Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vətən müharibəsi şəhidləri” kitabının Şəmkirdə keçirilən təqdimat mərasimində qürurverici anlar yaşanıb

Bakı, 7 avqust, AZƏRTAC

Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə nəfis tərtibatda nəşr olunan “Vətən müharibəsi şəhidləri” çoxcildliyinin birinci kitabı şəhid ailələri, Azərbaycan Ordusunun şəxsi heyəti və xalqımız tərəfindən böyük maraqla qarşılanır. Artıq iki aya yaxındır respublikamızın şəhər və rayonlarında müəllifin iştirakı ilə silsilə tədbirlər keçirilir, ensiklopedik xarakterli xatirə kitabının nüsxələri şəhid ailələrinə, muzey və kitabxanalara hədiyyə edilir. Bakı, Gəncə, Şəki, Biləsuvar, Cəlilabad, İsmayıllı, Astara və digər şəhərlərdə reallaşan tədbirlərdən şəhid ailələri minnətdarlıqla, qürurverici hisslərlə ayrılırlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunub. Müdafiə Nazirliyi rəsmilərinin, Şəmkir Rayon İcra Hakimiyyəti rəhbərliyinin, Vətən müharibəsi şəhidlərinin Şəmkir rayonunda yaşayan ailə üzvlərinin, hərbi qulluqçuların və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən, Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev təqdimat mərasimini açaraq deyib ki, iki aydan sonra xalqımız və ordumuz ilk dəfə olaraq sentyabrın 27-ni Anım Günü kimi qeyd edəcək. Hələ 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb və bu Sərəncam bütün dünya azərbaycanlıları tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanıb. Sərəncamda qeyd olunur ki, Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütünlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib.

Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Natiq Prezident Sərəncamına əsaslanaraq bir daha tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Elə bu məqsədlə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşüb, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırıb, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsini qərara alıb. Hazırda respublikamızın bütün regionlarında olduğu kimi, Şəmkir rayonunda da 27 sentyabr - Anım Gününə ciddi hazırlıq işləri görülür.

Sonra F.Vəliyev 28 il öncə Murovdağ uğrunda döyüşlər zamanı yaxından tanıdığı, yaradıcılığına, xidmətlərinə bələd olduğu Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbanini tədbir iştirakçılarına təqdim edərək onun gərgin zəhmətinin bəhrəsi olan “Vətən müharibəsinin şəhidləri” silsiləsindən birinci kitab barədə fikirlərini bildirib: “Vətən müharibəsində hərbi əməliyyatlar zamanı itkin düşən və bu yaxınlarda nəşi azad edilən ərazidən çıxarılaraq böyük izdihamın iştirakı ilə rayonumuzda son mənzilə yola salınan şəhidimizin dəfn mərasimində müəllif bu nəşri mənə təqdim etmişdi. Səkkiz yüz səhifədən ibarət olan kitabı oxudum. Həm kədərləndim, həm də qürur hissi keçirdim. Ona görə kədərləndim ki, bu cür igid oğulları vaxtsız itirmişik. Ona görə qürur hissi keçirdim ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında heç bir şəhidimizin qanı yerdə qalmayıb. Onların intiqamı döyüş meydanında alınıb. Torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Möhtərəm Prezidentimizin də dediyi kimi biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etmişik. Bir də ona görə qürurlandım ki, Vətən müharibəsi şəhidlərinin sıralarında bizim rayondan da onlarla igidimizin adı var. Hər bir şəhid bizim fəxrimiz, qürurumuz, xalqımızın qızıl fondu, onların ailə üzvləri isə ən mötəbər sakinlərimizdir”.

Müdafiə Nazirliyinin rəhbərliyinin adından şəhidlərin ailə üzvlərini salamlayan polkovnik A.Qurbani cəbhə xatirələrindən danışıb, kitabda haqqında yazdığı Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin bir çoxunu əvvəllər tanıdığını, döyüşlər zamanı onlarla görüşdüyünü, göstərdikləri şəxsi igidlik və şücaətləri yaxından izlədiyini bildirib. O, oktyabrın 27-də sonuncu dəfə Qubadlı rayonunun Muradxanlı kəndində görüşərək doğma rayonu Laçının kəndlərinin bir-bir azad olunması münasibətilə təbrik edib mükafatlandırdığı yaxın dostu polkovnik-leytenant Rəşad Sadıqovu yada salaraq kövrəlib.

Şəhidin anası Fəlakət xanım və qardaşı Səbuhi səhnəyə dəvət edilərək kitabın nüsxəsi təqdim olunub. Onlar doğmaları Rəşadın da unudulmadığına, xatirəsinin əziz tutulmasına görə minnətdarlıq ediblər.

Vətən müharibəsinin ilk günündə Tərtər və Ağdərə rayonları istiqamətində döyüş meydanına atılaraq xidməti vəzifəsinin öhdəsindən layiqincə gələn və bir gün sonra hərbi əməliyyatlar zamanı şəxsi igidlik nümunələri göstərərək şəhid olan gizir Cavid Məmmədov və oktyabrın 1-də Murovdağ zirvələrinin azad olunması uğrunda gərgin döyüşlər zamanı şəhadətə yetişən onun qardaşı, gizir Çingiz Məmmədovun anası səhnəyə qalxanda tədbir iştirakçıları göz yaşlarını gizlədə bilməyiblər.

Şəhid anası isə başını dik tutaraq deyib: “Biz 1988-ci ildə Dərələyəz mahalının Ələyəz kəndindən, doğma yurd-yuvamızdan məcburi qaçqın düşmüşük. O vaxtlar Azərbaycan bizə qucaq açdı. Övladlarım da burada doğulub, Azərbaycanın duz-çörəyi ilə böyüdülər. Azərbaycan uğrunda da şəhid oldular. Ağırdır, çətindir, mənim hər iki qanadım sınıb. Ancaq təsəllim bircə ondadır ki, balalarımın qanları yerdə qalmadı. İnanıram ki, biz hazırda düşmən əsarətində olan Zəngəzura, Göyçəyə, Vediyə, elə bizim allı-güllü Dərələyəz mahalına da qayıdacağıq. Bu kitabı isə şəhid oğullarımın xatirə guşəsinə qoyacaq, onları hər gün öpüb-oxşayacağam. Vətən sağ olsun!”

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və bir neçə döyüş medalı ilə təltif olunan kapitan Hafiz Abdurrəhmanovun həyat yoldaşına kitab təqdim edilərkən Ülviyyə xanım “Saçımın birini ağ, birini qara hörərək bütün çətinliklərdən çıxacağam. Hafizin iki yadigarını atalarının adına layiq övladlar kimi böyüdərək boya-başa çatdıracağam. Bir an da olsun şəhid Hafizimin ruhunun incidilməsinə rəvac verməyəcəyəm. O, bizim üçün, ailəmiz üçün ölməyib”, - sözlərini deyəndə salonda “Əhsən!” nidaları eşidilib.

Kapitan Hikmət Hacıyevin, gizir Emin Alməmmədovun, gizir Etibar Cəfərovun anaları Məhluqə Hacıyeva, Xədicə Alməmmədova və Elmira Cəfərova da “Şəhidimizlə fəxr edirik. Onlar el içində başımızı uca elədilər. Vətən sağ olsun!” deyə “Vətən müharibəsi şəhidləri” adlı kitabı qiymətli hədiyyə kimi qəbul ediblər.

Mehman Qəhrəmanov Birinci Qarabağ müharibəsi veteranıdır. O da hərbçi olub. Almaniyanın Maqdeburq şəhərində sovet ordusu sıralarında xidmət edərkən 1998-ci ilin oktyabrında oğlu Ruslan həmin şəhərdə dünyaya gəlib və ailə Azərbaycana qayıtdıqdan sonra ata Milli Orduda xidmətini davam etdirib, Ruslan isə illərin qanadında böyüyərək ata yolunu seçib. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Zabit ixtisas kursu”nu bitirib. Kapitan hərbi rütbəsinədək yüksəlib.

Mahir rabitəçi kimi tanınan kapitan R.Qəhrəmanov Füzuli və Xocavənd rayonlarının bir çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə xidməti vəzifələrinin öhdəsindən peşəkarlıqla gəlib və doğulduğu ayda da şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və bir neçə döyüş medalı ilə təltif olunub. Şəhidin atası Mehman Qəhrəmanov oğlu ilə qürur duyduğunu, gəlini Elsevərin vəfasından, sədaqətindən razı qaldığını və şəhid övladının qoxusunu onlardan aldığını deyib.

Kitab şəhidin qızı balaca Aygünə təqdim olunarkən o, atasına həsr olunmuş bir şeiri söyləyib və həmin şeir iştirakçılara duyğulu anlar yaşadıb.

Kapitan Arzu İsgəndərov bu ilin payızında 50 illiyini ümumxalq bayramı kimi qeyd edəcəyimiz Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsidir və o, bu məktəbin məzunu olmaqdan həmişə böyük qürur duyub. Şəhidin atası Seymur İsgəndərova kitab təqdim edilərkən o, bildirib ki, əgər əmr olarsa, mən də oğlumun əvəzindən silaha sarılıb Vətən uğrunda savaşmağa hazıram.

Gizir İlkin Ələsgərlinin atası Bəkir Ələsgərli və gizir Üzeyir Rüstəmovun qardaşı Rauf Rüstəmov da şəhid oğul və qardaşları haqqında xatirələrini bölüşüb və adlarına qəhrəmanlıq dastanları yazılan doğmaları ilə fəxr etdiklərini diqqətə çatdırıblar.

Polkovnik Rasim Manafov Azərbaycan Ordusunun bu gün də Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətlərində düşmənin təxribatlarının, eləcə də döyüş mövqelərimizə hücum cəhdlərinin qarşısını mərdliklə aldığını və şəhidlərimizin qanları bahasına azad etdiyimiz tarixi torpaqlarımızın etibarla qorunduğunu qeyd edərək “Bayrağımız etibarlı əllərdə, dəmir yumruğumuz isə yerindədir!” deyib.

Şəmkir rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı ehtiyatda olan baş leytenant Sərdar Namazov bundan sonra da Müdafiə Nazirliyi ilə əlaqəli şəraitdə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.

Şəhid ailələrinə təqdim edilən “Vətən müharibəsi şəhidləri” xatirə kitabı ilə yanaşı, şair-publisist A.Qurbaninin şeirlərinə görkəmli və tanınmış bəstəkarlardan Xalq artistləri Eldar Mansurov, Faiq Sücəddinov, Əməkdar artist Gövhər Həsənzadə və Azad Zahidin yazdıqları Zəfər nəğmələri Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Cahangir Qurbanov və Mətləb Ağayev tərəfindən məharətlə ifa olunub.

Sonda ulu öndər Heydər Əliyevin abidəsi qarşısında xatirə şəkli çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb