Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən sevgisi ilə möhürlənmiş ömür

Vətən sevgisi ilə möhürlənmiş ömür

Bakı, 12 iyul, AZƏRTAC

Zamana qalib gəlib onun fövqündə duran insanlar seçilmişlər kimi dövrün və həyatın bütün sınaqlarından mərdliklə çıxaraq, tarix boyu əbədiyyət qazanmış şəxslər hesab olunur. Heydər Əliyevin sahib olduğu şəxsi keyfiyyətləri, yüksək mənəvi məziyyətləri onun hər şeydən əvvəl millət üçün yaşanmış dolğun və mənalı həyat yolunu, Azərbaycan üçün döyünən ürəyini gözlər önündə canlandırır. Onun irsini araşdırıb öyrəndikcə Vətənə olan sonsuz sevgi ilə möhürlənmiş müdrik insan ömrünün şahidinə çevrilir, həyat yolunun təməl daşında böyük Azərbaycan sevdasını görürük.

Bunu AZƏRTAC-a açıqlamasında YAP Səbail rayonu Neftçilər prospekti 24 ərazi partiya təşkilatının sədri İmmiyə Zamanova söyləyib.

O bildirib ki, Ümummilli Liderin hələ 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə verdiyi qərarlar, həyata keçirdiyi layihələr, gördüyü işlər, Azərbaycanın gələcəyinə köklənmiş mühüm addımların əsl mahiyyəti zaman keçdikcə daha müfəssəl olaraq anlaşılır. Ulu Öndərin həmişə öz sözü və çəkisi ilə seçilməsi ona çoxsaylı mürəkkəb vəzifələrin öhdəsindən peşəkarcasına gəlməyə imkan yaradırdı. Məhz həmin dövrdə uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi, ölkəmizin mənafeyinin qorunmasına yönəlmiş bir sıra qərarları onun fəal diplomatiyası nəticəsində mümkün olmuşdur. Xalqına sıx bağlılığı, milli təəssübkeşliyi, dövlətçilik təfəkkürünün təbliğinə xüsusi əhəmiyyət verməsi Dahi Liderin Azərbaycanın sabahını düşünərək bütün sahələrdə planlı addımlar atmasına səbəb olmuşdur. Ziyalı təbəqəyə, incəsənət və ədəbiyyat nümayəndələrinə olan diqqət və qayğısı əslində azərbaycançılıq fəlsəfəsinin əsas mahiyyəti idi. Onun bu sahənin təbliğində həyata keçirdiyi saysız-hesabsız işlər çoxşaxəli fəaliyyətinin bir hissəsi, mənsub olduğu xalqın dəyərlərinə verdiyi diqqət və sevginin göstəricisi idi.

“Bu gün sahib olduğumuz milli ideologiyanın müəllifi məhz Dahi Liderimiz Heydər Əliyevdir”, - deyən İmmiyə Zamanova qeyd edib ki, milli ruhun yüksəldilməsi, milli özünüdərkin inkişafı, tarixi yaddaşımızın özümüzə qaytarılması, azərbaycançılıq fəlsəfəsi kimi misilsiz fəaliyyətin də altında onun imzası var. O, milli məfkurənin zənginləşməsinə güclü təsir göstərmiş, gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin yaratmışdır. “Azərbaycanın musiqi beşiyi”, “Şərqin konservatoriyası”, “Qafqazın sənət məbədi” olan Şuşa çoxsaylı bəstəkar, elm və mədəniyyət xadimi, sənətkar, rəssam və memar nəslinin vətəni sayılır. Böyük mədəniyyət ənənələri üzərində qurulan Şuşanın əsl tarixini yaxşı bilən Ulu Öndər “Şuşada, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” - demişdir. Hələ Sovet dövründə ölkəmizə rəhbərlik etdiyi dövrdə (1969-1982) “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən vətənpərvər rəhbər Qarabağa xüsusi diqqət və qayğı göstərmişdir. Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin tarixini mükəmməl bilən Ulu Öndər ötən əsrin 70-ci illərində Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi əhəmiyyət vermiş, şəhərin tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar inşa olunmuş, həmçinin Şuşanın statusunun qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrilməsinə nail olmuşdur. Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi şəxsiyyət bu qərarlarla tarixi əhəmiyyətli addımlar atmışdır. Dərin təfəkkür və biliyi sayəsində ölkənin ictimai, iqtisadi və siyasi həyatının bütün istiqamətlərində atılan addımlar məharət və uğurla həyata keçirilmişdir. Xalq Heydər Əliyevin bu səmimi sevgisini həmişə hiss etmiş və qarşılığını daim vermiş, ondan öz dəstəyini əsirgəməmişdir. Çünki xalq həmişə əmin idi ki, Lider atdığı hər addımında millətin marağını əsas tutacaq, verdiyi qərarlarda ən düzgün yolu seçəcəkdir.

YAP Səbail rayonu ərazi partiya təşkilatının sədri bildirib ki, tarixin bütün sınaqlarında xalq özünə yalnız Onu rəhbər gördü. Millət ən çətin mərhələdə yalnız onun mövcud mürəkkəb situasiyalardan çıxış yolu tapacağına inandı. Dahi rəhbərə olan ümid boşa çıxmadı. Ölkəmizdə cinayətkarlıq və digər hüquq pozuntularının qarşısı alındı, ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıldı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dahi Liderin rəhbərlik etdiyi müddət ərzində Azərbaycan dövrün ağır və sərt sınaqlarından çıxdı, gələcək inkişaf strategiyası müəyyən edildi və onun həyata keçirilməsi üçün əhəmiyyətli addımlar atıldı.

“Heydər Əliyev unikal şəxsiyyət idi. O, sahib olduğu saysız-hesabsız keyfiyyətləri, zəkası, çoxillik diplomatik və idarəçilik təcrübəsindən məharətlə istifadə etməsi, peşəkarlığı, əzmi, müdrikliyi, səmimiyyəti, hələ əsrlər boyu böyük sevgi ilə xatırlayacağımız daha neçə-neçə məziyyətləri, ən əsası Azərbaycan üçün etdikləri ilə ruhumuzda, qəlbimizdə, nitqimizdə əbədi olaraq yaşayacaq”, - deyə İmmiyə Zamanova əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır