VOLEYBOL ÜZRƏ ÖLKƏ ÇEMPİONU APRELDƏ MÜƏYYƏNLƏŞƏCƏK
Günün ən maraqlı qarşılaşması “Azərneft-1” və “Metro” komandaları arasında olmuşdur.
İlk pley-offda “Azərneft-1”i məğlub etmiş “Metro” ölkə çempionatının qızıl medallarına sahib olmaq üçün bu dəfə də rəqibini yenməli idi. Lakin, gərgin idman mübarizəsi şəraitində keçən oyun “Azərneft-1”in 3:2 hesablı qələbəsi ilə başa çatmışdır. Bu görüşdə ölkə çempionu müəyyənləşmədiyindən, qalib həmin komandalar arasında keçiriləcək daha üç oyundan sonra məlum olacaqdır. Görüşlər aprelin 4-6-na nəzərdə tutulmuşdur.
“Azərneft-2”ni 3:0 hesabı ilə məğlub edən “Rabitə” voleybolçuları isə bürünc medallara sahib olmuşlar.
V-VI yerlər uğrunda oyunda Şəkinin “İpəkçi” komandası Masallının “Xan” klubu ilə görüşmüşdür. Şəki voleybolçuları 3:0 hesabı ilə qələbə qazanaraq, çempionatı beşinci yerdə başa vurmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]