WBC versiyası üzrə dünya çempionunun rəqibi dəyişib
Bakı, 5 oktyabr, AZƏRTAC
Superağır çəki dərəcəsində WBC versiyası üzrə dünya çempionu Deontey Uaylder kanadalı Bermeyn Stivernlə rinqə çıxacaq.
AZƏRTAC xəbər verir ki, bu qərar WBC-nin Bakıda keçirilən konqresi çərçivəsində qəbul edilib. Təşkilatın rəhbəri dopinq aşkar edilən Luis Ortisi döyüşə buraxmayıb və onun yerini B.Stivern tutub.
D.Uaylder və B.Stivern 2015-ci ilin yanvarında görüşüblər. O zaman D.Uaylder rəqibinə xal hesabı ilə qalib gəlib və WBC kəmərini ondan alıb. Qeyd edək ki, L.Ortisin dopinq insidenti baş verməzdən əvvəlki vəziyyətə görə, B.Stivern noyabr ayında Bruklində “Barclays Center” arenasında D.Uaylder ilə andekarta (əsas görüşdən əvvəlki döyüş) çıxmalı idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]