Vatsap-da süni intellektlə işləyən çat funksiyası işə salınıb
Bakı, 21 noyabr, AZƏRTAC
Vatsap özünün “Google Play” beta proqramı vasitəsilə yüklənə bilən ən son yenilənmiş versiyasının (WhatsApp 2.23.24.26) "Çatlar" bölməsində yeni funksiyanı işə salıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, söhbət adlar siyahısını adlayaraq süni intellekt vasitəsilə çatlara keçid etməyi asanlaşdıran və yeni çat işarəsinin üstündə yerləşən düymədən gedir.
Bu dəyişiklik istifadəçilərin vaxtına qənaət edilməsinə, eləcə də proqramdan istifadənin sadələşdirilməsinə və asanlaşdırılmasına yönəlib. Bu funksiya hazırda məhdud beta-tester qrupu üçün əlyetərlidir, lakin tezliklə daha geniş auditoriya tərəfindən istifadə olunacağı gözlənilir.
Bundan əlavə, vatsap, bloklanmış çatlara daxil olmaq üçün gizli kod və istifadəçilərə iş və şəxsi ünsiyyət söhbətlərini ayırmağa kömək edən ayrıca profil seçimi kimi digər maraqlı beta funksiyalarının hazırlanması üzərində işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]