İQTİSADİYYAT
VERGİDƏN YAYINANLAR BARƏDƏ CİDDİ TƏDBİRLƏR GÖRÜLÜR
Araşdırmalar nəticəsində, həmçinin saxta vergi hesab-fakturalarından istifadə etdikləri və ya əlavə dəyər vergisi əvəzləşdirilməsini düzgün aparmadıqları üçün avqust ayında 160 vergi ödəyicisi üzrə 8,8 milyard manat əvəzləşdirilmiş məbləğin hesabatlarda və şəxsi hesab vərəqələrində bərpa edilməsi təmin olunmuşdur.
Bundan başqa, dövlət reyestrində qeydiyyatda olmayan beş müəssisə üzrə 39128,2 milyon manatlıq əməliyyat və iki vergi ödəyicisinin təqdim etdiyi saxta vergi hesab-fakturası əsasında əvəzləşdirmə aparıldığı aşkar edilmişdir.
Vergilər Nazirliyi vergidən yayınmağa cəhd göstərən hüquqi və fiziki şəxslərin nəzərinə bir daha çatdırır ki, vergi qanunvericiliyinin pozulması hallarına qarşı bundan sonra da qanunun tələblərinə uyğun surətdə ciddi tədbirlər görüləcəkdir.