VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN M Ə L U M A T I
Nəsimi rayonu Vergilər İdarəsinin operativ nəzarət şöbəsinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları martın 26-da Bakının dəmiryolu vağzalında aparılan reyd zamanı Moskva-Bakı qatarında üzərində aksiz markası olmayan və bəzilərində Rusiyanın aksiz markası yapışdırılmış 2400 qutu siqaret aşkar etmişlər. Aparılan araşdırmalardan sonra məlum olmuşdur ki, göstərilən miqdarda mal fiziki şəxslər tərəfindən respublikaya qeyri-qanuni yolla gətirilmişdir.
Siqaretlər əsasən “Zolotaya yava”, “Novost”, “Super-prima”, “Astra”, “Slims”, “XX1 vek”, “Vest” markalarından ibarətdir. Bununla yanaşı, üzərində Rusiya aksiz markası olan 60 ədəd “Kristal” arağı da aşkar edilmişdir. Faktla bağlı tərtib olunmuş sənədlər müvafiq orqanlar tərəfindən araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]