Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13: Azərbaycanda hazırlanmış ilk milli davamlılıq standartı təqdim edilib VİDEO

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada şəhər və regional kontekstlərdə davamlılığın praktiki tətbiqini dəstəkləmək məqsədilə Azərbaycanda hazırlanmış ilk milli davamlılıq standartı olan Davamlı Təcrübələr Standartı (Sustainable Practices Standard – SPS) təqdim olunub.

Qlobal davamlılıq çərçivələri ilə yerli tətbiq reallıqları arasındakı boşluğu aradan qaldırmaq məqsədilə EkoSfera Sosial-Ekoloji Mərkəz tərəfindən hazırlanan SPS standart kiçik və orta sahibkarlıq subyektləri, restoran və kafelər, mədəniyyət müəssisələri və muzeylər, fermer təsərrüfatları və kənd təsərrüfatı müəssisələri, xidmət təminatçıları, ictimai və icma məkanları, həmçinin mühafizə olunan təbiət ərazilərinə bitişik ərazilər daxil olmaqla genişspektrli qurumlara tətbiq edilir. SPS yalnız hotellər və ya turizm sektoru ilə məhdudlaşmır və müxtəlif sahələrdə davamlılıq təcrübələrinin inkişafını dəstəkləmək üçün nəzərdə tutulub.

Sessiyada SPS-in potensialın artırılması və keçid aləti kimi necə fəaliyyət göstərdiyi nümayiş etdirilib.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev videomüraciətində bildirib ki, bu gün şəhərlər həm iqlim risklərinin, həm də iqlim həllərinin mərkəzində dayanır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının məlumatına görə, şəhər əraziləri qlobal enerjinin təxminən 78 faizini istehlak edir və dünya üzrə istixana qazı emissiyalarının 60 faizindən çoxu şəhərlərdə yaranır. Halbuki Yer səthinin cəmi 2 faizini əhatə edir. Eyni zamanda, şəhərlər daşqınlar, istilik dalğaları, quraqlıqlar, fırtınalar və iqlim dəyişikliyi ilə bağlı infrastruktur pozuntuları kimi risklərə daha çox məruz qalır. Bunlar artıq gələcək risklər deyil. Bu gün dünya üzrə milyonlarla insanın gündəlik həyatına, iqtisadiyyatlara, ictimai sağlamlığa və enerji sistemlərinə təsir göstərir. Bu kontekstdə dayanıqlı yanaşmaların əhəmiyyəti getdikcə artır.

Muxtar Babayev bildirib ki, dayanıqlı yanaşmalar dayanıqlılığı abstrakt anlayışdan ölçüləbilən və praktik fəaliyyətə çevirir. Eyni zamanda, hesabatlılığı artırır, institusional potensialı gücləndirir, dövlət və özəl sektorlarda resurslardan daha səmərəli istifadəni təşviq edir. Bu baxımdan, Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanması mühüm mərhələdir. Bu, dayanıqlı inkişafın yalnız strategiya və bəyanatlarla məhdudlaşmamalı, həmçinin planlaşdırma proseslərinə, layihə idarəçiliyinə və gündəlik institusional fəaliyyətə inteqrasiya edilməli olduğunu göstərir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyevanın sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, ekoloji idarəetmə standartları effektiv institusional modellər kimi geniş tətbiq olunur. Eyni zamanda, ekoloji, sosial və korporativ idarəetmə yanaşmaları (ESG) getdikcə həm dövlət, həm də özəl sektorun qərarvermə proseslərinə inteqrasiya edilir və davamlılıq ölçüləbilən və hesabatlılığa əsaslanan idarəetmə çərçivəsinə çevrilir. Bu baxımdan Azərbaycanın ilk milli dayanıqlılıq təşəbbüslərinin və davamlı təcrübə standartlarının inkişafı xüsusi diqqətəlayiqdir.

“Həmin standart qlobal yanaşmaları yerli icra mexanizmləri ilə birləşdirməyi və davamlılığı praktiki idarəetmə və əməliyyat proseslərinə inteqrasiya etməyi hədəfləyir. Onun əsas üstünlüyü yalnız nəzəri konsepsiya deyil, həm də ölçüləbilən və tətbiq oluna bilən idarəetmə aləti kimi hazırlanmasındadır", - deyə Aygün Əliyeva diqqətə çatdırıb.

Sessiyada çıxış edən Milli Məclisin deputatı Fatma Yıldırım müasir dünyada dayanıqlılığın yalnız ekoloji anlayış kimi qəbul olunmadığını diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün dayanıqlılıq iqtisadi inkişafın, sosial məsuliyyətin və effektiv idarəetmənin əsas sütunlarından birinə çevrilib. Dünyanın qarşıladığı iqlim dəyişiklikləri, urbanizasiya və resurs çatışmazlığı kimi çağırışlar göstərir ki, gələcəyin inkişaf modeli məhz dayanıqlı yanaşma üzərindən qurulmalıdır. Bu baxımdan WUF13-ün Bakıda keçirilməsi olduqca önəmlidir. Bu tədbir Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun qlobal inkişaf gündəliyində fəal iştirakının və müasir şəhərsalma siyasətinin göstəricisidir.

Azərbaycanın, eyni zamanda, dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən məsuliyyətli tərəfdaş kimi çıxış etdiyini deyən F.Yıldırım fikirlərinə belə davam edib: "SPS standartları xüsusi diqqətəlayiq təşəbbüsdür. Çünki ilk dəfə olaraq beynəlxalq dayanıqlılıq prinsiplərinin Azərbaycanın milli reallıqlarına uyğun şəkildə sistemləşdirilməsi və praktik tətbiq modeli təklif olunur. Həmin standart müxtəlif sahələrdə tədbir idarəçiliyindən tutmuş turizm və ictimai məkanlar üzrə xidmət sektoruna qədər məsuliyyətli və davamlı fəaliyyət mexanizmlərinin formalaşmasına xidmət edəcək", - deyə F.Yıldırım qeyd edib.

Hər bir ölkənin özünəməxsus ekoloji problemləri, sosial dinamikası, ənənələri və inkişaf yolu olduğunu bildirən “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultan-zadə deyib: "Məhz buna görə yerli davamlılıq sistemləri böyük əhəmiyyət daşıyır. Onlar qlobal prinsipləri insanların real şəkildə tətbiq edə biləcəyi praktik fəaliyyətə çevirir. Biz SPS vasitəsilə beynəlxalq davamlılıq dəyərləri ilə Azərbaycanda yerli peşəkar təcrübə arasında körpü yaratmağa çalışırıq. Bu, ambisiya ilə icra, ekoloji şüur ilə peşəkar mədəniyyət arasında bir körpüdür. Bizim üçün davamlılıq yalnız ətraf mühitin qorunması demək deyil. Bu, həm də təhsil, etik dəyərlər, inklüzivlik, kommunikasiya və uzunmüddətli düşüncə deməkdir. Bu, cəmiyyətlərin təbiətlə, resurslarla və bir-biri ilə məsuliyyətli şəkildə yaşamağı necə öyrəndiyini ifadə edir. Bu gün dünya çox sürətlə dəyişir. İqlim riskləri, şəhər təzyiqləri, biomüxtəlifliyin azalması və sosial parçalanma gündəlik reallığın bir hissəsinə çevrilir. Həmin reallıq fonunda davamlılıq artıq simvolik anlayış olmaqdan çıxmalıdır. Məhz buna görə milli təşəbbüslərin əhəmiyyətinə inanırıq. Çünki qlobal transformasiya həmişə yerli səviyyədən başlayır. Ümid edirik ki, SPS yalnız sertifikatlaşdırma modeli deyil, həm də dialoq, təhsil və əməkdaşlıq platformasına çevriləcək. Bu platforma qurumları, ekspertləri, kommunikasiya imkanlarını və gələcək nəsilləri davamlı inkişaf üçün ortaq məsuliyyət ətrafında birləşdirəcək".

Çıxışı zamanı azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən bəhs edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva bildirib ki, hökumət yalnız əvvəllər mövcud olanı bərpa etmir, eyni zamanda, sıfırdan müasir şəhərsalma sistemi yaradır. Məqsəd keçmiş məcburi köçkünlərin dayanıqlı şəkildə məskunlaşdırılmasıdır: "Həyata keçirdiyimiz bütün inkişaf layihələrində biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tuturuq. Əsas məqsədimiz gələcək nəsillər üçün təhlükəsiz gələcək təmin edən, iqtisadi cəhətdən dayanıqlı və möhkəm icmalar qurmaqdır”.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirci isə təbiəti nəzərə almayan tətbiqlərin uzunmüddətli perspektivdə ciddi risklər yaratdığının artıq açıq şəkildə göründüyünü diqqətə çatdırıb. Bildirilib ki bu baxımdan mühəndislər, memarlar, şəhər planlaşdırıcıları və dizaynerlər böyük məsuliyyət daşıyırlar. "WUF13 tədbirinin əsas vurğularından biri də şəhərlərin gələcəyi, təhlükəsiz yaşayış məkanları və ekoloji həssaslığın artırılmasıdır. Biz Türk Dünyası Mühəndislər və Memarlar Birliyi olaraq inanırıq ki, şəhərlər gələcək nəsillərin hüquqları nəzərə alınaraq planlanmalıdır. Çünki şəhərlər insanların təhlükəsiz yaşadığı, təbii resursların qorunduğu və həyat keyfiyyətinin dayanıqlı olduğu məkanlar olmalıdır. Ətraf mühitin qorunması dövlət qurumlarından fərdlərə qədər hər kəsin ortaq məsuliyyətidir. İnsanların bu mövzuda maarifləndirilməsi, xüsusilə uşaqlardan başlayaraq bütün yaş qruplarında şüurun artırılması çox vacibdir", - deyə o vurğulayıb.

Tədbir panel müzakirə və interaktiv təlimlə davam etdirilib.

Müxbirlər - Göyçək Mahmudlu, Elgün Niftəli
Fotoqraf - İlqar Cəfərov
Videooperator - Şövqi Əzizov
WUF13: Azərbaycanda hazırlanmış ilk milli davamlılıq standartı təqdim edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur