Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri əlaqələrin inkişafına böyük töhfədir

Vüqar Rəhimzadə: Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri əlaqələrin inkişafına böyük töhfədir

Bakı, 15 mart, AZƏRTAC

Xarici siyasətində Avropaya inteqrasiyaya xüsusi önəm verən Azərbaycanın ikitərəfli əməkdaşlıqların inkişafı istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Qarşılıqlı səfərlər hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Təkcə ötən il dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, bu və ya digər ölkənin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, səfərlər çərçivəsində keçirilən görüşlərə və imzalanan sənədlərə diqqət yetirsək, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu aydın görmək mümkündür. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu, Azərbaycanın Avropa üçün strateji əhəmiyyət daşıyan ölkə olduğunun təsdiqidir.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Fransa ilə Azərbaycanın münasibətlərinin bugünkü inkişaf səviyyəsinə diqqət yönəldən V.Rəhimzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya səfərini iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirib. Bildirib ki, hər bir səfər ölkə reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına böyük töhfədir.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın iqtisadi əlaqələrinin inkişafı, Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində fəallığını artırması və Fransa ilə əlaqələrin inkişafının Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsində rolu kimi bir-birindən əhəmiyyətli məsələlər Mehriban xanım Əliyevanın səfər çərçivəsində keçirdiyi görüşlərdə də əsas müzakirə mövzusu olub: “Belə ki, Mehriban xanım Əliyevanın Fransanın birinci xanımı Brijit Makron, Fransa Senatının sədri Jerar Larşe, Fransanın sabiq prezidenti Nikola Sarkozi, Fransa Milli Assambleyasının sədri Rişar Ferran, Fransanın mədəniyyət naziri Frank Riyester, iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşlərinin hər biri özlüyündə Azərbaycan-Fransa münasibətlərinin bu və ya digər sahələrinə işıq salır. Mehriban xanım Əliyevanın səfərinə göstərilən diqqət Azərbaycanın Birinci vitse-prezidentinin simasında ölkəmizə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir”.

Baş redaktor bildirib ki, bu gün Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişaf səviyyəsi göz önündədir. Fransanın aparıcı şirkətləri ölkəmizdə fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır. Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda çox güclü əlaqələrimiz var. İcra olunan və icrası davam etdirilən layihələr qarşılıqlı faydalara gətirib çıxarır. Mehriban xanım Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşündə də bu mühüm məqamlara xüsusi diqqət yönəldilib. Belə ki, Brüno Lömer Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu önə çəkərək, birlikdə işləməyə hazır olduqlarını qeyd edib. Vurğulamışdır ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd edib. Fransalı nazir Mehriban xanım Əliyevanın səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

“Təbii ki, hər bir səfərin əhəmiyyətindən bəhs edərkən həqiqətlərimizin təqdimatında nə kimi rola malik olduğu daha çox təhlil edilir. Nəzərə alsaq ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ən əsası ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, bu halda Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfərinin əhəmiyyəti daha aydın görünür”,- deyən V.Rəhimzadə bildirib ki, Fransanın yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ölkəmiz üçün önəmlidir. Mehriban xanım Əliyevanın səfər çərçivəsində keçirdiyi görüşlərdə də Dağlıq Qarabağ probleminə xüsusi diqqət yönəldilib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban xanım Əliyeva bildirib ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir”.

Baş redaktor vurğulayıb ki, son illər Fransa-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsinə diqqət yetirsək böyük yaxınlaşmanın şahidi olarıq. Dövlətimizin başçısı İlham Əliyevin ötən il reallaşdırdığı Fransa səfəri də bu kimi mühüm məqamların açıqlanmasında və təqdimatında mühüm rol oynayıb. Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana münasibəti ikitərəfli əlaqələrin inkişafı fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllində önəmli faktor kimi dəyərləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib