Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidi mayor Taleh Kərimovun xatirəsi yad edilib

Bakı, 31 avqust, AZƏRTAC

Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından-qanından keçərək şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun hərbi qulluqçularından biri də mayor Taleh Adil oğlu Kərimovdur.

Yeddi bacının tək qardaşı olan Taleh Sumqayıt şəhərində dünyaya göz açıb. Yaşasaydı, 36 yaşı tamam olacaqdı.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 30-da nazirliyin bir qrup hərbi qulluqçusu Sumqayıt şəhərində olub, Şəhidlər xiyabanını ziyarət edərək mayor Taleh Kərimovun məzarı üzərinə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti rəsmilərinin, şəhidin yaxınlarının, Vətən müharibəsi iştirakçılarının və qazilərin, şəhid ailələri üzvlərinin, xidmət yoldaşları və döyüşçü dostlarının iştirak etdiyi anım tədbirində polkovnik Abdulla Qurbani mayor Taleh Kərimovun zabit kimi yüksək əxlaqi, iradi keyfiyyətlərə malik bir zabit, insan, səmimi, təvazökar, vətənpərvər bir insan olduğunu bildirib və onunla bağlı xatirələrini söyləyib.

Diqqətə çatdırılıb ki, sağlığında xidmətləri yüksək qiymətləndirildiyi kimi, ölümündən sonra da Vətən, xalq, dövlət qarşısında xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək dəyərləndirilib.

Sumqayıtdakı “İstedad” liseyini müvəffəqiyyətlə başa vurub hərbçi olmaq istəyini ailədə bildirəndə heç kim - nə valideynləri, nə də yeddi bacısı onunla razılaşmayıb. “Ailədə tək oğulsan, sən də orduya getsən, bəs biz kimin ümidinə qalacağıq?”,- deyərək onu fikrindən döndərməyə çalışsalar da, Taleh inadından dönməyib. O, respublikamızın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üz tutub. Hələ kursant olduğu vaxtlarda “Azərbaycan Ordusu” qəzetinin müxbirinin “Nə üçün zabitlik peşəsini seçdin? sualını bu cür cavablandırıb: “Mən sizin bu sualınıza ulu öndər Heydər Əliyevin bir vaxtlar dediyi fikirlərlə cavab vermək istərdim. “Azərbaycan öz oğullarına - təcrübəli mütəxəssislərə bu gün həmişəkindən daha çox möhtacdır. Elə mütəxəssislərə ki, həmvətənlərini öz arxasınca aparmağa, düşmənin qarşısında igidliklə durmağa, onu pərən-pərən salıb doğma torpaqdan qovmağa qadirdirlər”.

Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas” kursunu müvəffəqiyyətlə bitirən gənc zabit bütün xidməti boyu Ulu Öndərin dediklərini öz əməli fəaliyyəti ilə doğruldub. Motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi - kəşfiyyat taqımının komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin baş zabiti vəzifəsinə, “mayor” hərbi rütbəsinədək ucalıb. Xidmətləri komandanlıq tərəfindən həmişə yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti adından müdafiə nazirinin əmri ilə 5 yubiley və döyüş medalı ilə təltif olunub. Ata və anası dünyasını dəyişsələr də yeddi bacı tək qardaşları ilə fəxr edib, qürur duyublar. Taleh Kərimov hamının sevimlisinə çevrilib.

Vətən müharibəsinin ilk günündən hərbi hissənin kəşfiyyat rəisi - kəşfiyyat bölməsinin rəisi kimi döyüşlərə qatılıb. Xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsində mühüm kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirib. Hərbi əməliyyatlar zamanı mərmilər dolu kimi yağanda, topların gurultusundan yer-göy bir-birinə qarışanda, qan su yerinə axanda mayor Taleh Kərimov Ulu Öndərimizin arzu etdiyi kimi həmvətənlərimizi öz arxasınca aparıb, düşmən qarşısında igidliklə durub, onları pərən-pərən salıb doğma torpaqdan qovmağa qadir olduğunu bir daha təsdiqləyib.

Yeddi bacının tək qardaşı mayor Taleh Kərimov 2020-ci il oktyabrın 30-da Qubadlı rayonunda sübh tezdən mühüm kəşfiyyat tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla şəhid olub. Yeddi bacı və onun ömür-gün yoldaşı Nəzakət xanım, eləcə də döyüşçü dostları, tabeliyindəki kəşfiyyatçılar bu ağır itkiyə üzülsələr də, onun göstərdiyi qəhrəmanlıqlardan qürur duyaraq “Vətən sağ olsun!” deyiblər.

Müdafiə Nazirliyi hər bir şəhidin xatirəsini əziz tutur, onların göstərdiyi şəxsi şücaət və igidlik nümunələrinin təbliği, adlarının əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirir, gənc əsgər və zabitlərə onları örnək olaraq təqdim edir.

Mayor Taleh Adil oğlu Kərimov ölümündən sonra Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni və bir neçə döyüş medalı ilə təltif olunub.

General-mayor Hilal Nəcəfov mayor Kərimovun cismən aramızda olmadığını, onun daim xatirələrdə yaşayacağını əminliklə bildirib: “Mən Talehi çox yaxşı tanıyırdım. Dəfələrlə onunla söhbət etmişəm, məruzələrini dinləmişəm, tapşırıqlar və göstərişlər vermişəm. Çox gözəl insan, məsuliyyətli zabit idi. O, zabitlik peşəsini seçəndə bilirdi ki, bu peşə heç də asan peşə deyildir. Ancaq şərəfli, milləti, xalqı, torpağı qorumaq peşəsidir. O, həm də yaxşı bilirdi ki, qarşıda böyük vəzifələr durur, uzun yol durur. Bu yol isə hamar deyil, enişli-yoxuşludur.

Taleh sevdiyi yolu seçdi, bu yollarla kişi kimi irəlilədi. Şəhidlik zirvəsinə qədər şərəfli bir yol keçdi. Təsəllimiz ondadır ki, mayor Kərimovun bütün şəhidlərimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, dəmir yumruğun sayəsində şəhidlərimizin intiqamını döyüş meydanlarında vuruşaraq aldıq. Qazandığımız möhtəşəm qələbəyə görə biz, ilk növbədə, şəhidlərimizə, o cümlədən taleyinə zabitlik peşəsi, bir də tarixi qələbə yazılan Taleh qardaşımıza minnətdarıq.

Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi Hacı Rauf Sumqayıtdakı Şəhidlər xiyabanının əsl ziyarətgaha çevrildiyini, insanların buraya gələrkən qürur hissi keçirdiklərini, Qələbə şəhidlərinin qəhrəmanlıqları ilə öyündüklərini vurğulayıb. Şəhidlik mövzusunda ibrətamiz söhbətləri ilə şəhidlərimizin ölməzliyini, əbədiliyini bir daha qeyd edib, şəhidlərin müqəddəs ruhuna dualar oxuyub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzrə iş şöbəsinin müdiri, Vətən müharibəsinin qazisi, ehtiyatda olan kapitan Tərlan Hacı-zadə şəhid ailələrinə göstərilən hərtərəfli dövlət qayğısından, onların sosial problemlərinin həlli istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlərdən danışıb və hazırda Sumqayıtda da Prezident Sərəncamı ilə təsis olunmuş 27 sentyabr Anım Gününə ciddi hazırlıq işlərinin görüldüyünü, Şəhidlər xiyabanında geniş tikinti-abadlıq işlərinin aparıldığını qeyd edib.

Tədbir başlanandan şəhid mayorun məzarı qarşısında farağat vəziyyətində dayanan Vətən müharibəsi qazisi Bahadur Talıbov növbəti əməliyyatı yada salaraq deyib: “Bu əməliyyatın həm komandirim, həm də mənim üçün son əməliyyat olacağını gözləmirdik. İnanırdıq ki, bu dəfə də verilən tapşırığı uğurla yerinə yetirərək, geri dönəcəyik. Başqa cür də ola bilməzdi. Komandirimiz əməliyyata elə peşəkarlıqla hazırlaşar, elə plan cızardı ki, heç vaxt peşman olmazdıq. Bir də mayor Kərimov əsgərlərin arxası ilə döyüşə gedən zabit deyildi. O, döyüşçüləri arxası ilə aparan komandir idi. Hər bir əsgərə əmanət kimi baxar, övladı olmasa da, tabeliyində olan hər bir döyüşçünü özünə oğul bilər, onları qoruyardı. Komandirimizin tədbirli, düşünülmüş hərəkətləri nəticəsində neçə-neçə kəşfiyyatçımız ölümün pəncəsindən xilas olmuşdu. Qubadlı uğrunda döyüşlərdə əziz komandirim canından keçdi, mən isə gözümdən oldum. Lazım gələrsə, Vətənim üçün ikinci gözümdən də keçməyə hazıram. Təki Vətən sağ olsun, komandirimin ruhu şad olsun!”.

Polkovnik Abdulla Qurbani Şuşada keçirilən Vaqif poeziya günlərinin rəsmi açılışında dövlətimizin başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi fikirlərlə şəhid mayorun məzarı qarşısında keçirilən anım tədbirinin başa çatdığını bildirib: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan Qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq”.

Qələbə şəhidlərindən biri olan mayor Taleh Kərimovun vaxtilə yaşadığı binanın həyətində də qələbəlik var idi. Burada şəhidin şərəfinə inşa edilən xatirə abidəsinin açılış mərasimində icra hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, qazilər, şəhid ailələrinin üzvləri çıxış ediblər.

Şəhidin həyat yoldaşı Nəzakət xanım və bacısı Pərvanə xanım göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Müdafiə Nazirliyinin, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və bütün tədbir iştirakçılarına minnətdarlıqlarını çatdırıblar.

Çıxış edənlər təkcə yeddi bacının tək qardaşı deyil, hamımızın qardaşı, əzizi, doğması olan mayor Taleh Kərimovun xatirəsinin nə qədər ki Azərbaycan var, Azərbaycan xalqı var əbədi yaşayacağına əminliklərini bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb