Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib
Kiyev, 10 mart, AZƏRTAC
Martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
AZƏRTAC bu barədə “Ukrinform”a istinadla xəbər verir.
“Prezident Volodimir Zelenski bazar ertəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib”, - deyə “Ukrinform” Ukrayna rəsmisinə istinadən yazır.
Xatırladaq ki, sabah Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır. Daha əvvəl məlum olub ki, V.Zelenski bu danışıqlar ərəfəsində Səudiyyə Ərəbistanına səfər edəcək, lakin nümayəndə heyətlərinin görüşündə iştirak etməyəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]