Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Ermənistan Brüssel görüşlərinin ardınca Praqa xəbərdarlığını aldı

Vüqar Rəhimzadə: Ermənistan Brüssel görüşlərinin ardınca Praqa xəbərdarlığını aldı

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da dünyanın diqqəti Çex Respublikasına yönəlmişdi. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan dövlətimizin başçısı İlham Əliyevin tədbir çərçivəsində keçirdiyi görüşlər, “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı, eyni zamanda, Azərbaycan televiziya kanallarına müsahibəsində Azərbaycanın hazırkı dövrdə beynəlxalq münasibətlər sistemində artan mövqeyini, Ermənistana ciddi mesajlarını və sair kimi çağırışları özündə əks etdirən bəyanatları ölkə və dünya mətbuatında geniş müzakirə olunur. Onu da qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirdilər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının və Çex Respublikasının dəvəti ilə Zirvə Toplantısında iştirakı, eyni zamanda, yeni siyasi platformanın fəaliyyətə başlamasını postmünaqişə dövrünün reallıqlarının təqdimatı kimi dəyərləndirə bilərik. Bu baxımdan, Azərbaycanın ədaləti və beynəlxalq hüququ xarici siyasətinin prioritet istiqaməti kimi qəbul edərək hər bir məsələnin həllində bu yanaşmanı ortaya qoyan və bununla bağlı digər dövlətlərə də çağırış edən qalib ölkə olaraq yeni reallıqların müzakirəsində iştirakı mütləqdir. Bu, Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanı daim irəli aparmaqla yanaşı, heç bir xarici qüvvənin ölkəmizin siyasi iradəsinə təsir etmək gücündə olmadığını, bizimlə ultimatum dili ilə danışmaq imkanının yoxluğunu ən yüksək tribunalardan bəyan edən Liderdir. Dünya Azərbaycan Prezidentinin 44 günlük İkinci Qarabağ müharibəsində qətiyyətli mövqeyinin şahidi olub. Mövqeyindən bir addım belə mövqeyindən geri çəkilməyən Müzəffər Ali Baş Komandan müharibənin dayandırılması ilə bağlı nə qədər təzyiqlər göstərilsə də sonadək gedəcəyini, eyni zamanda, hansı halda müharibənin dayandırılmasının mümkünlüyünü diqqətə çatdırdı. Azərbaycan bu gün də dövlət başçısının qətiyyətli mövqeyinin sayəsində dünya birliyinin fəal üzvü olaraq cərəyan edən proseslərə təsir imkanlarını ortaya qoyur, bəzi dünya güclərinin Ermənistana dəstəkdən irəli gələn təkliflərini təmkinlə, diplomatik şəkildə cavablandırır və bununla bir daha Azərbaycanın siyasətində müstəqil olduğunu nümayiş etdirir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O diqqəti Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan dördtərəfli görüşünə yönəldib: “Azərbaycanın növbəti diplomatik qələbəsi olan bu görüşdə Fransa Prezidentinin iştirakı özündə bütün məqamları açıq-aydın şəkildə ehtiva edir. Postmünaqişə dövrünün reallıqlarına nəzər salsaq görərik ki, bugünümüzün əsas müzakirə mövzusu regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Bu gün Fransanın tərəf kimi Azərbaycanın təklif etdiyi sülh gündəliyinin həyata keçirilməsi üçün aparılan danışıqlarda iştirakı təəccüb doğurmaya bilməz. Bu, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətinin nəticəsidir. Dünya gücləri tarixi Zəfərimizin reallıqlarını qəbul edir və fəaliyyətlərini bu istiqamətdə qurmaq istəklərini nümayiş etdirirlər. Fransa Prezidentinin belə səpkili görüşlərdə iştirakı ona görə maraq və təəccüb doğurur ki, bu dövlət BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eyni zamanda, keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupunun həmsədridir. Otuzillik işğal dövründə Ermənistanın başına sığal çəkib yeni ərazilər uğrunda müharibə planları hazırlamasına şərait yaradan Fransa kimi dünyanın söz sahibi olan bəzi gücləri bu gün postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə dəstək göstərməkdə maraqlı olduqlarını bildirirlər. Təəccüblü yanaşma deyilmi? Eyni zamanda, nəzərə alaq ki, tarixin arxivində Minsk qrupunun fəaliyyətinin canlandırılmasında maraqlı olan bəzi dairələr var”.

YAP Xətai rayon təşkilatının sədri bu təhlil əsasında bildirib ki, Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, Fransa tərəfi də açıq şəkildə Ermənistanı dəstəklədiyini gizlətmir. Ermənistan və Fransa sərhəddə baş vermiş təxribatlara görə Azərbaycana təzyiq göstərəcəklərini düşünə bilərdilər. Amma Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi. Beş saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı qətiyyətlə alındı.

Azərbaycanın Brüssel gündəliyini dəstəklədiyini vurğulayan Vüqar Rəhimzadə deyib: “Ölkəmiz Avropa İttifaqının neytral vasitəçiliyini təqdir edir. Bu gün bəzi dünya güclərinin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstəklərini ifadə etmələri, əslində, Avropa İttifaqının təşəbbüskarlığını qısqanclıqla qarşılamalarından irəli gəlir. Fransa özünü bu prosesdə görmək istəyəndə öncə 30 illik işğal dövrünü xatırlasa daha yaxşı olar. Bu baxımdan, 30 il Ermənistana “gözün üstündə qaşın var” deməkdə maraqlı olmayan, özünün də iştirakı ilə hazırlanan və qəbul olunan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına səy göstərməyən Fransa bu gün danışıqlar prosesində iştirak edib daim başına sığal çəkdiyi Ermənistana qısa müddətdə təzyiq göstərmək xəyallarını gerçəklik kimi qəbul etdirəcəyini düşünürsə, zənnimcə, böyük səhv olar. Çünki biz 30 illik işğal dövründə yaşadıqlarımızı unutmadıq. Kiçik dövlətlərə “ədalət, beynəlxalq hüquq” dərslərini keçən Fransa kimi güclər özləri bu prinsiplərə əməl etsələr daha yaxşı olar. Dövlət başçısı İlham Əliyev Zirvə Toplantısı çərçivəsində “Avropada sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada bir daha dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin rolunu qeyd etdi, xüsusilə ərazi bütövlüyü prinsipinə diqqət çəkdi. Bu prinsipə münasibətdə eyni yanaşmanın və dövlətlərarası münasibətlərdə bu prinsipin üstünlük təşkil etməsinin vacibliyini vurğuladı. Həmçinin bu prinsipə münasibətdə selektiv yanaşmaların kənara qoyulmasının önəmini diqqətə çatdırdı”.

YAP Xətai rayon təşkilatının sədri dördtərəfli formatda keçirilən görüşün yekununda qəbul edilən Bəyanatda əksini tapan müddəalardan da bəhs edib: “Azərbaycan və Ermənistan bir- birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdı, BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Sənəddə diqqət çəkən məqamlardan biri də budur ki, Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə, müstəqil siyasətinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, sərhəd monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Ermənistan sərhəd missiyasına razılıq verməklə müstəqil dövlət olmadığını bir daha təsdiqlədi. İlk gündən müstəqilliyi formal xarakter daşıyan Ermənistan bugünədək bəzi dünya güclərinin maraqlarının ifadəsində oyuncağa çevrilib. Ermənistanın sərhəd monitorinq missiyasına razılıq verməsi digər tərəfdən Rusiyaya qarşı yeni və ciddi addımdır”.

Ermənistanın Praqada növbəti dərsini aldığını diqqətə çatdıran Vüqar Rəhimzadə əlavə edib: “Himayədarının danışıqlar prosesində yanında olması artıq nəyisə dəyişmək imkanında deyil. Otuz il danışıqlar prosesinə imitasiya naminə qatılan Ermənistana bu addımı atmaqda dəstək verən bəzi güclər artıq postmünaqişə dövrünün reallıqları fonunda bunu etmək imkanında deyillər. Azərbaycan sülh müqaviləsini təklif etdiyi andan onun uzun müddət masa üzərində qalmayacağını bəyan edib. Brüssel və Praqa dərsləri Ermənistana düzgün nəticə çıxarmaq üçün çağırışdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov