VK-nın sədri: Ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2770-ə çatacaq
Bakı, 18 iyul, AZƏRTAC
2018-ci ildən indiyədək vəkilliyə qəbulla bağlı 15 test imtahanı keçirilib. Bu müddətdə 6480 namizəd imtahanlarda iştirak edib. Onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb və and içərək Vəkillər Kollegiyasının (VK) üzvü olub.
AZƏRTAC xəbər verir ki, bunu VK-nın sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən kollegiyanın Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin andiçmə mərasimində çıxış edərkən bildirib.
O deyib ki, bugünkü tədbirdə vəkilliyə namizəd olan daha 77 nəfər andiçmə mərasimində iştirak edərək kollegiyaya üzv qəbul olunacaqlar. “Ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2770-ə çatacaq. Yeni qəbul olunmuş namizədlərdən 59-u kişi, 18-i qadındır. Onlardan 7-i regionlarda, 70-i paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfər olacaq”, - deyə A. Bağırov diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]