VERGİLƏR MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR VERGİ YÜKÜNÜN ARTIRILMASINA YÖNƏLMİŞDİR
Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı davam etməkdə və bu, cəlb olunan sərmayələrin həcmində, ümumi daxili məhsulun artım sürətində, büdcə gəlirlərinin artmasında özünü aydın şəkildə göstərir. Bu, yanvarın 6-da Vergilər Nazirliyində keçirilən mətbuat konfransında bir daha vurğulanmışdır.
Mətbuat konfransında çıxış edən Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev demişdir ki, iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasətinin əsas istiqaməti büdcə gəlirlərini təmin etməklə yanaşı, ölkədə iqtisadi inkişafı sürətləndirmək, əlverişli sərmayə mühiti yaratmaq və sahibkarlığın inkişafını stimullaşdırmaqdan ibarətdir. Vergi Məcəlləsinə əlavə və dəyişikliklər barədə qanunun qəbul edilməsi də bununla bağlıdır. Əlavə və dəyişikliklər vergi inzibatçılığının səmərəliliyinin artırılmasına, vergi ödəyicilərinin mənafelərinin qorunmasına, vergidən yayınma hallarının qarşısının alınmasına yönəldilmişdir. Bunun vergi yükünün artırılmasına aidiyyəti yoxdur.
Respublikada vergi daxilolmaları və vergi proqnozlarının ilbəil artdığını xatırladan idarə rəisi bildirmişdir ki, ötən il 5 trilyon 26 milyard manat vəsait toplanmışdır, 2005- ci il üçün isə proqnoz 35,3 faiz çoxdur.
Sonra jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]