Vergi orqanlarında işləmək istəyənlər üçün keçirilən tеst imtаhаnının nəticələri açıqlanıb
Bakı, 30 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.
İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216-sı imtahana gəlməyib. Bir nəfər imtahandan xaric edilib, 108 namizəd müsabiqə şərtini ödəyərək 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]