VYANADA “AZƏRBAYCAN AKADEMİK DƏRNƏYİ” CƏMİYYƏTİ YARADILMIŞDIR
Cəmiyyət güclü Azərbaycan icması yaratmaq, Azərbaycan haqqında həqiqətləri dünyaya çatdırmaq, ölkəmizi məqsədyönlü və elmi səviyyədə təbliğ etmək, eyni zamanda, müasir problemlərin həllində xalqımıza kömək məqsədi ilə təsis olunmuşdur.
Qarabağ haqqında həqiqətləri Avstriya ictimaiyyətinə çatdırmaq üçün cəmiyyət üzvləri Avstriyanın Yaşıllar Partiyasında millət vəkili və elmi məsələlər üzrə məsul katib, Vyana Universitetinin professoru, doktor Kurt Grünevaldla görüşdə Qarabağ haqqında həqiqətlər açıqlanmış, ermənipərəst mətbuatın Qərb dünyasında yaydığı cəfəngiyatlar ifşa edilmişdir.
Cəmiyyətin sədri Elman Muradov demişdir ki, mayın 24-də isə Xalq Partiyası Vyana Əyalət təşkilatının sədri Johannes Hahnla görüş keçiriləcəkdir.