Volodimir Zelenski: Rusiya qış ərəfəsində Ukraynanın qaz və enerji infrastrukturuna hücumlarını artırır
Kiyev, 5 oktyabr, AZƏRTAC
Rusiya qış ərəfəsində Ukraynanın qaz və enerji infrastrukturuna hücumlarını artırır, beynəlxalq reaksiya isə zəif olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanatında bildirib.
“Təəssüf ki, baş verən hər şeyə, hücumların miqyasının daim artmasına layiqli beynəlxalq reaksiya yoxdur”, - deyə Zelenski diqqətə çatdırıb.
Zelenski deyib ki, Rusiya Prezidenti Vladimir Putin sadəcə olaraq Qərbə, susqunluğa və güclü cavab tədbirinin olmamasına gülür.
“Rusiya müharibəni dayandırmaq və ya heç olmasa hücumları dayandırmaq üçün bütün təklifləri rədd etdi. Rusiya açıq şəkildə bizim mülki infrastrukturumuzu məhv etməyə çalışır. Xüsusilə indi - qışdan əvvəl, bu, bizim qaz infrastrukturumuz, istehsalımız və elektrik enerjimizdir”, - deyə Zelenski izah edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]