Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: Böyük Qayıdış Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarındandır – MÜSAHİBƏ

Vüsal Qasımlı: Böyük Qayıdış Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarındandır –  MÜSAHİBƏ

Bakı, 7 yanvar, Vüsalə Səfərova, AZƏRTAC

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən birini təşkil edir. Bu istiqamətdə həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin hüquqi və institusional əsasını “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təşkil edir. Sözügedən Dövlət Proqramı azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin olunması, müasir infrastrukturun qurulması, iqtisadi fəaliyyətin bərpası və əhalinin layiqli həyat şəraitinin yaradılmasını hədəfləyir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərə dair AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- İşğaldan azad edilmiş ərazilərdə formalaşdırılan nəqliyyat infrastrukturu Azərbaycanın tranzit imkanlarına necə təsir göstərəcək?

- Azad edilmiş ərazilərdə formalaşdırılan yeni nəqliyyat və logistika infrastrukturu ölkəmizin regional və beynəlxalq tranzit imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu ərazilər tədricən ölkənin nəqliyyat xəritəsində periferiya zonası deyil, regional əlaqələndirici qovşaq funksiyasını yerinə yetirməyə başlayır. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş, eləcə də davam etdirilən tədbirlər bu yanaşmanın praktiki nəticələrini aydın şəkildə nümayiş etdirir. Azad edilmiş ərazilərdə 3 beynəlxalq hava limanının fəaliyyətə başlaması bölgənin həm daxili, həm də beynəlxalq nəqliyyat şəbəkələrinə birbaşa inteqrasiyasını təmin edib. Bununla yanaşı, ümumi uzunluğu 3,5 min kilometrdən artıq avtomobil yolları regionun logistika bağlantılarını əhəmiyyətli dərəcədə gücləndirir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istismara verilməsi dəmir yolu və avtomobil nəqliyyatı arasında funksional inteqrasiyanı gücləndirməklə multimodal daşımaların səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm institusional və logistika imkanları yaradır. Ümumilikdə, sözügedən nəqliyyat-logistika infrastrukturların inşası regionu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kontekstində daha aktiv mövqeyə çıxarır, Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirir və uzunmüddətli iqtisadi inteqrasiyaya xidmət edir.

- Azad edilmiş ərazilərdə qurulan enerji infrastrukturu Azərbaycanın ümumi enerji təhlükəsizliyi və enerji balansının şaxələndirilməsi baxımından hansı strateji təsirləri yaradacaq?

- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpaolunan enerji mənbələri üzrə yüksək potensialı nəzərə alınaraq bu ərazilərin yaşıl enerji zonası kimi inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib. Eyni zamanda, formalaşdırılan enerji infrastrukturu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təkcə istehsal və təminat zonası deyil, eyni zamanda, regionlararası enerji axınlarını əlaqələndirən strateji enerji qovşağına çevrilməsi üçün möhkəm əsas yaradır. Bu yanaşma həm enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də ekoloji tarazlığın qorunması və dayanıqlı inkişaf məqsədlərinə xidmət edir. Bu çərçivədə enerji səmərəli və ekoloji təmiz texnologiyaların tətbiqi istiqamətində ardıcıl addımlar atılıb. İndiyədək 38 su elektrik stansiyası, eyni zamanda, ərazilərin dayanıqlı su təminatının formalaşdırılması məqsədilə 4 su anbarı istifadəyə verilib. Elektrik enerjisi ilə fasiləsiz təminat üçün 14 yarımstansiya inşa edilib, 1000 kilometrdən artıq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib. Əhalinin və iqtisadi obyektlərin təbii qazla təmin edilməsi məqsədilə 6 magistral qaz xətti inşa olunub. Bu infrastruktur ölkənin enerji sisteminə yeni, etibarlı və ekoloji baxımdan dayanıqlı mənbələrin inteqrasiyasını təmin etməklə uzunmüddətli strateji üstünlüklər formalaşdırır.

- Qarabağ və Şərqi Zəngəzurda sənaye potensialının formalaşdırılması hansı prioritet istiqamətlər üzərində qurulur və regionun iqtisadi aktivliyinə necə təsir edəcək?

- Azad edilmiş ərazilərdə sənaye potensialının formalaşdırılması planlı sənayeləşmə, özəl sektorun cəlbi və yerli iqtisadi dəyər zəncirlərinin yaradılması kimi prioritet istiqamətlər üzərində qurulub. Bu yanaşma regionun iqtisadi dirçəlişini sürətləndirməklə yanaşı, dayanıqlı məşğulluğun və uzunmüddətli iqtisadi aktivliyin təmin edilməsini hədəfləyir. Bu baxımdan Ağdam və Cəbrayıl rayonlarında yaradılmış sənaye parkları xüsusi əhəmiyyət kəsb edir. Hazırda hər iki sənaye parkında 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb ki, bu da özəl sektorun azad edilmiş ərazilərə artan marağını və investisiya mühitinin institusional əsaslarının formalaşdığını göstərir.

Ümumi dəyəri 454 milyon manat olan layihələr çərçivəsində indiyədək 185 milyon manat həcmində investisiya yatırılıb, nəticədə 1057 yeni iş yeri yaradılıb. Eyni zamanda, sənaye parklarında fəaliyyət göstərən rezidentlər tərəfindən 900 milyon manatdan artıq məhsul istehsal olunması bu modelin qısa müddətdə real iqtisadi nəticələr verdiyini nümayiş etdirir.

- İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsində hansı müasir yanaşmalar tətbiq edilir?

- Azad edilmiş ərazilərdə formalaşdırılan kənd təsərrüfatı modeli rəqəmsallaşma, ağıllı texnologiyaların tətbiqi və institusional koordinasiya prinsipləri üzərində qurularaq regional inkişaf siyasəti və kənd yerlərinin iqtisadi dirçəlişi baxımından nümunəvi yanaşmalar formalaşdırır. Bu model torpaq resurslarının plansız istifadəsindən imtina edərək, dəqiq uçot və məqsədyönlü idarəetməyə əsaslanır. Bu baxımdan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin qurulması torpaq münasibətlərində şəffaflığı və effektiv planlaşdırmanı təmin edən əsas alətlərdən biridir. Torpaq potensialı isə bu yanaşmanın real iqtisadi əsaslarını nümayiş etdirir. Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatına yararlı torpaq sahəsi 610,5 min hektar, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 299,6 min hektar təşkil edir ki, bu da geniş əkin, biçənək və örüş sahələrinin mərhələli şəkildə istehsal dövriyyəsinə cəlb olunmasına imkan yaradır. Eyni zamanda, Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin istifadəyə verilməsi, pivot suvarma sistemləri, müasir heyvandarlıq və bağçılıq təsərrüfatları yeni modelin praktik tətbiqini göstərir. Bu yanaşma kənd yerlərində məhsuldarlığın və məşğulluğun artırılması ilə yanaşı, əhalinin iqtisadi rifahının yüksəldilməsi və dayanıqlı gəlir mənbələrinin formalaşdırılması baxımından ölkə üzrə tətbiq oluna bilən nümunəvi inkişaf modeli yaradır.

- Qeyd olunan tədbirlərin əsas məqsədi Qarabağda və Şərqi Zəngəzurda əhalinin rahat yaşayışının təmin edilməsidir. Burada hansı prinsiplər əsas götürülür?

- Azad edilmiş ərazilərdə formalaşdırılan sosial infrastruktur və xidmətlər Böyük Qayıdış prosesinin insan mərkəzli inkişaf modeli kimi qurulmasında həlledici rol oynayır. Bu yanaşmanın əsas məqsədi əhalinin geri qayıdışını yalnız fiziki məskunlaşma ilə məhdudlaşdırmamaq, eyni zamanda, təhsil, səhiyyə və sosial rifah vasitəsilə dayanıqlı həyat mühitini formalaşdırmaqdır. Bu çərçivədə təhsil və səhiyyə infrastrukturunun qurulması insan kapitalının inkişafını və sosial rifahın yüksəldilməsini təmin edən əsas institusional istiqamətlərdən biri kimi prioritetləşdirilib və ardıcıl şəkildə icra olunur. Hazırda işğaldan azad edilmiş ərazilərdə 19 ümumi təhsil müəssisəsi və 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Xüsusilə, bölgədə ilk ali təhsil müəssisəsi olan Qarabağ Universitetinin fəaliyyəti yerli elmi-təhsil ekosisteminin formalaşdırılmasına, region daxilində ixtisaslı insan kapitalının yetişdirilməsinə və gənclərin bölgənin sosial-iqtisadi həyatına aktiv inteqrasiyasına əlverişli zəmin yaradır. Eyni zamanda, əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə Dövlət Proqramı çərçivəsində 1 rayon mərkəzi xəstəxanası, 6 ailə sağlamlıq mərkəzi, 7 tibb məntəqəsi, 3 modul tipli xəstəxana və 1 poliklinika olmaqla ümumilikdə, 18 səhiyyə obyektinin fəaliyyəti təmin edilib. Bu istiqamətdə həyata keçirilən sosial infrastruktur layihələri Böyük Qayıdışın insan kapitalına əsaslanan, uzunmüddətli və inklüziv inkişaf modelini praktik müstəvidə möhkəmləndirir.

- Böyük Qayıdış prosesinə yönəldilən büdcə vəsaitləri necə idarə olunur?

- Azad edilmiş ərazilərin yenidən qurulmasına yönəldilən büdcə vəsaitlərinin idarə olunması fiskal dayanıqlılıq, mərhələlilik və nəticəyönümlülük prinsipləri əsasında həyata keçirilir və dövlətin uzunmüddətli inkişaf prioritetləri ilə sıx şəkildə uzlaşdırılır. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində maliyyə təminatının davamlı və ardıcıl şəkildə formalaşdırılması bu prosesin qısamüddətli təşəbbüs deyil, uzunmüddətli strateji planlama əsasında həyata keçirilən dövlət siyasəti olduğunu aydın şəkildə nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2020-2024-cü illər ərzində dövlət büdcəsindən ümumilikdə 17,6 milyard manat vəsait ayrılıb və sözügedən vəsait əsasən təhlükəsizlik tədbirlərinin görülməsinə, infrastrukturun qurulmasına, yaşayış məntəqələrinin salınmasına və sosial-iqtisadi layihələrin icrasına yönəldilib. Eyni zamanda, Böyük Qayıdış prosesinin növbəti mərhələlərinin təmin olunması məqsədilə 2025-ci il üzrə dövlət büdcəsində 4,3 milyard manat məbləğində dövlət əsaslı vəsait qoyuluşu nəzərdə tutulub ki, bu da bərpa və yenidənqurma tədbirlərinin intensivliyinin qorunub saxlanıldığını göstərir. Bununla yanaşı, orta və uzunmüddətli planlama çərçivəsində 2026-2030-cu illər üzrə dövlət büdcəsindən 16,7 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılıb və bu yanaşma Böyük Qayıdış prosesinin yalnız qısamüddətli layihələrlə məhdudlaşmadığını, ərazilərin dayanıqlı inkişafının mərhələli və sistemli şəkildə təmin edilməsinə yönəldildiyini təsdiqləyir. Nəticə etibarilə, ayrılan və proqnozlaşdırılan maliyyə vəsaitləri dövlətin azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası prosesinə uzunmüddətli və məqsədyönlü yanaşdığını göstərir.

- Böyük Qayıdış çərçivəsində məşğulluğun təşkili ilə bağlı tədbirlər insan kapitalının və bölgənin uzunmüddətli inkişafının təmin olunmasında hansı institusional əsasları formalaşdırır?

- Böyük Qayıdış çərçivəsində məşğulluğun təşkili insan kapitalının bərpası və dayanıqlı məskunlaşmanın təmin edilməsi məqsədilə kompleks və mərhələli mexanizmlər üzərində qurulub. Bu yanaşmanın əsasını məskunlaşma, məşğulluq və sosial infrastrukturun paralel şəkildə inkişaf etdirilməsi təşkil edir ki, bu da əhalinin geri qayıdışını yalnız fiziki köç prosesi deyil, sosial-iqtisadi inteqrasiya kimi formalaşdırır. Bu istiqamətdə əldə olunmuş nəticələr artıq öz praktiki təsdiqini tapıb. Əhalinin geri qayıdışının və işğaldan azad edilmiş ərazilərə inteqrasiyasının təmin edilməsi çərçivəsində ümumilikdə 6 mindən artıq ailənin və 20 mindən artıq keçmiş məcburi köçkünün doğma yurdlarına qayıdışı təmin edilib. Görülən işlərin nəticəsi olaraq hazırda dövlət və özəl sektorlarda çalışanlar, eləcə də təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir. Xüsusi vurğulanmalı məqamlardan biri də odur ki, məskunlaşan əhali arasında iqtisadi fəal əhali üzrə məşğulluq səviyyəsi orta hesabla 90 faiz təşkil edir. Bu göstəricilər məşğulluq siyasətinin bölgənin uzunmüddətli inkişafı üçün dayanıqlı institusional əsaslar formalaşdırdığını aydın şəkildə nümayiş etdirir.

Ümumilikdə, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası azad edilmiş ərazilərin bərpasını təkcə fiziki yenidənqurma prosesi kimi deyil, insan kapitalına əsaslanan, iqtisadi cəhətdən dayanıqlı və institusional baxımdan sistemli inkişaf modeli kimi formalaşdırır. Həyata keçirilən infrastruktur, sosial, iqtisadi və fiskal tədbirlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin ümumi inkişaf gündəliyinə mərhələli və davamlı reinteqrasiyasını təmin edir. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biri kimi Böyük Qayıdış prosesinin strateji əhəmiyyətini bir daha təsdiqləyir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıtda avtomobil yanıb

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

Britaniyalı müğənni Corc Mayklın gitarası hərracda 180 min funt-sterlinqə satılıb

Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib

Fransada oktyabrın 31-də keçiriləcək aksiyalar zamanı 70 min polis və jandarm səfərbər olacaq

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

CECECO Brüsseldə keçirilən 2026-cı il Hidrogen Həftəsində təmsil olunub

"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir

Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır

Bu ilin 9 ayında əvvəlki illərdə axtarışa verilmiş şəxslərin 87,2 faizi tutulub

ASF-nin vitse-prezidenti: “Oceanman” hər kəsin üzgüçülüyə marağını artıra bilər

Azərbaycançılıq ideologiyası milli kimliyimizin və ideoloji suverenliyimizin əsasını təşkil edir - ŞƏRH

Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

Elnur Məmmədov: “Oceanman” Azərbaycanda açıq suda üzgüçülüyün inkişafına töhfə verəcək

“Bakı Prosesi”nin əsas siyasi fəlsəfəsi fərqlilikləri qarşılıqlı zənginləşmə imkanı kimi qiymətləndirməkdir

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

Deputat: Azərbaycan beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirir