Vyetnamın lideri Şimali Koreyaya səfər edəcək
Pekin, 6 oktyabr, AZƏRTAC
Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın dəvəti ilə oktyabrın 9-da bu ölkəyə üçgünlük səfər edəcək.
AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, səfərin məqsədi Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü tədbirlərində iştirakdır. Əsas yubiley tədbirlərinin oktyabrın 10-da keçirilməsi nəzərdə tutulub. Bu, Vyetnam liderinin son 18 illik fasilədən sonra Şimali Koreyaya ilk səfəridir. İki ölkə 1950-ci ildə diplomatik münasibətlər qurandan bəri sıx münasibətlər saxlayır.
Qeyd edək ki, Koreya Fəhlə Partiyasının 80-ci ildönümü münasibətilə irimiqyaslı tədbirlərin, o cümlədən hərbi paradın keçiriləcəyi gözlənilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]