Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Ermənilərin illər keçdikcə xeyirlərinə nəyinsə dəyişəcəyini düşünmələri utopiyadır

Vüqar Rəhimzadə: Ermənilərin illər keçdikcə xeyirlərinə nəyinsə dəyişəcəyini düşünmələri utopiyadır

Bakı, 16 avqust, AZƏRTAC

İki ilə yaxındır ki, torpaqlarımızın işğalından deyil, tarixi Zəfərimizdən, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində tarixi sahiblərinə qovuşmasından, həyata keçirilən nəhəng bərpa-quruculuq işlərindən, artıq start verilən Böyük Qayıdışdan bəhs edirik. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası hazırkı dövrün əsas tələbləri sırasındadır. Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Ölkəmiz bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün üzərinə düşən öhdəlikləri zamanında və yüksək səviyyədə yerinə yetirir. Qarşı tərəfə təklif olunan sülh müqaviləsi də bunun təsdiqidir. Amma bu günümüzün əsas məsələsi Ermənistanın üzərinə düşən öhdəlikləri hansı səviyyədə yerinə yetirməsidir. Məlum olduğu kimi, qeyd olunan Bəyanatda Kəlbəcərin, Ağdamın və Laçının nəzərdə tutulduğu vaxtda boşaldılaraq Azərbaycana qaytarılması öz əksini tapmışdır. Baxmayaraq ki, ermənilər Kəlbəcəri 2020-ci il noyabrın 15-də boşaltmalı idi, amma vaxt məhdudiyyətini önə çəkərək Rusiya vasitəsilə Azərbaycandan əlavə 10 gün vaxt istədilər. Azərbaycan yenə də humanizm siyasətinə sadiqlik nümayiş etdirərək vaxtı noyabrın 25-dək uzatdı. Bu, ölkəmizin atdığı növbəti humanist addım idi. Amma ermənilər bu humanistliyi necə dəyərləndirdi, bunu bütün dünya gördü. Evlər yandırıldı, meşələrə od vuruldu, apardıqlarını apardılar, apara bilmədiklərini yandırdılar. Bu, ermənilərə xas olan vəhşilikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Laçında qanunsuz məskunlaşmış ermənilərin çıxarılması ilə bağlı açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti Laçının işğalına, erməni vandalizminə yönəldib, o zaman ermənilərin bunu bayram kimi qeyd etdiklərini xatırladaraq deyib: “Həmin dövrə qısa nəzər salaq. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunandan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən işğalçı erməni ordusu mayın 18-də Laçını işğal etdi. Statistik rəqəmlərə müraciət edək. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirib”.

“Təbii ki, bunları sadalamağımız səbəbsiz deyil”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistana bu ilin avqust ayının sonuna qədər Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarması üçün vaxt vermişdir. Dövlətimizin başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məqama xüsusi diqqət yönəldərək bildirmişdir ki, əslində, bu tarixi Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər bizdən xahiş etmişdilər. Biz də buna razılaşdıq. Prezident bir daha bəyan etdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Baxmayaraq ki, oradan çıxmamaları ilə bağlı xəbərlər gəlir, bu, mümkünsüzdür. Onlar hərbi cinayətkardırlar.

Vüqar Rəhimzadə dövlətimizin uğurlu siyasəti nəticəsində Laçına qayıdacağımızı bildirib: “Zabuxa, Susa qayıdacağıq. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin sakinləri həmin günü səbirsizliklə gözləyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan öhdəliklərə sadiqdir, Ermənistan isə ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə vaxt uzatmağa çalışır. Amma unudur ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. İldən-ilə nəyinsə dəyişəcəyini düşünəndə təbii ki, 44 günlük İkinci Qarabağ müharibəsini yada salsalar daha yaxşı olar. İllər keçdikcə işğal altında olan torpaqlarımızın unudulacağını, əbədi olaraq onlarda qalacağını düşündülər. Amma zaman göstərdi ki, Azərbaycan həyata keçirdiyi siyasətlə hər gün Zəfər doğru bir addım atdı. Ən yüksək tribunalardan bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi bəyan edən Azərbaycan dövləti bu illər ərzində daha da gücləndi, dünyanın ən güclü ordularından birinə sahib oldu, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Döyüş meydanında qazandığımız tarixi Qələbəmizdə beynəlxalq hüquq da əhəmiyyətli rol oynadı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni qoşunlarının qeyd-şərtsiz ərazilərimizdən çıxarılması BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində öz əksini tapmışdır. Baxmayaraq ki, maraqlar ədaləti və beynəlxalq hüququ üstələdiyi üçün bu qətnamələr kağız üzərində saralaraq icrasını gözlədi. Azərbaycan Ordusu tarixi Qələbə qazanmaqla 4 qətnaməni yerinə yetirdi, ədaləti bərpa etdi. Bu gün də ermənilərin vaxt uzadaraq yenə də illər keçdikcə xeyirlərinə nəyinsə dəyişəcəyini düşünmələri utopiyadır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki olaraq, əgər belə demək mümkündürsə, təklənməsi və nə üçün təklənməsi ona görədir ki, onlar haqsızdırlar”.

YAP Xətai rayon təşkilatının sədri bu əsas tezisə də diqqəti yönəldib ki, Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi başladığı gündən xalqa müraciətlərində, xarici mətbuata müsahibələrində “Biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik” bəyan etdi və bunu reallıqda təsdiqlədi. Son 19 ilə yaxın dövrün reallıqlarını təhlil etdikdə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hər dövrün öz tələbi, hədəfi qarşıya qoyuldu və buna yüksək səviyyədə nail olduq. Yeganə məsələ artıq tarixə qovuşan Qarabağ münaqişəsi idi ki, o da zamanı çatanda dövlətimizin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində həll olundu, ədalət bərpa edildi, torpaqlarımız sahibinə qovuşdu, torpaq həsrətinə son qoyuldu. Artıq Böyük Qayıdışın ilk addımı atıldı. Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı və yeni həyat başladı.

Vüqar Rəhimzadə təhlil əsasında bir daha bildirib ki, Kəlbəcərin boşaldılmasını səbəbsiz yerə xatırlatmadıq. Vaxt bir gün, beş gün, bir ay da uzadıla bilər. Əsas olan odur ki, bir nöqtəyə vuraraq nəticə əldə edir, hədəfə çatırıq. Baxmayaraq ki, Laçında qanunsuz məskunlaşan ermənilər də dünyanın gözü qarşısında ekoloji terror törədirlər, meşələri yandırırlar, amma torpaqlarımızı tərk edirlər. Bu torpaqlar bizimdir və əbədi olaraq bu torpaqlarda yaşayacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib