Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır

Vüsal Qasımlı: Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının müşavirədən irəli gələn vəzifələrlə bağlı şərhini təqdim edir.

- 2019-cu ilin iqtisadi yekunlarını necə qiymətləndirirsiniz?

- Ən böyük uğurumuz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yaradılmış ictimai-siyasi sabitlik, makroiqtisadi stabillik, sosial rifah və dayanıqlı iqtisadi artımdır. Hazırda Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri arasındadır. Ölkənin 51 milyard ABŞ dolları olan strateji valyuta ehtiyatları ümumi daxili məhsulun (ÜDM) 110 faizini təşkil etdiyi halda, xarici borcumuz ÜDM-in 17 faizinə bərabərdir. Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalımızı maliyyələşdirməyə kifayət edir. Həm tədiyə, həm də icmal büdcə balansında profisit makroiqtisadi sabitliyimiz və davamlı inkişafımız üçün əsasdır. 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son 5 ildə rekord həddə - 2,2 faiz artıb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub. İqtisadi artımın drayverləri qeyri-neft sənayesi 14 faiz, bitkiçilik 10 faizdən çox, informasiya və rabitə xidmətləri 15 faizdən artıq, turizm 11 faizdən çox böyüyüb. Təkcə turizmdən əldə olunan gəlir 4,3 milyard manata çatmaqla qeyri-neft əmtəə ixracından 35 faiz çoxdur. 2019-cu ildə Azərbaycanda keçirilən Formula 1 Azərbaycan Qran-Pri yarışının ölkə iqtisadiyyatına təsiri 309 milyon dollar olub.

Biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutların səmərəliliyini çoxaltmaqla, dünya bazarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artım sürətlənir.

Azərbaycan sosial rifah dövlətinə çevrilib. Çünki iqtisadiyyatın və büdcənin artan imkanları əhalinin rifahının yaxşılaşmasına yönəlib. Azərbaycan əvvəlcə BMT-nin Minilliyin İnkişafı, indi isə Dayanıqlı İnkişaf Məqsədlərinə uğurla nail olur. 2019-cu ildə həyata keçirilən sosial paket 4,2 milyon nəfəri əhatə edib, bu məqsədlə 2,3 milyard manat sərf olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın da birbaşa iştirakı ilə həyata keçirilən sosial islahatlar Azərbaycan dövlətinin fövqündə vətəndaşımızın dayandığını bir daha təsdiqləyir.

Vergi-gömrük islahatları və “kölgə iqtisadiyyatı” ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub. Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri olan Azərbaycanın kredit reytinqini “Moody’s” sabit “Ba2” səviyyəsində müəyyənləşdirib, “Fitch” isə bu reytinqi təsdiqləmişdir. Keçən il Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycana rəsmi olaraq beynəlxalq aləmdə donor ölkə statusu verib.

2019-cu ildə islahatlar bütün istiqamətlərdə gedib: iqtisadi, sosial, idarəetmə və kadr islahatları. Azərbaycanın müstəqillik tarixində ən irimiqyaslı islahatlar 2019-cu ildə baş tutub.

- Ötən il fiskal dayanıqlılıq baxımından nə ilə yadda qaldı?

- 2019-cu ilin büdcəsinin əsas xüsusiyyəti ondadır ki, gəlirlər 4,5 faiz çox, xərclər isə 3 faiz az icra olunmaqla büdcə kəsiri proqnozdan 10 faiz kiçik olub. Bu nailiyyət Azərbaycan Prezidentinin rəhbərliyi ilə fiskal institutların gücləndirilməsi, vergi və gömrük islahatları, o cümlədən sosial sığorta haqlarının yığılması istiqamətində atılmış addımlar hesabına mümkün olub. Məhz bunun nəticəsidir ki, 2,3 milyard manatlıq sosial islahat paketi manatın məzənnəsinə və inflyasiyaya təzyiq göstərmədi.

İcmal büdcənin də gəlirləri 15,7 faiz çox, xərcləri isə 3 faiz az icra edilməklə 7,3 milyard manatlıq profisit yaranıb. İcmal büdcənin profisiti dövlətin strateji valyuta ehtiyatlarının artımını şərtləndirir. Profisitin yaranmasında qeyri-neft sektorundan gəlirlərin artması, neftin qiymətinin proqnozdan 5 dollar çox olması, Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlərin çoxalması rol oynayıb.

Prezident İlham Əliyev həm də dövlət borcunun idarə edilməsi ilə bağlı tapşırıq verib. Yeni borclar yalnız texnoloji layihələr üçün alına bilər ki, bu da məhsuldarlığın artırlmasına xidmət edəcək. Eyni zamanda, nisbətən yüksək faizlə götürülmüş borclar aşağı faizlə götürüləcək borclarla əvəzlənəcək.

Büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, dövlətin borc strategiyası, vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ standartların tətbiqi, fiskal intizamın artırılması və digər fiskal institutlar bütövlükdə fiskal dayanıqlılığı artırır.

- Müşavirədə də qeyd olunduğu kimi, ötən il manatın sabitliyi və inflyasiyanın aşağı həddə qalması mümkün olub. Bu nə ilə bağlıdır?

- Keçən il əksinə manatın möhkəmlənməsinə təzyiqlər və inflyasiyanın hədəfdən aşağı olması kimi trendlər sezilirdi. Çünki tədiyə balansında profisit həm də yerli bazarda xarici valyuta təklifini artırmışdı. Burada fiskal məqsədlər üçün yerli bazarda satılan valyuta və qeyri-neft sektorunun artan ixracından əldə olunan valyuta əhəmiyyətli təsirə malikdir. Bu şəraitdə əmanət faizlərinin xarici valyutalara nisbətən manatla daha sərfəli olması da de-dollarlaşma şəklində manata tələbi artırmışdı. Dollarlaşma kreditlərdə 38 faizdən 35 faizə, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib. Sosial islahat paketinin çərçivəsində əhalinin gəlirlərinin artması və istehlak kreditlərinin 20 faizdən də çox böyüməsi manatın məzənnəsinin sabitliyini poza bilməyib. Ümumilikdə, manatla pul bazasının 2019-cu ildə 24 faiz artması manatın məzənnəsini ucuzlaşdırmadı. Çünki fiskal stimulların təsirini kompensasiya etmək üçün Mərkəzi Bank və Maliyyə Nazirliyi sterilizasiya tədbirlərindən istifadə edib və 700 milyon dollar valyutanı bazardan yığıb. Eyni zamanda, qeyri-neft sektoru böyüyüb və qeyri-neft sektorundan büdcə daxilolmaları da artıb ki, bu da manata cilovlayıcı təsir edib.

Mәrkәzi Bank həm də 2019-cu ildә uçot dәrәcәsini mәrhәlәlәrlә 9,75 faizdәn 7,5 faizә endirmәklə manatın məzənnəsini yumşaldıb. Göründüyü kimi, manatın məzənnəsinə təsir edən azaldıcı və artırıcı vasitələr elə tənzimlənib ki, milli valyuta sabitliyini qoruyub.

Nağdsız dövriyyənin artması, rəqəmsal ödənişlərin genişlənməsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə, qiymətli kağızlar bazarının həcminin böyüməsi Mərkəzi Banka və hökumətə manatın məzənnəsi və inflyasiyanın tənzimlənməsi üçün daha geniş imkanlar verir. Xüsusən də, Mərkəzi Bankın transmissiya imkanları artır.

Azәrbaycandakı inflyasiyanın ticarәt tәrәfdaşı olan ölkәlәrdәki orta inflyasiyadan әhәmiyyәtli aşağı olması manatın real effektiv mәzәnnәsinә azaldıcı tәsir göstәrmәklә rәqabәt qabiliyyәtini dәstәklәyib. 2019-cu ildə dә faizlәrin enmәsinә baxmayaraq, Mərkəzi Bankın keçirdiyi hәrraclarda tәlәbin tәklifi әhәmiyyәtli üstәlәmәsi bank sisteminin likvidlik mövqeyindә irihәcmli struktur profisitinin qaldığını göstәrir. Məhz bu likvidlik istehlakın deyil, daha çox real sektorun inkişafı üçün maliyyə qaynağı sayıla bilər. Nəzərə alsaq ki, ötən il kredit portfelində ev təsərrüfatlarının xüsusi çəkisi 50 faizi ötüb. Bu məsələ Mərkəzi Bankın və hökumətin qarşısında qoyulmuş əsas vəzifədir. Ötən il banklara 2 milyard manatdan çox vəsait verilib.

Tədiyə balansında profisit nəticəsində yaranmış xarici valyuta artıqlığı pul bazasının genişlənməsinin təsirini kompensasiya edə bildi. Beləliklə, manatla pul bazası genişləndi, amma manatın dəyəri sabit qaldığına görə inflyasiya hədəf diapazonunda qaldı. Bu ildən tətbiq edilən büdcə qaydaları isə kontr-tsiklik büdcə siyasətinə keçidi təmin edir ki, bu da manata fiskal təzyiqi azaldır.

- 2019-cu il həm də qeyri-neft ixracı üçün uğurlu il olub?

- Ötən il ümumilikdə ixracatımız üçün uğurlu olub və gömrük məlumatlarının təhlili göstərir ki, 2019-cu il ölkəmizdən 19,6 milyard dollarlıq ixrac həyata keçirilib. Nəticədə ticarət dövriyyəsində 6 milyard dollar müsbət saldo yaranıb. Xüsusən də aparılan uğurlu islahatlar nəticəsində nəinki 2019-cu il, ondan əvvəlki illər də qeyri-neft ixracı üçün uğurlu olub. Belə ki, 2017-ci ildə qeyri-neft ixracımız 24 faiz, 2018-ci ildə 10 faiz, 2019-cu ildə isə 14 faiz artıb. Keçən il qeyri-neft ixracımız 2 milyard dollara yaxınlaşıb. Bu isə həm də onu göstərir ki, Strateji Yol xəritələrinin 2025-ci ildə qeyri-neft ixracını adambaşına 450 dollara çatdırmaq hədəfinə nail olmaq istiqamətində ciddi irəliləyişlər var. Yəni qeyri-neft ixracının artması istiqamətində görülən kompleks tədbirlər, xüsusən də ticarət nümayəndəliklərinin yaradılması, ticarət və şərab evlərinin, ixrac missiyalarının təşkili, “Azexport.az” portalının, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti bu artımda rol oynayır. Nəzərinizə çatdırım ki, son 3 ildə “Azexport.az” portalına 141 ölkədən 1,6 milyard dollarlıq ixrac sifarişi daxil olub. Hazırda qeyri-neft sektoruna aid mallarımız əsasən Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana, Ukraynaya ixrac olunsa da, ixracın coğrafiyası da genişlənir.

Həmçinin son illər ixracın əmtəə strukturunda da müsbət dəyişiklər baş verir. 2019-cu ildə ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor, qızıl, fındıq ləpəsi, pambıq mahlıcı, xurma, elektrik enerjisi, metanol (metil spirti), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, ilkin formalı polipropilen önə çıxıb. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə “SOCAR Polymer”, “SOCAR Karbamid” zavodlarının açılması, yeni elektrik stansiyalarının tikilməsinin, pambıqçılığın, tütünçülüyün inkişafının dəstələnməsi özünü real ixracın artmasında göstərir. Təkcə bir faktı qeyd edim ki, pambıqçılığın inkişafına verilən dəstək nəticəsində 2019-cu ildə pambıq lifinin ixracının dəyəri 54 faiz artaraq 124 milyon dollar təşkil edib. Ümumiyyətlə, isə qeyri-neft ixracımızın artmasına kənd təsərrüfatı sektoru böyük töhfə verir.

- Kənd təsərrüfatı ilə bağlı maraqlı məqama toxudunuz. Keçən il kənd təsərrüfatı sektoru üzrə 7 faizlik artıma nail olunmasını necə qiymətləndirirsiniz?

- Aqrar sahədə mütərəqqi metodların, innovasiyaların tətbiqi sahəsində intensiv inkişafa nail olunması bu artımı şərtləndirir. Qeyd etdiyim kimi, kənd təsərrüfatı həm qeyri-neft ixracının artması, həm də idxalının əvəzlənməsində mühüm rol oynayır. Diqqət yetirsəniz görərsiniz ki, müstəqillik illərində əhalimizin sayı davamlı olaraq artaraq 10 milyon nəfərə keçsə də, onun ərzaq təminatında hər hansı bir problem yoxdur. Azərbaycanda əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi hər il yaxşılaşır və hazırda ölkəmiz qlobal ərzaq təhlükəsizliyi indeksində 53-cü yerdə qərarlaşıb. Vəziyyətin daha aydın təsəvvür olunması üçün təkcə bir faktı nəzərə alaq ki, 2019-cu ildə dünyada ərzağın qiymətlərinin 12 faiz bahalaşması fonunda Azərbaycanda ərzağın qiymətində bahalaşma 4 faizdən az olub. Əgər ölkəmizdə kənd təsərrüfatında məhsul istehsalı artmasaydı dünya bazarındakı qiymət bahalaşmasından daha çox zərər çəkə bilərdik. Amma bizdə ərzaq məhsullarının qiymətlərində kəskin artımlar müşahidə olunmadı.

Bu isə bir daha onu göstərir ki, Prezident İlham Əliyev tərəfindən aqrar siyasət çox düzgün müəyyənləşdirilib. Hazırda aqrar sektorda güclü olduğumuz sahələr üzrə ixtisaslaşmanı dərinləşdiririk, elektron kənd təsərrüfatı sistemini tətbiq etməklə şəffaflığı artırırıq. Bu ildən tətbiq olunan yeni subsidiya və aqrar sığorta mexanizmi də ixtisaslaşmanın dərinləşməsinə xidmət edir. Nəticədə 2020-ci və növbəti illərdə də kənd təsərrüfatında artım davam edəcək. Biz qarşıdakı illərdə kənd təsərrüfatında mövcud resurslarımızdan daha səmərəli istifadə etməklə məhsuldarlığın artırılması, intensiv inkişafa nail olunması hesabına əhalinin ərzaq təminatını daha da yaxşılaşdıracağıq. Digər tərəfdən ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının emalını dərinləşdirməklə həm əlavə dəyər və yeni iş yerləri yaradılacaq, həm də qeyri-neft ixracı artacaq.

- Azərbaycanda inklüzivlik haqqında nə demək olar?

- İlkin bölgü zamanı insanlar 3 cür aktivdən gəlir əldə edirlər: fiziki aktivlər (ev, obyekt və sair), maliyyə aktivləri (əmanət, qiymətli kağız və sair) və insan kapitalı (bacarıqlar, səriştə və sair). Məsələn, ötən il əhalinin əmanətləri 300 milyon manatdan çox artıb və həm də dövlət tərəfindən tam sığortalanıb. Bir də ki, dövlətimiz öz fondları vasitəsilə topladığı vəsaiti insanlarımıza maaş, pensiya, müavinət və başqa formalarda paylayır. İnklüzivlik də məhz aktivlərə bərabər çıxış imkanlarının olması və dövlət fondlarının ədalətli bölgüsü əsasında müəyyənləşir. Gəlirlərin əhali təbəqələri arasında bölgüsünün ədalətliliyini ifadə edən Cini indeksinə görə Azərbaycan dünyada öncül mövqelərdədir. Dünya üzrə hesablamalar göstərir ki, Cini indeksinin 1 faiz azalması gündəlik 1 dollardan az qazanan yoxsulların gəlirinin 4 faiz artımı ilə nəticələnə bilər. Beləliklə, Azərbaycan öz imkanları daxilində inklüzivliyi təmin edib. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun hesablamalarına görə biz inkişaf etməkdə olan ölkələrin arasında inklüzivlik səviyyəsinə görə ilk üçlükdəyik. Azərbaycan onunla bir səviyyədə gəlirləri olan ölkələrlə müqayisədə daha aşağı Cini əmsalına malikdir və deməli, gəlirləri daha ədalətli bölür.

Asiya İnkişaf Bankının hesablamalarına görə, 2001-2015-ci illərdə Azərbaycanda hər nəfərə düşən ÜDM həcmi illik 10,58 faiz artmaqla Cənubi Qafqaz və Mərkəzi Asiyada lider mövqeyə yüksəlib, inkişaf edən Asiya ölkələrinin orta göstəricisini (7,69 faiz) isə əhəmiyyətli üstələyib. Azərbaycan təkcə iqtisadi artımın yüksək tempi ilə deyil, həm də bu artımın yoxsulluğun azaldılmasına xidmət etməsi səviyyəsinə görə də qabaqcıl mövqelər qazanıb. Təsadüfi deyil ki, müqayisə olunan dövrdə nəinki Asiyada, hətta dünyada yoxsulluğu ən kəskin azaldan ölkələrdən biri də Azərbaycan olub. Təsəvvür edin ki, 2000-ci illərin əvvəlində bizdə hər iki nəfərdən biri yoxsul olduğu halda, indi bu göstərici 20-nin 1-ə nisbətindədir. Son 20 ildə Azərbaycanda təxminən 3,5 milyon nəfər yoxsulluqdan qurtulub. Yoxsulluğun azalması hesabına isə orta təbəqə güclənib ki, bu da cəmiyyətin inklüzivliyini, tarazlığını və dayanıqlılığını təmin edir.

- İnsan kapitalı, əmək məhsuldarlığı və inklüzivlik arasında qarşılıqlı təsirlər var. Azərbaycanda bu sahədə hansı perspektivlər var?

- Əmək məhsuldarlığı 3 yolla arta bilər: birincisi, statik effektdir ki, zamanla işçi qüvvəsi az məhsuldar sahələrdən daha yüksək məhsuldar sahələrə keçir; ikincisi, dinamik effektdir ki, işçi qüvvəsi bir sahədən başqasına, eyni zamanda, keçir; üçüncü halda isə daxili effekt yaranır, yəni sektorda kapital qoyuluşu, texnoloji təkmilləşmə və idarəetmənin yaxşılaşması hesabına əmək məhsuldarlığı artır. Azərbaycanda əmək məhsuldarlığının artmasında daha çox daxili effekt hiss olunur. Amma iqtisadiyyatın strukturu dəyişdikcə dinamik və statik effektin də güclənəcəyi gözlənilir.

Azərbaycanda 2019-cu ildə əməkhaqqı artımı əmək məhsuldarlığının artımını orta hesabla 4 dəfə üstələdi. Bu fərqin “yumşaldılması” üçün də insan kapitalına davamlı sərmayə qoyulur. Elə əməkhaqqının artımı həm də sonradan insan kapitalını daha da gücləndirməyə xidmət edir. Dünya Bankının və BMT İnkişaf Proqramının insan kapitalı və insan inkişafı indeksləri, həmçinin “Qlobal innovasiyalar hesabatı”, şagird bacarıqlarının qiymətləndirilməsi üzrə hesabatın (PİSA) və beynəlxalq olimpiada nəticələrinin təhlili göstərir ki, əldə etdiyimiz böyük nailiyyətlərə rəğmən insan kapitalının inkişafı istiqamətində görəcəyimiz işlər də var. Xüsusilə, “bacarıqlar iqtisadiyyatı” şəraitində insan kapitalının inkişafını şərtləndirən əsas sahə - təhsilin bütün səviyyələridir.

Azərbaycan Avropada əhalisi ən sürətlə artan ölkələrdəndir və bizdə pensiya yaşı da artır. Bu hesaba gənclərin əhalinin strukturunda payı üçdəikidən keçib, əmək qabiliyyətli yaşda əhali sürətlə artır, işçi qüvvəsinin təklifi çoxalır və yeni iş yerlərinə ehtiyac güclənir. Hansı ki, texnoloji transfer də insan əməyinə ehtiyacı azaldır. Azərbaycanda 2006-2015-ci illərdə həyata keçirilən məşğulluq strategiyası daha çox Skandinaviya (dövlət dəstəyi ilə iş yerlərinin açılması) və Amerika (məhsuldarlığı elə də yüksək olmayan sahələrdə iş yerlərinin dəstəklənməsi) modelləri üzrə həyata keçirilib. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” isə məşğulluğun inkişafına və layiqli əməyin təmin olunmasına imkan verən məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etməlidir. Yeni məşğulluq strategiyasında xüsusən qadınların və gənclərin məşğulluğunun gücləndirilməsi daha çox fayda verəcək. Məsələn, Banqladeş və Vyetnam kimi ölkələrin iqtisadi yüksəlişində məhz qadın işçi qüvvəsinin potensialından səmərəli istifadə olunub. Estoniyada isə innovativ inkişafın drayverləri Z-nəsli və minilliyin nəslidir. Dünya Bankının hesablamalarına görə təkcə gəlirlərdə gender paritetinə nail olmaqla insan kapitalını 18 faiz artırmaq mümkündür. BMT-nin hesablamalarına görə, Azərbaycan gender bərabərsizliyinə görə Cənubi Qafqazda ən yaxşı vəziyyətdədir ki, bu da davamlı inkişafa xidmət edir.

Eyni zamanda, insan ömrünün 10 faiz artırılması ÜDM-in illik 0,3-0,4 faiz artmasını təmin edir. Yəni insan kapitalına qoyulan sərmayə böyük verimliliyə malikdir. 2019-cu ildə əhalimizin 42 faizini əhatə edən 2,3 milyard manatlıq sərmayə həm də insan kapitalına yatırım idi.

Azərbaycanda daha bir demoqrafik trend odur ki, pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək iki dəfə artacağı proqnozlaşdırılır ki, belə də pensiya sisteminin dayanıqlılığını təmin etməyin yolu məşğulluğun və məhsuldarlığın paralel artırılmasıdır. Sərmayəni cəlb etmək üçün ixtisaslı və ucuz işçi qüvvəsi - insan kapitalı da şərtdir.

- Azərbaycanda demoqrafik vəziyyəti regional konteksdə necə qiymətləndirirsiniz?

- Mən özüm vaxtilə Asiya İnkişaf Bankının iqtisadi inkişaf məsələləri üzrə məsləhətçisi olarkən hazırladığımız bir tədqiqat əsasında 2016-cı ilin göstəricilərinə uyğun bəzi demoqrafik meyilləri qeyd etmək istəyirəm. Azərbaycanda bir qadına düşən uşaqların sayı təxminən iki olmaqla, Cənubi Qafqazın digər iki ölkəsindən daha yuxarıdır və bu əhali artımı və gəncləşmə üçün yaxşı haldır. Təsadüfi deyil ki, Azərbaycanda orta yaş həddi 30,9 ildir və bu onu göstərir ki, bizim əhalimiz orta hesabla Ermənistandan 3,7 il, Gürcüstandan isə 7,1 il gəncdir. Amma digər tərəfdən ailədə uşaqların sayı artdıqca bu, qadın məşğulluğuna mənfi təsir edir.

Azərbaycanda 65 və daha yuxarı yaşı olanların əhalinin sayında xüsusi çəkisi 8,4 faiz olduğu halda, Ermənistanda bu göstərici 34,6 faiz və Gürcüstanda isə 38 faizdir. Digər iki qonşumuzda yaşlı əhalinin xüsusi çəkisinin çoxluğu fiskal dayanıqlılıq və iqtisadi səmərəlilik baxımından problemdir. Azərbaycanda əksinə 14 yaşadək olan uşaqların əhalinin sayında xüsusi çəkisi 24,4 faiz təşkil etməklə, digər Cənubi Qafqaz ölkələrini üstələyir.

Ölkəmizdə daha bir müsbət demoqrafik göstərici ondan ibarətdir ki, xalis miqrasiya dərəcəsi sıfıra bərabərdir, yəni immiqrantların (ölkəyə gələnlərin) və emiqrantların (ölkədən gedənlərin) say fərqinin əhaliyə olan nisbəti sıfıra bərabərdir. Ermənistanda xalis miqrasiya dərəcəsi mənfi işarə ilə 5,7, Gürcüstanda isə 2,2-dir. Xalis miqrasiyanın tarazlı vəziyyətdə olması ölkəmizin vətəndaşlarının gələcəyə inamını göstərir.

Ermənistanın iqtisadi təhlükəsizliyi üçün bir məsələ də onun miqrantların göndərdikləri pul baratlarından asılılığıdır: 2011-2017-ci illərdə Ermənistan əhalisinin hər nəfərinə kumulyativ 3 min dollardan çox təkcə Rusiyadakı miqrantlardan pul köçürmələri omb, Azərbaycan üçün bu göstərici 4 dəfə az - 800 dollardan da aşağıdır. Bir maraqlı faktı deyim ki, Ermənistan Cənubi Qafqaz və Mərkəzi Asiyada yeganə ölkədir ki, emiqrantların tərkibində qadınlar çoxluq təşkil edir. Regionun ölkələrindən fərqli olaraq yalnız erməni emiqrantları ölkəni uzun müddətə tərk edir, digər ölkələrdə, o cümlədən Azərbaycanda emiqrantlar əsasən mövsümi işə gedirlər. Ümumiyyətlə, demoqrafik baxımdan Ermənistan “uğursuz millət”dir (failed nation).

Bir sözlə, Azərbaycanın Cənubi Qafqazda demoqrafik üstünlüyü şəksizdir: regionun əhalisinin 60 faizi bizim ölkəmizdədir, gənclər, əmək qabiliyyətli əhali və əsgəri qüvvə üzrə payımız daha yüksəkdir. Dördüncü sənaye inqilabı şəraitində əsas kapitalın insan kapitalı olmasını nəzərə alaraq demək olar ki, Azərbaycanın regional liderliyi getdikcə güclənəcək. Biz kəmiyyət üstünlüyümüzü, həm də keyfiyyət üstünlüyünə çevirməyi bacarmalıyıq. Xüsusən də “əmək qüvvəsi tələsi”nin mövcud olduğu aşağı məhsuldarlıqlı sahələrdən daha məhsuldar - xidmət və sənaye sahələrinə keçid təmin olunmalıdır. Bunun üçün insan kapitalına - xüsusən də təhsil və səhiyyəyə yatırımların daha da genişlənməsi və idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində uğurlu siyasət aparılır. İnsan kapitalının inkişafı ölkəmizin rəqəmsal transformasiyasını, rəqabət qabiliyyətini və milli təhlükəsizliyini daha da gücləndirəcək.

- Emiqrasiya - ölkə vətəndaşlarının xaricə getməsinin iqtisadi təsirləri nədən ibarətdir?

- Əslində bizim region ölkələrindən belə yüksək səviyyədə emiqrasiyanın olması onu göstərir ki, həmin ölkələrin mal və xidmət ixracı, eyni zamanda, cəlb etdikləri sərmayə ölkənin tədiyə balansını tarazlaşdıra bilmir. Belə olduqda iki yol qalır, ya əmək qüvvəsinin ixracını həyata keçirirsən, ya da ki, xarici borclanmaya gedirsən. Azərbaycan bu gün hər nəfərə düşən xarici borc, xarici sərmayə və strateji valyuta ehtiyatları baxımından regionda ən yaxşı vəziyyətdə olduğuna görə bizdə xalis miqrasiya əmsalı da daha əlverişli vəziyyətdədir. Məsələn, adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır. Azərbaycanda strateji valyuta ehtiyatları hər nəfərə 5 min dolları keçdiyi halda, nə Ermənistanda, nə də Gürcüstanda bu göstərici min dollara belə çatmır. Azərbaycan orta hesabla strateji valyuta ehtiyatlarının xarici borca nisbətinə görə Ermənistan və Gürcüstanı 7 dəfə üstələyir. Emiqrasiya həm də iqtisadiyyatın güzgüsüdür, ölkənin iqtisadi imkanları zəiflədikcə xüsusən də əmək miqrantlarının sayı artır.

- İnsan resurslarının artımının ÜDM-ə təsiri necə olacaq?

- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Maliyyə Proqramlaşdırılması əsasında aparılan hesablamalar göstərir ki, qarşıdakı 10 ildə əhalinin artımı potensial qeyri-neft ÜDM-ə illik 0,5 faiz və kapital qoyuluşu isə illik 1,5 faiz təsir edəcək. Deməli, yüksək artım tempinə keçid üçün daha çox sərmayə cəlbinə ehtiyac var ki, bu da biznes mühiti, institutlar və insan kapitalının inkişafı ilə bərabər gedəcək.

- Qloballaşan dünyada əmək qüvvəsinə münasibət necə dəyişir?

- Əmək qüvvəsi özü də qloballaşır - bu gün dünyada “gig economy” - “qoşqu iqtisadiyyatı” deyilən bir anlayış var. Artıq klassik mənada daimi iş yeri ilə yanaşı, həm də məsafədən və part-time işlər getdikcə aktuallaşır. “Uber”, “Airbnb”, “Fiverr”, “Lyft”, “TaskRabbit”, “Postmates” və “Wonolob” kimi şirkətlər buna yaxşı bir nümunədir. Frilanserlər bir ölkədə oturub başqa ölkələrdə xidmət göstərirlər. Əslində əmək bazarında rəqabət mühiti özlüyündə formalaşır. Hətta iri şirkətlər kimin hansı “diplomu” daşımasından daha çox, nəyi bacardığına fikir verirlər. Çünki keçdiyimiz iqtisadi model - “bacarıqlar iqtisadiyyatıdır.” Yəqin bizim atalar təsadüfi demirdi ki, “bacarana baş qurban”.

Bu gün “Amazon”, “Etsy” və “eBay” kimi platformalarda part-time və ya frilanser olaraq pul qazanmaq mümkündür. Hətta “Azexport.az” portalı “Amazon”la qazan” təlimləri çərçivəsində praktiki satışların həyata keçirilməsi üçün təlimdə olan iştirakçılara “Amazon” hesabı və ABŞ bank hesabı açaraq plastik kartlar təqdim etdi. Bu gün “Azexport.az” həm də yaradıcı sənaye məhsullarının ixracı ilə məşğuldur. “EnterpriseAzerbaijan.com” portalı isə Dövlət Məşğulluq Xidməti ilə birlikdə innovativ startapların özünüməşğulluq proqramına cəlb edilməsi istiqamətində əməkdaşlığa başlayıb. Azərbaycanda əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması əmək bazarının təhlilinin aparılması, strateji məşğulluq sahələri və kadr tələbatı üzrə orta, eləcə də uzunmüddətli dövrü əhatə edən proqnozlaşdırma sisteminin yaradılmasını təmin edəcək. Düşünürəm ki, biz əmək resurslarımızın inkişafı və istiqamətlənməsini həm yerli, həm də beynəlxalq təmayüllər nəzərə alınmaqla həyata keçirməliyik. Yalnız yüksək ixtisaslı işçi qüvvəsi yüksək dəyər yarada bilər.

Qlobal dəyər zəncirlərinin mallardan xidmətə doğru dəyişməsi Azərbaycanın əmək bazarı üçün nəzərə alınmalı amildir. Belə ki, dünyada 2007-2017-ci illərdə ÜDM-in orta artım tempi məhsullar üzrə 2,5 faiz, xidmətlər üzrə 3,9 faiz olub. Bu təmayül qarşıdakı illərdə də saxlanılacaq. Xüsusilə, telekommunikasiya, informasiya texnologiyaları, biznes xidmətləri, maliyyə texnologiyaları, turizm və sair daha sürətlə inkişaf edir. Nəzərə almaq lazımdır ki, süni intellektin tətbiqi dünya əmək bazarında itkiləri çoxaldacaq, buna görə də ixtisaslı əmək qüvvəsi ilə rəqabətə hazır olmalıyıq.

- Prezident İlham Əliyev iqtisadi inkişafla bağlı qarşıya hansı vəzifələri qoyub?

- Azərbaycan Prezidentinin iqtisadi siyasəti sistemli şəkildə - məhz strategiyalar, proqramlar, tədbirlər planları çərçivəsində həyata keçirilir. Burada strateji idarəetmə ilə çevik və adaptiv yanaşma vəhdətdədir. Azərbaycan iqtisadi artım tempini getdikcə sürətləndirir. Bunun üçün özəl sektorun drayver olduğu, innovativ, nəticələrindən bütün cəmiyyət üzvlərinin bəhrələndiyi inklüziv və dayanıqlı inkişaf təmin edilir. 2019-cu ildə Prezident Administrasiyası, Nazirlər Kabineti başda olmaqla icra hakimiyyətinin tam reformat olunması, həmçinin qanunverici və məhkəmə hakimiyyətinin islahatları ölkəni yeni dövrün dəyişikliklərinə tam hazır vəziyyətə gətirdi. Nəzərə alanda ki, ABŞ-ın İqtisadi Tədqiqatlar üzrə Milli Bürosu (NBER) iqtisadi tsikli 5,5 il qəbul edir, onda qarşıdakı müddətdə iqtisadi inkişaf xəttinin həyata keçirilməsi üçün zərgər dəqiqliyi ilə ölçülən vaxt və reformat olunmuş institutlar var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib

Çexiya məhkəməsi Almaniya vətəndaşı olan neonasistin ekstradisiyası barədə qərar qəbul edib

SOCAR 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə öz stendi ilə təmsil olunur

Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalanıb

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB -2 VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

Neft və neft-kimya ticarəti üzrə Azərbaycan–Özbəkistan əməkdaşlığı genişlənir

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Kimya İnstitutunun əməkdaşları “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Namiq Abdullayev: Bu gün avtoqraf alan uşaqlar sabah Azərbaycanın idman ulduzları ola bilərlər

Fransanın keçmiş Baş naziri: Yeliseyə gedən yoldayam

Gənc pianoçu “Renessans” adlı solo konsert proqramı ilə çıxış edib

Fransada Azərbaycanın miniatür ruhunu yaşadan rəssam-Əli Seyran İmanzadə

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

Rövşən Əmrahov: Ölkəmizdə çoxlu sayda gənc istedadlı ifaçı var

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

Neftçi övladları Uşaqların Beynəlxalq Müdafiəsi Gününü valideynlərinin iş yerlərində qeyd ediblər

Almaniyada miqrasiya balansı iki dəfəyədək azalıb

Baş katib: İstənilən idman növünün təməli uşaq idmanının inkişafı əsasında qurulur

ESCAP: Mərkəzi Asiya regionu qlobal enerji keçidi üçün böyük potensiala malikdir

KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

® “Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib 

Kişineuda Azərbaycan nağılları kitabı rumın dilində təqdim edilib

“Elləroyuğu” Yaylaq Festivalı: Şamaxıda Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsi nümayiş olunub

Xaricdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır

Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

Alparslan Bayraktar: Enerji keçidinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutları və özəl sektorun iştirakı vacibdir

Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafı üçün geniş imkanlar mövcuddur ŞƏRH

Ekspert: Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişləndirilməlidir

BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil

® Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasında!

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir

Rəsədxana: İyunun ilk günlərində geomaqnit qasırğası gözlənilir

® “mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

Məhkum valideynlər övladları ilə görüşdülər

® Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

® “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub

Azərbaycanlı alim beynəlxalq konfransda İsmayıl Qaspıralının irsindən bəhs edib

Kambocanın Kralı Norodom Sihamonidən

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

® “Coca-Cola” Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər

Baş direktor: IRENA Mərkəzi Asiyada bərpaolunan enerji layihələrini dəstəkləyir

ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başlayıb

IRENA: Ötən il bərpaolunan enerji sahəsində rekord göstərici qeydə alınıb

WUF13 UNEC-də yeni akademik istiqamətlərin formalaşmasına təkan verib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

® Mərkəzi Gömrük Hospitalında uşaqlara həsr edilən tibbi-sosial aksiya təşkil olunub

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

Könüllü gənclər Ulu Öndərin xatirəsini şahmat turniri ilə anıblar

Gürcüstanlı nazir müavini: Region ölkələrinin enerji əməkdaşlığı yeni mərhələyə keçir

AFFA-dan Uşaqlar Günündə Xankəndidə sosial aksiya

Azərbaycan qlobal enerji dialoqunun əsas platformalarından biridir – ŞƏRH

Cəbrayılda uşaqların bayram sevinci

Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb

Səyyar “ASAN xidmət” avtobusunun növbəti ünvanı Daşkəsən olacaq

Albaniyalı nazir müavini: Enerji təchizatı marşrutlarının şaxələndirilməsi üçün Azərbaycanla əməkdaşlıq edirik

BMU keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini hədəfləyir

Hindistanda gənclərin onlayn “Tarakanlar partiyası” Baş nazirə qarşı küçə aksiyası planlaşdırır

Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

® “OBA” “Qonşuluqda 10 iz” layihəsi həyata keçirib

Nazir müavini: İqlim dəyişikliyi ölkənin hidroloji rejiminə birbaşa təsir göstərdiyindən enerji mənbələrinin şaxələndirilməsi prioritetdir

Yuvalayan quş növlərinin yayılması və davranış xüsusiyyətləri öyrənilir

Ən çox allergiya yaradan qidalar hansılardır?

Alparslan Bayraktar: Azərbaycanın bərpaolunan enerji resursları böyük həcmdədir

Nazirlik: “Uşaqlara kiberqayğı 2” layihəsi davam edir

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

“Neftçi” İdman Klubu uşaqları sevindirib

Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib

CİS texnologiyaları Zəngilan və Ağdamı regionun “ağıllı” şəhər nümunəsinə çevirir – MÜSAHİBƏ

“Bədr Şirvani: yaradıcılıq prizmasından” monoqrafiyası çap olunub

Uşaq Evinin rəhbəri: Uşaqlar üçün keçirilən tədbirlər onlarda xoşbəxtlik və özünəinam hissi yaradır

Azərbaycan postmünaqişə dövründə yeni beynəlxalq şəhərsalma modeli təqdim edir ŞƏRH

Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib

Əhməd Əl Kaabi: Beynəlxalq əməkdaşlıq enerji təhlükəsizliyinin əsas şərtlərindən biridir

“Sea Breeze”də uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

Media: Mərmi istehsalı üçün Polşa şirkətlərinə 3,7 milyard dollar ödənilib

Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb

Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

İyunun 2-si səhərdən 3-ü gündüzədək hava fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Azərbaycanda aqrar sahə ən yeni mərhələyə qədəm qoyur ŞƏRH

Qazaxıstan XİN: Ermənistanın Aİİ-dən çıxması ilə bağlı sualı erməni tərəfinin özünə ünvanlamaq daha yaxşı olardı

Nazirlik: 2020-ci ildən indiyədək 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır VİDEO

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır VİDEO