı sovet Ermənistanı Elmlər Akademiyasının prezidenti, şərqşünas İosif Orbeli Qarabağın kilsə və monastırlarının, xüsusən də Gəncəsərin divarlarında həkk olunmuş mindən çox epiqrafı tədqiq və təsvir edib. Erməni arxeoloqu “Gəncəsar və Havotsptuk kitabələri” kitabında dərc etdirdiyi tədqiqatın nəticələrinə əsasən belə nəticəyə gəlib ki, mədəni memarlıq irsi ümumdünya irsinin, xüsusən də xristian irsinin ayrılmaz hissəsi olan Qafqaz Alban Kilsəsinin irsidir.

“Azərbaycana səfər onu daha yaxından tanımaq üçün, sadəcə, başlanğıcdır”, - deyə jurnalist Rossella Fabiani məqaləsində vurğulayıb.

Qeyd edək ki, bu, jurnalistin ölkəmizə səfərinə dair yazdığı silsilə məqalələrin birincisidir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub