“Vikipediya”da Milli Qəhrəman Rövşən Rzayev haqqında ingilis dilində məqalə yaradılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli Qəhrəman Rövşən Rzayev haqqında ingilis dilində məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir. Bildirilir ki, Rövşən Rzayev 1969-cu il oktyabrın 15-də Bakının Sahil qəsəbəsində anadan olub. O, 1986-cı ildə 253 nömrəli tam orta məktəbi bitirərək Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə qəbul edilib. 1992-ci ildə Milli Orduya yazılan Rövşən tez-tez cəbhəyə getməyə başlayıb. O, “N” saylı bölüyün “N” saylı alayına komandir təyin olunub. Ağdamın Pircamal, Aranzəmin, Şelli, Naxçıvanlı, Papravənd kəndlərində ermənilərin xeyli canlı qüvvəsini məhv edib. 1992-ci ildə Naxçıvanlı kəndində gedən döyüşdə ağır yaralanmasına baxmayaraq, neçə-neçə yaralı əsgəri də xilas edib. Müharibədən alnıaçıq çıxan Rövşən müxtəlif vaxtlarda bəzi hərbi hissələrə komandirlik edib. O, xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Rövşən Rzayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Məqalə ilə daha ətraflı bu linkdə tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [18:48]
Mədəniyyət diplomatiyası kontekstində media və yumşaq güc – məruzə
- 07.05.2026 [18:41]
Mədəniyyət xalqın böyük sərvətidir - sərgi
- 07.05.2026 [18:23]
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib
- 07.05.2026 [18:13]
Mayın 14-dək meteor yağışı müşahidə olunacaq
- 07.05.2026 [17:59]
ADAU-da faşizm üzərində qələbənin 81-ci ildönümü ehtiramla anılıb
- 07.05.2026 [17:33]