Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Ramiz Vaqif oğlu Qasımovun şəhidliyinin birinci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri və Xəzər Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

“İlkimiz, sonumuz, andımız Vətən!” adlı vətənpərvərlik tədbirində əvvəlcə “Milli şahinlərimiz Vətən müharibəsində” klipi nümayiş etdirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himnimiz səsləndirilib.

Polkovnik Abdulla Qurbani Azərbaycan tarixinin şərəfli səhifələrindən olan Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin xalqımızın və dövlətimizin həyatında mühüm əhəmiyyətindən danışıb, bu qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, qəhrəman Ordumuzun hərbi qulluqçularının igidlik və şücaətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin, qətiyyətinin, hücum diplomatiyasının və dəmir yumruğunun Qələbəsi olduğunu vurğulayıb. Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin 44 günlük Vətən müharibəsinin ilk günündən son gününədək düşmənə qarşı əks hücum əməliyyatlarında xüsusilə fərqləndiyini qeyd edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad edilməsi zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilən hərbi qulluqçularımızdan biri də polkovnik-leytenant Ramiz Qasımovdur.

R.Qasımov 1975-ci il fevralın 17-də Beyləqan rayonunda anadan olub. 1992-ci ildə Beyləqan şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Ordusunda Uçuş Hazırlığı Təlim Mərkəzini və Azərbaycan Ali Hərbi Təyyarəçilər Məktəbini bitirib. Hərbi Hava Qüvvələrində vertolyot eskadrilyasının axtarış-xilasetmə xidmətinin aviasiya manqasının şturmanı vəzifəsindən Aviasiya bazası komandirinin uçuşların təhlükəsizliyi üzrə müavini - uçuşların təhlükəsizliyi bölməsinin rəisi vəzifəsinədək yüksələn Ramiz Qasımov harada, hansı vəzifədə xidmətindən asılı olmayaraq həmişə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib. 2016-cı il Aprel döyüşlərində və 2020-ci il Tovuz döyüşləri zamanı Hərbi Hava Qüvvələrimizin döyüş salnaməsinə parlaq səhifələr yazıb.

Yüksək “Snayper” dərəcəsinə yüksələn təlimatçı, sınaqçı milli pilotlarımızdan olan Ramiz Qasımov sağlığında 7 döyüş medalı ilə təltif olunub.

Azərbaycan Silahlı Qüvvələrinin veteranı olan təcrübəli və peşəkar pilotumuz neçə-neçə milli təyyarəçi kadrın yetişməsində, formalaşmasında səylərini əsirgəməyib. Komandanlıq və şəxsi heyət arasında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də yüksək mənəvi və iradi keyfiyyətlərə malik şəxsiyyət, mütəxəssis kimi fərqlənib.

Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsinin ilk günündə düşmən üzərinə əks-hücuma keçən polkovnik-leytenant Ramiz Qasımov öz ekipajı ilə Ağdərə-Tərtər istiqamətində hərbi əməliyyatlar zamanı düşmənin radio-elektron mübarizə vasitəsini, zenit-raket kompleksini məhv edib, düşmənə canlı qüvvə sarıdan xeyli itkilər verib. Lakin onun idarə etdiyi döyüş vertolyotu vurulduqdan sonra o, yaralanmasına baxmayaraq mülki əhalinin zərər çəkməməsi üçün vertolyotu təhlükəsiz istiqamətə kənarlaşdırıb, ekipaj üzvlərinin gəncliyini nəzərə alaraq onların birinci olaraq tullanmasına şərait yaradıb, özü isə sonuncu olaraq kabinəni tərk edib.

Ağır zədə alan pilot həkimlərin 25 günlük ciddi səylərinə baxmayaraq komadan ayılmayıb və 2020-ci il oktyabrın 20-də şəhidlik məqamına ucalıb.

Hərbi Hava Qüvvələrinin Komandanı - müdafiə nazirinin müavini, general-leytenant Ramiz Tahirov xalqımızın ümummilli lideri Heydər Əliyevi xatırlayaraq deyib: “Ulu Öndərimiz istəyirdi ki, bizim güclü milli aviasiyamız olsun, istəyirdi ki, bizim cəsur şahinlərimiz olsun. Bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər, o cümlədən keçmiş illərdə bizim millətə bu sahədə bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycan xalqı istedadlı xalqdır, onun istedadı hərbi sahədə də ən yüksək səviyyədə ola bilər. Azərbaycanlıların istedadı, qabiliyyəti havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Bu gün dahi liderimizin, eləcə də şəhidlərimizin ruhları şaddır ki, xalqımız və ordumuz öz gücünü, qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində qazandığımız Qələbə həm də Heydər Əliyev ideyalarının, arzularının həyata keçməsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər qoşun növləri ilə yanaşı, Hərbi Hava Qüvvələrimiz də yeni zəfər tariximizə layiqli səhifələr yazmışdır”.

Diqqətə çatdırılıb ki, Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının da Vətən müharibəsində xidmətləri dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən 7 səma şahinimizdən biri də bu gün şəhidliyinin birinci ildönümünü qeyd etdiyimiz polkovnik-leytenant Ramiz Qasımovdur. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, Azərbaycan Ordusu var Ramiz kimi qəhrəman oğullar unudulmayacaq, onların xatirəsi həmişə əziz tutulacaq.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək şəhidlərin ailə üzvlərinin daim diqqətdə saxlanılmasından, onların sosial problemlərinin daha da yaxşılaşdırılması üçün görülən məqsədyönlü tədbirlərdən bəhs edib və şəhid Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun ailəsinin bundan sonra da daim qayğı ilə əhatə olunacağını bildiriblər.

Şəhidin Beyləqan rayonundan gələn qardaşları Çingiz və Mübariz Qasımovlar və şəhidin həyat yoldaşı Günel Qasımova göstərilən ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin və Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıq ediblər.

Mayor Musayıl Fətəliyev sevimli komandirini minnətdarlıq hissi ilə xatırlayıb, həyatda yaşamasına görə ona borclu olduğunu deyib və bundan sonra da Vətənə ölməz qəhrəmanımız Ramiz Qasımov kimi xidmət edəcəyinə and içib.

Şəhidin övladları Gülanə, Gülay və Vaqifin ataları haqqında danışdıqları xatirələr tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Xatirə mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin və incəsənət ustalarının təqdim etdikləri “Daim göylərdədir ruhu Ramizin” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Oktyabrın 22-də Vətən Müharibəsi Qəhrəmanının İkinci Şəhidlər xiyabanındakı məzarı ziyarət edilib, qarşısına güllər düzülüb, ruhuna dualar oxunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası