Virciniya ştatında partlayış nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bakı, 17 fevral, AZƏRTAC
ABŞ-ın Virciniya ştatının Sterlinq şəhərindəki evlərin birində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində yanğınsöndürmə xidmətinin bir əməkdaşı həlak olub, 11 nəfər isə yaralanıb.
AZƏRTAC BNN Breaking agentliyinə istinadla xəbər verir ki, sakinlər axşam yerli vaxtla saat 19:40 radələrində yanğınsöndürmə idarəsinə zəng vuraraq evdə qaz sızıntısının olduğunu bildiriblər. Yanğınsöndürənlər hadisə yerinə gəldikdən təxminən yarım saat sonra evdə partlayış baş verib. Nəticədə bir yanğınsöndürən həlak olub, bir neçə nəfər isə dağıntılar altında qalıb. Yaxınlıqda yerləşən evlərə ziyan dəyib.
Hadisə yerinə gələn təcili yardım briqadası yaralılara yardım göstərib. İnsidentlə bağlı araşdırma başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]