Vətənin müdafiəsində dayanan hərbi qulluqçular ağac əkərək təbiətimizə töhfə veriblər
Bakı, 7 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən növbəti ağacəkmə aksiyası Yel çərşənbəsi günündə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabitlərinin iştirakı ilə keçirilib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, daim Vətənin müdafiəsində dayanan hərbi qulluqçular Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə təbiətimizə töhfə vermək üçün Müşfiqabad qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun 1500 ədəd müxtəlif növ ağac tingi əkiblər.