Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən sevdası ilə dolu 44 gün...

Vətən sevdası ilə dolu 44 gün...

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan xalqı Vətən müharibəsinin başlamasının ilk ildönümünü yaşayır. Qarabağ uğrunda 44 gün davam edən Haqq savaşımız Azərbaycanın qeyd-şərtsiz qələbəsi ilə başa çatdı. Bu qələbənin arxasında isə bir neçə faktor durur. Əvvəla, o vurğulanmalıdır ki, Azərbaycan maliyyə və insan resursları baxımından Ermənistan üzərində çox əhəmiyyətli bir üstünlüyə malik idi. Belə ki, erməni rəsmi şəxslərinin elə özlərinə istinadən desək illər ərzində ermənilər eyforiyaya qapılaraq, məğlubedilməz erməni ordusu xəyallarına özlərini inandırıb, işləri-gücləri dövlət büdcəsini talamaq, yunan adalarında torpaq almaqdan ibarət idi. Bu, məsələnin materialist tərəfi olsun. Lakin bir də məsələnin mənəvi tərəfi var ki, bu da torpaq sevdası, Vətən qübarıdır. Ermənidə bu yox idi, axı olsa idi illər ərzində bir daş üstünə daş qoyardılar. Axı insan özünə aid olanı nə yıxmaz, nə dağıtmaz, nə də başqa əllərə yar etməz. Erməni də insandır. Necə insandır, təbii ki, bu diskussiyaya açıq mövzu olsa da, bizim üçün cavabını illər, əsrlər ərzində törətdikləri caniliklərlə, vəhşiliklərlə artıqlaması ilə özləri veriblər. Təəssüf, ona görə insan kimi ifadə edildi ki, insan sevdası üçün yuxarıda sadalanan heç bir fakta zərrə qədər olsa belə əsas verməz.

Bu fikirləri politoloq Şəbnəm Həsənovanın “Vətən sevdası ilə dolu 44 gün...” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “İnsan Vətənini, özünə aid olanı nə yıxmaz, nə dağıtmaz. Əksinə, sevər, bəsləyər, əzizləyər... Axı torpaq qanla sulanmış, əl zəhməti ilə yoğrulmuş Tanrının insana bəxş etdiyi nemətlərdən biridir. Bütün dünyanı və bəşəriyyəti ağuşuna alan xəstəliklər qarşısında insan dərk etdi ki, sağlamlıq hər şeydən önəmlidir, can hər şeydən şirindir... 44 gündə isə Azərbaycan xalqı bu stereotiplərin hamısını sındırdı, yerlə bir etdi. Sübut etdi ki, insan üçün ən ali nemət torpaqdır. Üzərində gəzmək sevdası ilə yanıb-tutuşduğun torpaq üçün o şirin candan da gözünü qırpmadan keçirsən. Azərbaycan qadını illər ərzində oğlunu belə böyütdü. Erməni qadını müharibə zamanı əlinə silah alıb, keçirdiyi şou xarakterli təlimlərlə bütün dünyanın gülüş obyektinə çevrilərək ikrah hissi ilə qarşılanarkən Azərbaycan qadını, xanım ismətinin ən gözəl, ən incə nümunəsi olan ölkəmizin birinci xanımı Mehriban Əliyeva müharibə ərzində xalqa verdiyi mesajlarla hər bir şəhid övladını öz övladı bildi, şəhid analarını dərin sevgi ilə o geniş ürəyinə, sinəsinə basdı, bütün dünyaya sülh göyərçinləri göndərdi və bununla da bütün dünyanın rəğbətini qazandı. Ən önəmlisi isə göstərdi ki, Azərbaycan qadını Azərbaycan kişisi qədər mərddir, insandır, qürurlu və məğrurdur. Bəli, sevda dedik, söhbət Vətən və torpaq sevdasından gedir. Erməninin olmayan Vətəndən, ermənidə olmayan sevdadan… Əgər bir qarış torpaq belə ermənin olsa idi illər ərzində olmayan soyqırımı əllərində bayraq etdikləri kimi o torpaqları da bədəvi ərəblərin səhralığına çevirməzdilər. Ola bilər ki, ermənilər maliyyə və insan resursları baxımından qat-qat aşağı idilər, lakin, görünür, bunlar hələ də Azərbaycan qələbəsinin əsas amilləri deyildi. Ermənistanda fərarilik baş alıb gedirdi, amma bizim mərd oğullarımız cəbhə bölgəsinə yola düşmək üçün növbələrə düzülürdülər... Azərbaycan gəncləri o qədər böyük Vətən sevdası ilə döyüş meydanına yollanırdılar ki, heç ehtiyac da olmadı ki, ölkədə tam səfərbərlik elan olunsun. Ən önəmli məsələ azərbaycanlıların mənəvi cəhətdən torpaq sevdasıdırsa, konkret olaraq isə Azərbaycanda vahid dövlət idarəçiliyi strukturunun olması idi. Bunun da tək bir səbəbi var. Ermənistan illər ərzində məlum ağalarının, naməlum ata-analarının, kiçik qardaş olaraq böyük, amma onlardan daha həyasız bacılarının ağzından nə cür avazın çıxmasını gözləyib, havadarlarının nəfəsi bir balaca üzərlərində soyuyandan bəri bir ağlı başında dövlət adamı belə ortaya çıxara bilmədilər. Azərbaycan xalqı isə tariximizin ən parlaq şəxsiyyəti olan Ümummilli lider Heydər Əliyevi və onun siyasi xəttini mükəmməl şəkildə realizə edən Müzəffər Ali Baş Komandan İlham Əliyevi yetişdirdi”.

Politoloq bildirir ki, məhz ulu öndər Heydər Əliyev tərəfindən qurulan vahid dövlət idarəçiliyi sistemi 18 il ərzində Prezident İlham Əliyev tərəfindən daha da mükəmməlləşdirildi. Azərbaycan sanki küllərindən yenidən doğdu... Heç şübhəsiz, vahid dövlət idarəçiliyi dediyimiz zaman bunun əsas bünövrəsində xalq dəstəyidir. Hər bir dövlət adamı dövlətinə illərlə xidmət edə bilər, lakin xalqına həlledici və taleyüklü zamanda lazım olmaq, bunun müqabilində sinəsini sözün həqiqi və məcazi mənasında güllə önünə, təhdid və təzyiq hədəfinə açmaq üçün də təkcə sonradan əldə olunan savad və dərin bilik deyil, təbiətin və Yaradanın sənə bəxş etdiyi şəxsi keyfiyyətlər də olmalıdır. Cənab Prezident İlham Əliyev bütün bu keyfiyyətlərə malik dövlət idarəçisidir. Məhz bu səbəbdən də xalq onu illər ərzində sorğu-sualsız, qeyd-şərtsiz dəstəklədi... Mürəkkəb coğrafi şəraitdə yəni, kəsişən siyasi maraqların tən ortasında yerləşən Azərbaycan kimi bir dövləti idarə etmək, 44 gün ərzində “mən xalqımdan heç nəyi gizlətmirəm, bizə qarşı böyük təzyiqlər var” deyərək ölkə başçımızın özünün də xalqa hər müraciətində çatdırdığı kimi O, təzyiqlərə sinə gərdi. Bu duruş mərd duruş idi. Yalanın, haqsızlığın, ədalətsizliyin gözünün içinə dimdik baxmaq, doğrunun, haqqın və adilin yanında dimdik dayanmaq kimi. Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir tərəfdən xalqının ümidlərini doğruldur, digər tərəfdən elə özünün də ifadə etdiyi kimi hər bir sadə vətəndaş kimi onun da ürəyində arzuları var idi, məhz oğul kimi ata vəsiyyətini yerinə yetirmək. Bu gün biz məhz bu faktorlara görə fəxr və qürurla deyirik ki, indi Ümummilli lider Heydər Əliyevin də, bütün şəhidlərimizin də ruhu şaddır. Hələ SSRİ dövründə müxtəlif səviyyələrdə və fərqli yollarla Azərbaycanı siyasi səhnədən sıxışdırıb çıxarmağa, Azərbaycan xalqını əzməyə cəhdlər göstərilsə də, ümummilli lider Heydər Əliyev heç zaman bu ədalətsizliklə barışmadı... 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldiyi zaman real mənzərəni aydın görən dahi şəxsiyyət ilk olaraq iqtisadiyyatımızı qaldırmağa istiqamətlənmiş “Əsrin müqaviləsi”ni reallaşdırdı. Elə bu notlar üzərində qurulan siyasi xətti əsas götürən cənab Prezident İlham Əliyev hər şeydən öncə iqtisadi baxımdan güclü olmağın əhəmiyyətini vurğulayırdı, əsas vurğunu məhz bu məsələyə edirdi. Ordu quruculuğunu əsas tutan Azərbaycan tam döyüş qabiliyyətli bir ordu yaratdı. Bu baxımdan da Azərbaycanın əsgər və zabitləri Vətən müharibəsi zamanı hərbi əməliyyatlar aparmaq motivləri baxımından heç bir halda erməni əsgərlərinə nəfəs almağa belə aman vermədilər.

Ş.Həsənova yazıda bildirir: “Ölkələrin və xalqların tarixində elə bir gün, məqam olur ki, həmin zaman özündən sonra gələcək bütün günlər, aylar, illər üçün yeni və nurlu başlanğıcların müjdəçisi olur. Azərbaycan xalqı da 44 günlük Vətən savaşında yenidən doğdu və doğuldu. Qanı torpağa qarışan hər bir mərd oğlumuzun dünyaya gələn yeni körpələrinin səsi, nəfəsi bu Vətən torpaqlarına qarışdıqca bizə bu torpaqlar üstündə qürurla və bir o qədər də çiyinlərimizdə məsuliyyətlə gəzməyimiz üçün stimul verdi… Məhz o şəhidlərin sayəsində biz artıq bundan sonra torpaqlarımızın işğal tarixini yox, azad edilməsini qeyd edəcəyik. Bu tarixlərin hər biri qalib Azərbaycan xalqının tarixində, indiki və gələcək nəsillərin yaddaşında əbədi qalacaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də haqlı olaraq böyük bir qürurla qeyd etdiyi kimi Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirdi. Bütün çətinliklərə baxmayaraq “alınmaz qala” hesab edilən Şuşa alındı. Öz dırnaqarası əməliyyatlarına “dağlarda toy” adı qoyaraq heç bir hərbi əməliyyat keçirmədən Şuşanı işğal edən ermənilərə dağlarda toy tutan, ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələri olan gənclərimizdir. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Vətən sevgisi ilə Şuşanı işğalçılardan azad etdilər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağını qaldırdılar. O gənclər ki, hər bir şəhərin, kəndin, bir qarış torpağın alınmasını özü üçün dünyalara bədəl xoşbəxtlik sayırdı…”

Qeyd olunur ki, vaxtilə Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanının açılışındakı çıxışında Prezident İlham Əliyev demişdir: “Gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır”. Sözünün imzası qədər dəyərli olan cənab Prezident İlham Əliyev bu vədinə də əməl edərək öz xalqının ümidlərin doğrultdu, qürurlu və məğrur Azərbaycan xalqının sevgisini əbədi olaraq qazandı. İndi bütün dünya bizi qürurlu, məğrur, məğlubedilməz xalq kimi tanıyır. Döyüş meydanında Müzəffər Ali Baş Komandan, diplomatiya masasında mahir və məharətli diplomat olan İlham Əliyev cənablarının timsalında bu sübut olundu. Ümumilikdə isə Azərbaycanın timsalında bunu bütün dünya gördü.

Gənclərimizin məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruq kimi birləşib. Bu yumruq, həm gücdür, həm birlikdir. Bu birlik, güc bundan sonra daha da güclü olacaq. Birliyi olan, iradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderə malik olan ölkələr qələbə qazanırlar. 18 ildir ki, Prezident İlham Əliyev Azərbaycanın rəhbəridir, bu illər ərzində Azərbaycanda yetişən vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil bu torpaqları azad etdilər. Düzdür, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Atəşkəsin gecə ərzində, gün ərzində pozulması xəbərinə oyanan uşaqlıq, gənclik ayağa durdu və yetər artıq deyərək ədaləti bərpa etdi. Azərbaycan gəncinin tarixi unutmamaq kimi bir xüsusiyyəti var, həm də xalqımızın mərhəməti var, axı həm də mərhəmət türkün qanında var, ermənidə isə yoxdur, çünki quyuları qurudur, quyuya su tökməklə isə quyu dolmaz. Bu gün Azərbaycan qalib xalq olaraq yenə sülh təklif edir Ermənistana. Həm suçlu, həm güclü, ya məqsədli şəkildə guya güclü edilməyə çalışılan Ermənistan gec-tez düz yolu tutmağa məcbur olacaq. Azərbaycanın beynəlxalq hüquqa istinadla özünümüdafiə hüququndan istifadə edərək Qarabağı işğaldan azad etməsi nəticəsində yaranan yeni geosiyasi reallıqla hər kəs barışmalıdır. Bölgədə erməni təəssübkeşliyi çəkən məqsədli qruplaşmalar əllərində kifayət qədər təzyiq vasitəsi olduğu halda ermənin başını tumarlamaq adətlərindən əl çəkməlidirlər. Əsirlər boyu mövcud olan Azərbaycan dövlətlərinin heç biri heç zaman qonşu dövlətə qarşı ərazi iddiası etməyib. Müstəqil Azərbaycan dövləti də heç bir zaman bu mənfi tendensiya ilə getməməklə, qalib olaraq sülh təklif etməklə nə qədər qurucu, sülhsevər bir dövlət və xalq olduğunu dünyaya sübut etdi. Müasir zamanda bu dövlət bir də dünyaya onu sübut etdi ki, ləyaqətli mübarizə necə aparılır, haqq necə zəfər çalır, ədalət necə bərpa edilir.

“Vardenis” yox, Basarkeçər, “Yerasx” deyil, Arazdəyən! Kimdir haqq savaşının qalibi? Azərbaycan! Kimdir qalib? Müzəffər Ali Baş Komandan İlham Əliyev! Kimindir Qarabağ? Qarabağ Azərbaycandır! Şərqi Zəngəzur Azərbaycandır! Azərbaycan isə öz mövqeyində prinsipialdır! Bu dövləti bizə miras qoyan ümummilli lider Heydər Əliyevin də, qəhrəman əsgər və zabitlərimizin də ruhu indi şaddır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV