Vətəndaşlar Şahdağ-Tufandağ ərazilərinin canlı görüntülərini izləyə bilərlər
Bakı, 9 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzinin mütəxəssisləri dəniz səviyyəsindən 3 min metrə yaxın yüksəklikdəki Şahdüzündə Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində xüsusi avadanlıq quraşdırmışlar.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bunun vasitəsilə ətraf ərazilərin videogörüntülərinin internet vasitəsilə ötürülməsi və məsafədən idarə olunması təmin edilmişdir.
Eyni zamanda, Şahdağın Kabaş yüksəkliyində (3600 metr) quraşdırılmış avtomat meteoroloji stansiyadan da GSM texnologiyalar vasitəsilə fotogörüntülər hər 3 saatdan bir birbaşa müvafiq instansiyalara və nazirliyin internet saytına ötürülür.
Şahdağ-Tufandağ ərazilərinin videogörüntülərini www.eco.gov.az saytından bütün vətəndaşlar canlı izləyə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]