Vladimir Zelenski tanınmış erməni əsilli iş adamına qarşı sanksiya tətbiq edib
Kiyev, 22 aprel, AZƏRTAC
Ukrayna Prezidenti Vladimir Zelenski 13 ölkə vətəndaşına qarşı qaçaqmalçılığa görə sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.
AZƏRTAC Prezident Ofisinin saytına istinadla xəbər verir ki, bu barədə qərar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sonuncu iclasında qəbul edilib. Fərman Ukrayna Prezidenti Ofisinin rəsmi saytında aprelin 21-də dərc edildiyindən həmin gündən qüvvəyə minib.
Sanksiya tətbiq edilən Ukrayna vətəndaşları arasında tanınmış erməni əsilli iş adamı Tiqran Melkonyan da var. O, Odessadan olan iş adamıdır. Onun rəhbəri olduğu “Skaylayn” şirkəti barədə hələ 2018-ci ildə Livandan qaçaqmal yolu ilə siqaret daşımasına görə cinayət işi açılıb. Bir neçə il ərzində Tiqran Melkonyan qaçaqmalçılıq cinayəti üzrə təqib olunub.
Sanksiya 3 il müddətində qüvvədə olacaq. Sanksiyaya məruz qalan iş adamlarının aktivləri dondurulacaq, ticarət əməliyyatları tamamilə dayandırılacaq, Ukraynadan kapitalın çıxarılmasının qarşısı alınacaq, dövlət əmlakının özəlləşdirilməsi, qiymətli kağızlarla əməliyyatları qadağan ediləcək.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bir neçə gün öncə tanınmış erməni əsilli iş adamı Araik Amirxanyanın da Ukrayna vətəndaşlığını ləğv edən fərman imzalamışdı. Araik Amirxanyan korrupsiya və qaçaqmalçılıq qalmaqalında günahlandırılıb və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]