Venesuela COVID-19 əleyhinə vaksini neftlə mübadilə etməyə hazırdır
Madrid, 29 mart, AZƏRTAC
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkə çıxarılan neftin bir hissəsini COVID-19 əleyhinə vaksinlərlə dəyişə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Venesuelanın dövlət başçısı Nikolas Maduro COVID-19 ilə mübarizə tədbirlərinin həftəlik monitorinqi zamanı bildirib. “Neft vaksinlər üçün, biz hazırıq”, - deyə Venesuela Prezidenti söyləyib.
O, həmçinin vurğulayıb ki, o cümlədən COVAX proqramı çərçivəsində, vaksinlərin ödənilməsi üçün xaricdə dondurulmuş pulların dövriyyəyə buraxılması ilə bağlı qanuni niyyətində israr etməyə davam edəcək. Maduronun sözlərinə görə, bu proqram vasitəsilə ölkə 2,4 milyon doza əldə edəcək ki, bu da Venesuelanın ehtiyaclarının 20 faizinə bərabərdir.
Pandemiya başladıqdan bəri Venesuelada təxminən 156 min 655 yoluxma və 1575-dən çox ölüm halı qeydə alınıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]