VETERANLAR ARASINDA RUS DAMASI ÜZRƏ BİRİNCİ AZƏRBAYCAN ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
Veteranlar arasında rus daması üzrə birinci Azərbaycan çempionatı başa çatmışdır. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, turda keçirilən yarışlarda 16 damaçı iştirak etmişdir. Onların arasında 1 nəfər beynəlxalq qrossmeyster, dünya çempionu, 1 nəfər SSRİ çempionu və 6 idman ustası var idi. Dəfələrlə dünya, SSRİ və Azərbaycan çempionu olmuş Üzeyir Abdullayev 9 mümkün xaldan 8 xal toplayaraq, birinci yeri tutmuşdur. Vladimir Şarapov və Ağasadıq Ağalarov isə 7,5 xalla 2-ci və 3-cü yerləri bölüşdürmüşlər.
Çempionatın qalibi ölkəmizi veteranlar arasında Avropa və dünya birinciliklərində təmsil edəcəkdir. Xatırladaq ki, veteranlar arasında ilk dəfə bu il keçirilən dünya çempionatında hazırda Almaniyada yaşayan həmvətənimiz Fuad Baxtiozin qalib gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]