Vladimir Putin: Neokolonializm beynəlxalq münasibətlərdə sabitliyi pozan əsas amillərdən biridir
Moskva, 16 fevral, AZƏRTAC
Neokolonializm bütün bəşəriyyətin inkişafı üçün maneəyə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Rusiya Prezidenti Vladimir Putinin Moskvada “Millətlərin azadlığı uğrunda!” beynəlxalq forumun iştirakçılarına ünvanlandığı müraciətdə deyilir.
“Bu, Afrika, Asiya, Latın Amerikası xalqlarının əsrlər boyu talanması və istismarının biabırçı mirasıdır. Onun təcavüzkar təzahürləri bu gün Qərbin kollektiv şəkildə öz hökmranlığını və üstün olmasını hər cür vasitələrlə qoruyub saxlamaq, iqtisadi cəhətdən başqa ölkələri özünə tabe etmək, onları suverenlikdən məhrum etmək, özgə dəyərləri və mədəni ənənələri zorla qəbul etdirmək cəhdlərində görünür. Bu cür siyasət beynəlxalq münasibətlərdə sabitliyi pozan əsas amillərdən birinə, bütün bəşəriyyətin inkişafı yolunda maneəyə çevrilib”, - deyə Vladimir Putin müraciətində qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]