ORDU
Vətən müharibəsinin xronikası: 1 noyabr
Bakı, 1 noyabr, AZƏRTAC
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
1 noyabr - müharibənin 36-cı günü
• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində davam edib. Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin 8 müxtəlif tipli topu, 2 rabitə qülləsi məhv edilib. Azərbaycan Ordusu müasir texnoloji silahlarla Ermənistan silahlı birləşmələrinin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini sıradan çıxarıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
• Ermənistan silahlı qüvvələrinin hərbi yük maşınları partladılıb.
• Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb.
• Düşmənə məxsus iki ədəd “Qrad”, iki artilleriya batareyası, hərbi avtomobil korteji sıradan çıxarılıb.
• Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü.
• Düşmənin xeyli sayda canlı qüvvəsi aviazərbələrlə məhv edilib.
• FHN: Ermənistan silahlı qüvvələrinin meşələri və mülki obyektləri raketlərdən atəşə tutması nəticəsində yanğınlar baş verib.
• ANAMA: Cəbhəyanı ərazilərdə top və minaatan mərmiləri, tank əleyhinə silahlar aşkarlanıb.
• AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Tərtər rayonunun yaşayış məntəqələrində çəkilişlər aparıblar.