Venesuelada 10 min qeyri-qanuni mədənçi qoruqlardan çıxarılıb
Bakı, 3 aprel, AZƏRTAC
Bolivar Milli Silahlı Qüvvələrinin strateji əməliyyat komandanlığının rəhbəri Dominqo Hernandez Larezin açıqlamasına görə, Venesuela hökuməti ölkənin cənubundakı təbiət qoruqlarından 10 mindən çox qanunsuz mədənçini çıxarıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, qorunan ərazilər Venesuelanın cənubundakı Bolivar əyalətində yerləşir və burada qeyri-qanuni mədənçilik fəaliyyəti nəticəsində son zamanlar ekoloji qəzaların sayı artır.
Qeyri-qanuni mədənçilərin təhlükəsiz marşrutla çıxarıldığını deyən Dominqo Hernandez əlavə edib ki, milli parklar və təbiət qoruqları hərtərəfli qorunmalıdır. Onun sözlərinə görə, həmin ərazilərdə açıq mədən istismarı qəti qadağan olunub.
Qeyd edək ki, ötən ildən bəri Venesuela hakimiyyəti Amazon bölgəsində və digər ekoloji əhəmiyyətli ərazilərdə qeyri-qanuni mədən işlərinin dayandırılması üçün tədbirləri gücləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]