Azərbaycan Dövlət İnformasiya Agentliyi

Via dei Fori İmperialı küçəsindəki xəritələrin erməni etnosuna nə dəxli var?

Bakı, 25 aprel (AZƏRTAC). Eduard Şarmazanovun Reqnum informasiya agentliyinin səhifələrində dərc edilmiş bəyanatı, onun öz təbirincə desək, absurd və tarixi əsaslardan məhrum olan bir cəfəngiyyatdır. O, öz bəyanatında deyir ki, guya hələ Ksenofont, Ptolemey, Xorenatsi, Strabon və Polibi kimi mütəfəkkirlər “Ermənistan yaylası” barədə yazmışlar. Bu mövzuda danışmaq istəyən adam əvvəlcə zəhmət çəkib ilk mənbələri oxumalıdır. Əgər Şarmazanov belə etsəydi, həmin müəlliflərin heç birində “Ermənistan yaylası” ifadəsinə rast gəlməzdi, çünki bu ifadə yalnız XIX əsrdə dövriyyəyə daxil edilmişdir. XIX əsrə qədər yalnız coğrafi Ermənistan mövcud olmuşdur, o isə daha geniş bir ərazinin - İran yaylasının tərkib hissəsi idi. Cənubi Qafqaz Rusiyaya birləşəndən, etnik haylar buraya köçürüləndən və Sankt-Peterburq tərəfindən İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində tamamilə süni “Ermənistan vilayəti” deyilən bir ərazi vahidi yaradılandan sonra ruslar və ermənilər İran yaylasının coğrafi Ermənistanı əhatə edən hissəsini “Ermənistan yaylası” adlandırmağa başlamışlar. Lakin XIX əsrə qədər heç bir mənbədə “Ermənistan yaylası” adına rast gəlmək mümkün deyildir. Antik müəlliflər yayla barədə deyil, Ermənistan barədə yazmışlar, özü də həmin ad yalnız coğrafi məna daşımışdır, vəssalam.

Şarmazanov daha sonra Romadakı Via dei Fori İmperialı küçəsində divardakı xəritələrdə Ermənistanın adının çəkilməsindən danışır. Bu, erməni təbliğatının uğursuz, lakin bununla belə çox tez-tez və geniş istifadə etdiyi bəhanələrdən biridir. Bu cür xəritələrin sayı dörddür. Onların internet ünvanları aşağıdakı kimidir:

http://maps.google.com/maps?cbp=12,194.82,,0,-3.81&cbll=41.892192,12.488916&ll=41.892192,12.488916&layer=c

Ermənilər həmin xəritələrdən ən sonuncusunu, sayca dördüncüsünü “bizim eranın I əsrinin xəritəsi” adlandırır və iddia edirlər ki, guya bu xəritə I əsrdə yaradılmışdır. Lakin həmin xəritənin o qədim dövrdə heç cür yaradıla bilməyəcəyini başa düşmək üçün elə həmin divarda göstərilən xəritənin fotoşəklinə (http://www.girls.am/wp-content/uploads/Roma-Via_dei_fori_imperiali-600x512.jpg) baxmaq kifayətdir. Xəritələr coğrafi konturlar baxımından o qədər müfəssəl və dəqiqdirlər ki, onların bizim zəmanədə yaradılmasına əsla şübhə qalmır. Sonradan bu və ya digər tarixi dövrlərdə Roma imperiyasının tərkibinə daxil olmuş vilayətlərin adlarını həmin xəritəyə əlavə etmiş və yeri gəlmişkən, bu adları da səhv yazmışlar.

Məsələn, bizim eranın I əsrində romalılar haradan biləydilər ki, Ladoqa və Oneqa gölləri mövcuddur. Halbuki sözügedən xəritələrdə bu göllərin yerləri kifayət qədər dəqiq göstərilmişdir. Bundan xeyli sonra yaradılmış, müəllifləri yenə də romalılar olan xəritələrdə adaların və qitələrin konturları təqribidir. İndi isə birdən-birə iddia edirlər ki, birinci əsrdə az qala peyk vasitəsilə çəkilmiş fotoşəkil kimi dəqiq xəritələr olmuşdur. Müqayisə üçün həmin şarmazanovlara məsləhətimiz budur ki, elə həmin romalıların çəkdiyi IV əsrə aid xəritə ilə (http://www.mariamilani.com/rome_maps/ancient_roman_map.htm) tanış olsunlar. Onda topoqrafik fərqi görərlər. Romanın Via dei Fori İmperialı küçəsindəki xəritə isə (həvəskarlar tərəfindən internetdə yerləşdirilən çoxsaylı xəritələr kimi) müasirlərimiz tərəfindən yaradılmış və həmin uzaq dövrə həsr edilmişdir.

İkincisi, xəritədə vilayətlərin adlarında müəyyən səhvlərə yol verilmişdir. Coğrafi Ermənistan həmin xəritədə “Ermənistan” yazılan yerdən bir qədər cənub-qərbdə yerləşir. Bu məsələni siyasiləşdirmək azarına tutulmuş, əsasən erməni mənşəli coğrafiyaçıların iddialarına rəğmən, kiçik Qafqaz Ermənistan yaylasının tərkib hissəsi deyildir və onu ayrıca bir dağlıq vilayət kimi göstərmək qəbul edilmişdir. Dörd xəritənin hər birində ağ rənglə işarə edilmiş ərazilər müxtəlif dövrlərdə Roma imperiyasının tərkibinə daxil olmuşdur. Düzdür, həmin xəritədə Azərbaycan (Atropatena) və Qafqaz Albaniyası göstərilməmişdir. Lakin bu o deməkdirmi ki, həmin dövlətlər təbiətdə mövcud olmamış və bu yerlərdə boşluq olmuşdur? Xəritədə Böyük Səhra, Baltik Dənizi, Krım və Manqışlaq yarımadasının da adına rast gəlmirik. Lakin bu, erməni siyasətçilərinin (elə qondarma erməni alimlərinin də) tez-tez yol verdikləri siyasi xarakterli səfeh nəticələr çıxarmaq əsla yolverilməzdir. Yeri gəlmişkən, coğrafi Ermənistan yaylasından fərqli olaraq istər Atropatena, istərsə də Qafqaz Albaniyası Roma imperiyasının tərkibinə daxil olmamış və öz tarixlərinin çox hissəsində müstəqil dövlətlər olmuşlar. Ola bilsin ki, onların həmin xəritədə göstərilməməsinin bir səbəbi də elə bundan ibarətdir.

Üçüncüsü, Şarmazanovun haqlı olaraq qeyd etdiyi kimi “ermənilər” barədə deyil, Ermənistan barədə söhbət açan, onun istinad etdiyi antik müəlliflər kimi bu dörd xəritədə də “Armenians” deyil, “Armenia” yazılmışdır. Halbuki Alp, Pireney, Apenin, Himalay kimi coğrafi obyektlər nə qədər mövcuddursa, coğrafi Ermənistan da bir o qədər, yəni həmişə mövcud olmuşdur. Lakin bir sual çıxır: bir-birini öz aralarında hay, camaat içində isə erməni adlandıran müasir erməni etnosunun və Şarmazanovun soydaşlarının buraya nə dəxli vardır!? Strabon da Arsaxın az bir müddətdə onu fəth etmiş erməni çarlığının tərkibinə daxil olması barədə yazmış, lakin Arsaxın etnik tərkibi barədə bircə kəlmə də yazmamışdır. Əvəzində bir sıra başqa müəlliflər, o cümlədən erməni müəllifləri yazmışlar. Və onlar hamısı göstərirdilər ki, Arsax, Paytakaran, Utik, Sünik, Qandzak, Partav sakinləri alban qəbilələri olmuşlar. Onların etnik haylarla heç bir əlaqəsi olmamış, lakin Azərbaycan xalqının etnogenezində iştirak etmiş və onunla qaynayıb-qarışmışlar. Bundan əlavə, Strabon Arsaxın Ermənistanın tərkibinə daxil olmasını yalnız ona görə yazmışdır ki, o özü həmin hadisənin müasiri olmuşdur. Əgər Strabon bu hadisədən bir əsr əvvəl, yəni Ermənistanın hələ müstəqil olduğu dövrdə, yaxud bir əsr sonra, yəni Ermənistanın yenidən vassal asılılığı vəziyyətinə düşdüyü dövrdə doğulmuş olsaydı, bu barədə yazmazdı. Bunu akademik Ramiz Mehdiyev özünün “Gorus-2010: absurd teatrı mövsümü” kitabında qeyd edir. Ermənistan çarlığının mövcud olduğu qısa müddətdə onun tərkibinə başqa xalqların məskunlaşdığı bir sıra başqa ərazilər də daxil idi. Elə həmin Strabon özünün “Coğrafiya” əsərində qeyd edir ki, Ermənistan başqa xalqların torpaqlarını tutmağa meyilli olmuşdur. Məgər işğal edilmiş torpaqlar dərhal əzəli hay torpağı olurdu? Əgər belədirsə, onda Avrasiyanın yarısını fəth etmiş və Avropaya gedib çıxmış monqollar nə etsinlər? Belə çıxır ki, Batı xan Moskvanı fəth etmişdirsə, Moskva “əzəli monqol torpağı”, ruslar isə “köçəri gəlmələrdir”?

Yeri gəlmişkən, Roma küçəsindəki həmin xəritələr müxtəlif dövrlərdə Roma imperiyasının sərhədlərini göstərir. Görəsən, əgər sabah italyanlar Şarmazanovun dediyi xəritələrə istinad edərək özlərini elə həmin Ermənistanın yerli xalqı elan etsələr, necə olar?

Bəzi erməni forumlarının və internet saytlarının iştirakçılarının ağzı o qədər “qızışmışdır” ki, onlar həmin dörd xəritədə göstərilən coğrafi əraziləri “dövlətlər” adlandırmağa başlamışlar - nə az, nə də çox. Məsələn, belə saytlardan birində müəlliflər yazırlar: “Azərbaycanlılar qədim xəritələrdə yenə öz dövlətini tapa bilmədilər və qanları qaraldı. Bu dəfə Romadakı Kolizeyə doğru gedən Fori-imperiali küçəsinin divarlarında qurulmuş xəritələrdən söhbət gedir. Həmin xəritələrdə italyanlara hələ antik dövrdən, Roma imperiyası, Troya dövründən məlum olan, tarixi xəritələrə, sənədlərə və müxtəlif dövrlərdə baş vermiş hadisələri təsvir edən qədim tarixçilərin salnamələrinə əsaslanan dövlətlər (!) göstərilmişdir. Məntiqə uyğun haldır ki, müasir Türkiyə və Azərbaycan ərazisini başdan-başa əhatə edən Böyük Ermənistan da Qədim Dünya Tarixində öz yerini tutmuşdur. Bu, həmin xəritələrdə də göstərilmişdir. Köçəri türk qəbilələri Zaqafqaziyaya xeyli sonra gələcəklər. Və milli identiklik əldə etmələri xeyli sonra baş verəcəkdir”. (http://turqeri-maman.ucoz.com/news/ishhem_armeniju_i_azerbajdzhan_na_antichnykh_kartakh/2011-04-06-211).

Görünür, həmin müəlliflər bir qədər xəcalət çəkirlər, yoxsa yazardılar ki, köçəri hay qəbilələri Frakiyadan Friqiyaya, Friqiyadan isə coğrafi Ermənistana köçəcək, orada bir müddət oturaqlaşacaq və həmin ərazinin adına görə özlərini “ermənilər” adlandıracaqlar. Lakin əslində biz öz oxucularımızın diqqətini buna cəlb etmək istəmirik. Əsas məsələ odur ki, Roma küçəsindəki 4 xəritədə müxtəlif ərazilərin adlarını hay müəlliflər “dövlətlər” adlandırır, bununla da həmin ərazilərin statusunu coğrafi müstəvidən siyasi müstəviyə keçirməyə çalışırlar. Elə isə gəlin baxaq, görək müasir italyanların hələ antik Roma və Troya dövründən tanıdığı “dövlətlər” arasında Ermənistandan başqa hansı dövlətlər olmuşdur. Buyurun, tanış olun: Qafqazda “Cavcaso” dövləti. Belə bir dövlət haqqında kimsə eşidibmi? Bəs kiçik Asiyada “Asia Minore” necə? Bəlkə “Africa Proconsolari”, “Mavritania”, “Tingitana”, Avropada “Norico”, “Pannonia” haqqında nə isə bilirsiniz? Axı, Romadakı həmin dörd xəritədə bu adda dövlətlər də göstərilmişdir. Özünüzü əziyyətə salmayın - xəritələrdə dövlətlər deyil, yalnız ərazinin coğrafi adları göstərilmişdir.

Səmimi etiraf edirik: biz Romadakı Via dei Fori İmperialı küçəsində asılmış bu başabəla xəritələr məsələsinin öyrənilməsi ilə ciddi məşğul olana qədər həmin xəritələr barədə heç nə bilmirdik, hətta onların mövcud olmasını da bilmirdik. Erməni KİV-ləri həmin xəritələrə həddən artıq təmtəraqla istinad edirlər. Ona görə biz əvvəlcə düşündük ki, bəlkə bunlar həqiqətən qazıntılar və ya başqa bir axtarış zamanı aşkar edilmiş qədim xəritələr, ola bilsin ki, Herodotun və ya Strabonun öz əli ilə tərtib etdiyi xəritələrdir. Onlara əl ilə toxunmaq və ya fotoşəklini çəkmək də qorxuludur: Allah eləməsin, fotokameranın işığının təsirindən bu xəritələr ovulub tökülə bilər. Bu məsələ bizə o qədər maraqlı göründü ki, biz həmin xəritələrin əslində nədən ibarət olduğunu aydınlaşdırmaq qərarına gəldik. Bəlkə bunlar həqiqətən erməni miflərinin düzgün olmasını sübut edəcəklər?

Lakin məlum oldu ki, bundan bayağı və bundan gülməli heç nə ola bilməzmiş. Əslində bunlar bizim müasirlərimiz tərəfindən tərtib edilmiş və hətta bəzi yerləri səhv olan adi xəritələrdir. Belə “dəlillər”i milyonlarla tapmaq olar. YouTube, Facebook saytlarında, bloqlarda, hətta tərtib olunmasında və redaktə edilməsinə hər birimizin iştirak edə biləcəyi Vikipediya kitablarında da buna oxşar qondarma dəlillərin sayı-hesabı yoxdur. Onlara münasibət də elədir. Haylar neytral İtaliya paytaxtındakı bir küçədə üzərində “Ermənistan” sözü olan dörd xəritəyə istinad etdikləri kimi neytral Beyrutda daş kitabə üzərində oyulmuş “Dənizdən-dənizə Ermənistan” xəritəsinə də eyni qaydada istinad etmək mümkündür. Bu, onların öz işidir, lakin ciddi tarixçilər üçün bu xəritələr heç nəyə, o cümlədən həmin dövrlərdə coğrafi Ermənistanda eyni adlı, sakinləri yalnız hay etnosu olan siyasi qurumun mövcud olmasına əsla dəlalət etmir. Şarmazanovlar bu növ nəticələri elmi dairələrdə deyil, yalnız öz aralarında və onların idarə etdiyi Reqnum agentliyinin saytlarında üzə çıxara bilərlər.

Nəhayət, Şarmazanovun qürurla bəhs etdiyi “Ermənistan” Parfiya dövləti və Parfiya sülalələri tərəfindən idarə edilirdi. Etnik hayların bu fakta heç bir aidiyyəti olmamışdır. Bunu hətta “erməni tarixinin atası” Movses Xorenatsi də qeyd etmişdir. Elə həmin Xorenatsi təsdiq edir ki, hətta bugünkü hayların fəxr etdiyi, Ermənistan çarlığını yaratmaqla “Ermənistan” terminini qısa müddətə coğrafi müstəvidən siyasi müstəviyə keçirmiş çar Tiqran da Parfiya sülaləsindən olmuşdur. Ümumiyyətlə, Şarmazanov bunu bilməli idi. Lakin etnik haylar “Ermənistan” deyilən ərazidə və xüsusən haylara yad olan başqa xalqların geniş ərazilərini qısa müddətə öz tərkibinə daxil etmiş Ermənistan çarlığında da əhalinin əksəriyyətini təşkil etməmişlər - hətta bu qısa tarixi dövrdə belə.

Bu dövlətin “Ermənistan” adlanması onun “erməni” deyilən xalq tərəfindən məskunlaşması və idarə edilməsi ilə deyil, yalnız onunla əlaqədar idi ki, o, Ermənistanda yerləşirdi. Amerikanın məhz bu cür adlanması onun sakinlərinin amerikalılar olması ilə bağlı deyil, əksinədir. İspanlar, portuqaliyalılar, ingilislər, irlandiyalılar, italyanlar, almanlar, fransızlar gəmilərə minib Yeni dünyaya yola düşəndə həmin gəmilər sahilə yan alarkən hələ “amerikalılar” deyildi, Friqiyadan zəngin Urartu dövlətinə köçən haylar da “ermənilər” olmamışdır.

Srağagünkü haylar dünən “erməni” olmuşlar, bu gün isə özlərini artıq “qarabağlı” yaxud “arsaxlı” adlandırırlar, belə getsə sabah gürcüstanda “cavax xalqı” da yaranacaqdır. Amma elə şey yoxdur! Siz hay olmusunuz və hay kimi də qalacaqsınız. Siz heç vaxt dövlət olmayan yerdə dövlət yaratmağa və sizin özünüzə çox oxşayan “yeni” xalqlar törətməyə nail olmayacaqsınız. Dünya tarixində, dünya etnoqrafiyasında bir “Ermənistan Respublikası” və bir “erməni xalqı” artıqlaması ilə bəsdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Üzeyir Hacıbəylinin 141-ci ildönümü musiqili proqramla qeyd olunub

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib

Ötən il Türkiyədə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 247 milyonu ötüb

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq

Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib

Erməni tarixşünaslığının Albaniyanın sərhədləri ilə bağlı iddiası qədim mənbələr əsasında təkzib edilir

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/13/2025 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/9/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb

Aİİ-də Rusiyada Quranın tədqiqatları tarixinin müxtəlif mərhələlərindən bəhs olunub

Çexiyanın sənaye və ticarət naziri Avropada yeni enerji böhranı barədə xəbərdarlıq edib

Kəlbəcər sakinlərinə tibbi xidmət göstərilib

Tarixi nailiyyətin təntənəsi: BDU-da Dövlət Suverenliyi Günü qeyd edilib

Şərqşünas-alim Buxarest Universitetində məruzə edib

Üzeyir Hacıbəylinin doğum günü Şuşadakı ev-muzeyində qeyd olunub

“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub

Hacıqabulda şagirdlər yol nişanları barədə məlumatlandırılıb

Azərbaycanlı doktorant Barselonada beynəlxalq konfransda məruzə edib

Azərbaycan Universitetində Dövlət Suverenliyi Günü qeyd olunub

“Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” - elmi konfrans

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Goranboyda aqrar layihələr genişləndirilir - 2026–2030 Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Batumidə regionun Mərkəzi Banklarının rəhbərlərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib

Rusiyada Dövlət Dumasına seçkilər keçirilir

Ziya Bünyadov prospektinin bir hissində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb

“Barselona”nın gəlirləri rekord həddə çatsa da, borcu artıb

® 617 balla baytarlığı seçdi: “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” gələcəyin baytarına dəstək oldu

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir

Ermənistanda mövcud reallıqları qəbul etmək istəməyən qüvvələr hələ də var - ŞƏRH

Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti arasında əməkdaşlıqla bağlı təkliflər nəzərdən keçirilib

Professor Zümrüd Dadaşzadə: Üzeyir Hacıbəyli bizim bütün varlığımızdır

Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunmuş sərgi açılıb

Britaniyanın “İtalyan kəndi” – AZƏRTAC-ın müxbiri Uelsdən yazır

“Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq

Ülkər Talıbzadə: Üzeyir Hacıbəylinin zəngin irsi hələ tam araşdırılmayıb

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları - ŞƏRH

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb

Ermənistan cəmiyyətində regiondakı yeni reallıqların dərki ilə bağlı hələ də ciddi problemlər mövcuddur - RƏY

Rusiyanın “Orfey” radiosu efirini Üzeyir Hacıbəylinin irsinə həsr edib

Azərbaycan ərazisindəki tarixi və dini abidələrin mübahisələndirilməsi cəhdləri absurddur – ŞƏRH

Dahi bəstəkarın doğum günündə musiqi bayramı – Üzeyir Hacıbəylinin irsi yaşadılır

Nadir Məmmədli: Şəxs adları xalqın dilini, tarixini və milli-mədəni yaddaşını əks etdirir

Naxçıvanda 17 qadın sahibkarın layihəsinə 700 min manata yaxın güzəştli kredit ayrılıb

Türk və İslam dünyasının Bakıda birləşən gündəliyi: Prezidentdən mühüm mesajlar - ŞƏRH

Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir

Qafqaz və Türk dünyası: Prezident İlham Əliyevin strateji konsepsiyasındakı əsas istiqamətlər - TƏHLİL

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

“Milli ruhun səsi” Gəncədə səslənib

Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olub

Türk dünyasının strateji subyektliyi: gücün yeni institusional məntiqi - ŞƏRH

AFFA və PFF arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB

Yaxın Şərqdə nüvə obyektlərinə təminat tədbirlərinin tətbiqi ilə bağlı qətnamə qəbul edilib

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib

PFL Azərbaycan Kubokuna sponsorluqla bağlı bir neçə şirkətlə danışıqlar aparır

Bakı türk dövlətləri arasında strateji məsləhətləşmələr üçün mühüm ünvana çevrilib - ŞƏRH

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına Göygöldə hazırlaşacaqlar

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub VİDEO

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub VİDEO

Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib

Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb VİDEO

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb VİDEO

İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb

Azərbaycan geosiyasəti və Türk-İslam birliyinin yeni modeli - ŞƏRH

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

Cəfər Qarayev: Əsas hədəfimiz beynəlxalq təmasları uzunmüddətli əməkdaşlığa çevirməkdir

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır - ŞƏRH

Sabitlik artıq dəbdən düşüb – TƏHLİL

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar

Ekologiya və təbii sərvətlər naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycandan Bolqarıstana və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub

Şagirdlər ev tapşırıqlarında süni intellektdən istifadə etməlidirlərmi?

Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir

Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb

EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub

Azərbaycan millisinin futbolçusu Almaniyada komandasını dəyişib

Sabah hava əsasən yağmursuz keçəcək

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək

Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib

İlhamə Qədimova: Fermerlərin 75 faizi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə cəlb edilib

BMT-nin nümayəndəsi: Yəməndə döyüşlər humanitar yardımların çatdırılmasına təsir göstərir

FIFA Qavinin cəzasını qüvvədə saxlayıb

Romada Azərbaycan Milli Musiqi Günü qeyd olunub

Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır

Könül Nəsirova: Milli Musiqi Günü zəngin sənət irsimizə və milli dəyərlərə ehtiramın rəmzidir

Ekspert: Yeni lokomotivlər Azərbaycanın tranzit potensialının artırılmasına mühüm töhfə verəcək