“Williams” komandası yeni təhlükəsizlik kəmərini Yaponiyada test edəcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Valtteri Bottas Formula 1 üzrə Sinqapur Qran-prisində təhlükəsizlik kəməri ilə bağlı problem yaşamışdı. Buna görə də “Williams” komandası Yaponiyada yeni təhlükəsizlik kəmərini test edəcək.
AZƏRTAC “F-1.az” saytına istinadla xəbər verir ki, komanda təhlükəsizlik kəməri istehsal edən OPM şirkəti ilə müqavilə bağlayıb.
Həm Valtteri Bottas, həm də Felipe Massa “Suzuka”da - Yaponiya Qran-prisində OPM-in kəmərlərini test edəcəklər. Bu barədə komandanın yarış mühəndisi Rob Smedli danışıb: “Bunu başa düşmək çətindir. Bağlamaqda problem olmadığı halda, təhlükəsizlik kəmərlərində az hallarda problem olur. Səbəbi nə olursa-olsun, bu yaşanmamalı idi. Sürücülərimizin təhlükəsizliyi bolidin sürətindən daha vacibdir. İstehsalçını dəyişdirəcəyik. Yaponiyada yeni dizayn yoxlayacağıq. Hər şey yaxşı olsa, bu kəmərləri ABŞ Qran-prisindən başlayaraq istifadə edə bilərik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]