Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidi Vüqar Nəcəfovun xatirəsi anılıb

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Ordusunun igid zabitlərindən olan Vüqar Aydın oğlu Nəcəfov 1988-ci il avqustun 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq zabitlik peşəsinə yiyələnib. Cəbhə bölgəsində yerləşən hərbi hissədə motoatıcı və atəş dəstək taqımının komandiri kimi xidməti vəzifələrinin öhdəsindən şərəflə gəlib, “kapitan” hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 2-də şəhidlik məqamına yüksəlib.

Bu, Ordubad rayonunun ucqar Dırnıs kəndindən başlayıb müqəddəs ziyarətgahları ilə məşhur olan Cəbrayılda şəhidliklə sonuclanan bir Azərbaycan gəncinin, Azərbaycan zabitinin qısa və şərəfli ömür yoludur.

Şəhid Vüqar Nəcəfovun doğum günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəsmiləri, ailə üzvləri, yaxınları, döyüşçü dostları, Sabunçu və Ordubad rayonlarının bir qrup sakini avqustun 10-da İkinci Şəhidlər xiyabanına gələrək qəhrəman döyüşçünün məzarını ziyarət edib, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə respublikamızın ərazi bütövlüyünün qorunması və bərpası uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Ziyarətçilər qarşısında çıxış edən polkovnik Abdulla Qurbani bütün bölgələrimizdən pərvazlanan igidlər kimi ordubadlı gənclərin də Vətən uğrunda, müstəqilliyimiz uğrunda mübarizədə, döyüşlərdə həmişə öncüllər sırasında olduğunu bildirib. Vaxtilə İkinci Dünya savaşında dövrün ən yüksək “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülən general-mayor Nəcəfqulu Rəfiyevin, Buxenvald ölüm düşərgəsində gizli antifaşist təşkilatının rəhbərlərindən biri olmuş əfsanəvi azərbaycanlı qəhrəman Əkbər Ağayevin və faşizm üzərində Qələbənin qazanılmasında müstəsna xidmətləri olan dünya şöhrətli alimimiz akademik Yusif Məmmədəliyevin də Ordubadın yetirdiyi görkəmli şəxsiyyətlərdən olduğunu qeyd edib.

Dırnıs kəndinin tarixinə və sakinlərinin əməksevər, vətənpərvərliyinə yaxından bələd olan A.Qurbani nəzərə çatdırıb ki, keçən əsrin əvvəllərində öz bədnam niyyətlərini Türkiyədə həyata keçirə bilməyən qaniçən Andranikin qiyamçı terror dəstələri tez-tez Naxçıvanın da kəndlərinə hücum edir, yaşayış məntəqələrinə od vuraraq yandırır, qadınlara, uşaqlara, qocalara aman vermədən vəhşicəsinə qətlə yetirir, minlərlə günahsız insanın qanını axıdırdılar. Quduzlaşmış erməni cəlladları ağlasığmaz amansızlıqlarla südəmər körpələri süngülərə, şanalara sancır, ahıl insanların kürəklərinə yanar samovarlar bağlayır, adamları diri-diri quyulara dolduraraq öldürür, məscidlərə toplayaraq onlara od vururdular. Carbas dağında özlərinə mövqe seçmiş daşnak tör-töküntüləri Dırnıs kəndinin üzərinə od ələyir və kəndi daim təhlükə altında saxlayırdı. Belə bir müdhiş zamanda türk qardaşlarımız harayımıza gələrək kəndin igid oğulları ilə birlikdə düşmənin layiqli cavabını veriblər. Türk zabiti Həsəni Bəşir və Mərcan çavuş haqqında əfsanəyə çevrilən xatirələr bu gün də ordubadlıların qan yaddaşından silinməyib.

Mərasimdə vurğulanıb ki, türk qardaşımız Həsəni Bəşir Vüqar yaşda olanda Ağamət dərəsində düşmənlər tərəfindən qətlə yetirilsə də, bütün kənd əhalisi köməyə gələn igid məhmətciklərlə çiyin-çiyinə verərək erməni quldurlarının bu dağlardan, dərələrdən tamamilə təmizlənməsinə nail olublar. Həsəni Bəşirin nəşi kəndə gətirilərək böyük izdihamın iştirakı ilə Sənək dağının ətəyində dəfn edilib.

Sovet ideologiyasının sərt rejiminin tüğyan etdiyi zamanlarda bütün qadağalara baxmayaraq, igid türk əsgərinin məzarı yerli əhali tərəfindən mühafizə edilib, üzərinə ağ mərmərdən başdaşı qoyularaq elin ziyarətgahına çevrilib.

Ötən əsrin sonlarında - 90-cı illərdə Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətlərində erməni silahlı birləşmələri yenidən baş qaldıranda, təxribatlar törədəndə, ərazilərimizə hücum cəhdləri ediləndə kəndin cavanları bu məzarın önündə and içərək Vətənin müdafiəsinə qalxıb, ata-babalarımızın qəhrəmanlıq ənənələrini döyüşlərdə uğurla davam etdiriblər. Onlardan biri də 1992-ci ildə Sədərəkin müdafiəsində şəxsi igidlik və şücaət nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan Fariz Sabir oğludur. Kəndin ilk şəhidi ağsaqqalların məsləhəti ilə Sənək dağında, qəhrəman türk əsgərinin məzarı ilə yanaşı dəfn edilib. İndi bu zirvədə 10-dan çox şəhid məzarı var.

Şəhid V.Nəcəfovun müəllimi Rayət İmaməliyev öz sevimli şagirdi haqqında xatirələrini bölüşüb: “Vətənpərvər, çalışqan şagird idi. Peşə seçimini edəndə heç də təəccüblənmədim. Axı, onun atası da kəndimizdə mahir döyüşçü kimi ad çıxarıb. Bir də ki, bu gün bütün ixtisaslarla yanaşı, peşəkar hərbçilərə də böyük ehtiyacımız var. Biz Vüqarı Həsəni Bəşirin və şəhidlərimizin uyuduğu müqəddəs məkandan Bakıya yola saldıq. Böyüklər xeyir-dua verdilər. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Valideynləri onu diqqətdən kənarda qoymayaraq Bakı şəhərinə köçdülər. Daim onun təhsili ilə maraqlanırdım. Bir gün eşitdim ki, artıq hərbi məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu müvəffəqiyyətlə bitirib, Xocavənd rayonu istiqamətində ön səngərdədir. Hər dəfə kəndimizə gələndə ilk üz tutduğu yer yenə də Sənək dağı olardı. Böyük arzularla yaşasa da, arzusuna çatmaq ona qismət olmadı. Ancaq təsəllimiz ondan ibarətdir ki, qanı yerdə qalmadı, intiqamı döyüş meydanında alındı, tarixi ədalət bərpa edildi və torpaqlarımızın işğaldan azad edilməsinə nail olduq”.

Rayət müəllim şəhidin valideynlərinə bir daha səbir-dözüm arzulayıb və Vüqarı yola salarkən dediyi türk şairi Mehmet Emin Yurdakulun məşhur şeirindən parçalar söyləyib.

Şəhidin atası Aydın Nəcəfov Naxçıvanın igid müdafiəçilərindəndir. Ordubadın ilk könüllü özünümüdafiə dəstəsinin tərkibində Soyuqdağda, Sədərəkdə, Kərməçataqda, Şadada, Ağbulaq dağlarında, Qara Quzeydə böyük fədakarlıqlar göstərib. 1992-ci ilin sentyabrında erməni quldurları pusqu quraraq çoban Əşrəf Abbasovla Xəlil Xəlilovu əsir götürüblər. Onların nə öldüsündən, nə də qaldısından xəbər yox idi. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin sayəsində dağlarda axtarışların aparılması məqsədilə helikopter göndərilib və bir neçə gündən sonra ermənilər tərəfindən işgəncə ilə öldürülən çobanların nəşi tapılaraq Ordubad şəhərinə gətirilib.

Malik İbrahim qəbiristanlığında keçirilən dəfn mərasimində çıxış edən ulu öndərimiz Heydər Əliyev şəhidlərin ailələrinə başsağlığı verib və xalqı birliyə, düşmənə qarşı mübarizədə ayıq-sayıq, barışmaz olmağa çağırıb. O gün Aydın Nəcəfov da Ordubadın bir qrup dəliqanlısı ilə birlikdə çobanların intiqamını tezliklə alacaqlarına and içərək döyüşlərə yollanıb və elə həmin günün axşamı düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurublar.

Aydın Nəcəfov çıxış edərək deyib: “Müharibə bizim taleyimizə yazılıb. Mən də gəncliyimi səngərlərdə keçirdim, oğlum da. Ancaq fəxr edirəm ki, biz istəyimizə nail olmasaq da, oğlum və onun sıralarında zabit kimi xidmət etdiyi Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qısa bir zamanda xalqımıza böyük Zəfərin sevincini yaşatdı. Halal olsun oğlum, sən həm Həsəni Bəşirin, həm də Farizlərin qanını yerdə qoymadın. Atanın çörəyi, ananın südü halalın olsun! Sən mənim adımı oğluna vermişdin. Əmin ol ki, oğlum, balaca Aydın da babasının, atasının yolunu davam etdirəcək. Nə qədər canımda can var bu arzuma çatmaq üçün çalışacağam”.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, kapitan Vüqar Nəcəfov nümunəvi və peşəkar zabit kimi xidmətdə həmişə fərqlənib, komandanlığın etimadını doğruldub, şəxsi heyət içərisində sayılıb-seçilən zabitlərdən biri olub. Sağlığında “Azərbaycan Ordusunun 90 illiyi (1918-2008)” yubiley medalı, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonra şəhidin ailəsinə Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin “Vətən müharibəsi şəhidləri” adlı xatirə kitabının nüsxəsi təqdim edilib.

Tədbir “Mehtər” marşının sədaları altında başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır