Azərbaycan Dövlət İnformasiya Agentliyi

X Qlobal Bakı Forumu başa çatıb

Forum çərçivəsində keçirilən on bir panel iclasında dünyanı narahat edən aktual məsələlər və onların həlli yolları müzakirə edilib

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu martın 11-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Forumun sonuncu günündə dörd panel iclası keçirilib.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən 8-ci panel iclası “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusuna həsr olunub.

Tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Qərbi Balkan regionunun Avropa İttifaqı kontekstində rolunu qeyd edən Zlatko Laqumciya tərəflər arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və inteqrasiyanın önəmini qeyd edib. Bildirib ki, bu mövzu bizi narahat edən məsələlərdəndir və onun məhz Qlobal Bakı Forumunda müzakirə edilməsini qərara aldıq.

Cənub-Şərqi Avropanın dəyişdiyini bildirən moderator Balkan regionunun Qərbi Avropa tərəfindən dəstəkləndiyini qeyd edib və Balkan ölkələrinin tezliklə Aİ-yə inteqrasiya ediləcəyinə ümid bəslədiyini bildirib.

Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç diqqətə çatdırıb ki, Qərbi Balkan regionu, Avropa İttifaqı (Aİ) və NATO-nun gələcəyi ikitərəfli münasibətlərdə yaranan problemlərin həllindədir. Qərbi Balkan regionu Aİ-nin bir parçasıdır.

Onun sözlərinə görə, Aİ ölkələri qlobal miqyasda sülh yolu ilə birləşdirməlidir. Hazırda Ukraynada gedən müharibə Aİ-də təhlükəsizliyi və sabitliyi çox həssas bir məsələyə çevirib, digər ölkələrin İttifaqa qoşulmaq istəklərinə təhlükə yaradıb. İnsanlar prosesləri dəstəkləməli, seçkilər yolu ilə gələcəklərini müəyyən etməlidirlər. Xorvatiyanın qonşu ölkələrində lazım olan meyarların uyğunlaşdırılması prosesində dövlətlər arasında birgə əməkdaşlıq vacibdir.

Xorvatiyanın sabiq Prezidenti vurğulayıb ki, ölkələr arasında əməkdaşlıq əlaqələrini gücləndirmək lazımdır. Siyasi prosesdə marağı olan insanlara şans verilməlidir.

Bakıda olmaqdan və Forumda iştirak etməkdən çox şad olduğunu vurğulayan Çex Respublikasının sabiq Baş naziri Yan Fişer bu tədbirdə dünyanı maraqlandıran və narahat edən məsələlərin müzakirə olunduğunu deyib.

Sabiq Baş nazir qeyd edib ki, zaman tez keçir və biz vaxtdan istifadə etməliyik. O, Qərbi Balkan ölkələrinin Avropaya inteqrasiyasından danışıb, Avropa İttifaqı ilə Qərbi Balkan ölkələri arasındakı inkişaf və ümumi siyasi icmanın yaradılması məsələlərinə toxunub.

Onun sözlərinə görə, Avropa İttifaqının dünya səhnəsində böyük oyunçu olması üçün bir çox amillər tələb olunur. Avropa İttifaqı və Qərbi Balkan ölkələri arasında əməkdaşlıq əlaqələrini genişləndirmək lazımdır. Qərbi Balkan ölkələrinin idxalının üçdə iki hissəsinin Avropa İttifaqının payına düşdüyünü diqqətə çatdıran Yan Fişer əlaqələrin inkişafında bazar iqtisadiyyatının rolunu vurğulayıb.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov isə diqqətə çatdırıb ki, Qərbi Balkan dövlətləri Avropa İttifaqına (Aİ) üzvlüyə müharibələrdən uzaq olmaq və tərəqqi kimi baxır. Bu bölgənin Aİ-nin layiqli bir parçasına çevrilməsinin vacibliyini qeyd edən sabiq Prezident Ukraynanın İttifaqa daxil olmasının vacibliyini vurğulayıb.

Aİ-nın gələcəyinin Qərbi Balkan regionu ilə bağlı olduğunu bildirən sabiq Prezident deyib: “Qərbi Balkan regionundan olan dövlətlər Aİ-nin bir parçası olmağı qəbul etməli, əvvəlki problemləri Aİ standartlarına uyğun həll etməlidirlər. Sabitliyin təmin edilməsi iqtisadi, siyasi problemləri həll etməyə imkan yaradacaq”.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edərək, onun beynəlxalq problemlərin müzakirəsi üçün mühüm platforma olduğunu deyib.

Aİ və Qərbi Balkan regionu arasında mövcud münasibətlərdən danışan sabiq Prezident dəyərlərdən bəhs edərək bildirib: “Ən böyük münaqişələr 1990-cı illərdə Bosniya və Herseqovinada baş verib. Bizim vəzifəmiz təcrübədən faydalanmaqdır. Tarix və zaman dəyişir, təbii olaraq, dövlətlərin, ölkələrin baxışları dəyişir. İnteqrasiya olmadan Avropada sabitlikdən danışmaq mümkün deyil. Açar söz həmrəylikdir. Biz birlik göstərməli və ortaq məxrəcə gəlməliyik”.

Qlobal Bakı Forumunda aparılan müzakirələrin problemlərin real həlli baxımından çox faydalı olacağını vurğulayan Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç bildirib ki, ölkəsi 1990-cı illərdə sərhədlərində yaranan münaqişələrdən xilas ola bilib. “Monteneqroda müxtəlif millətlərdən olan insanların yaşamasına baxmayaraq, biz bölgəmizdə sülhü təmin edə bildik. Hazırda dünyada münaqişələr müharibələrə çevrilib. Ukraynada baş verənlər hamı kimi, bizi də narahat edir”, - deyə Miliça Peyanoviç-Durisiç qeyd edib.

Avropa İttifaqının (Aİ) koronavirus pandemiyası zamanı Monteneqronun səhiyyə sisteminə və iqtisadiyyata dəstək verdiyini qeyd edən sabiq müdafiə naziri bildirib ki, Aİ-yə üzv olmaq ikitərəfli prosesdir.

Günün ikinci, ümumilikdə isə doqquzuncu panel iclası “Yaxın Şərq və ətrafında sülh, sabitlik və inkişaf axtarışı” mövzusuna həsr edilib.

2004-2009-cu illərdə BMT-nin Ukrayna üzrə rezident əlaqələndiricisi Frensis O'Donnellin moderatorluğu ilə keçirilən iclasda çıxış edən Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud Ukrayna münaqişəsindən sonra bəzi ölkələr üçün bir çox problemlərin yarandığını bildirib. Deyib ki, Birləşmiş Millətlər Təşkilatının dünyada etibarının daha da artması üçün təşkilat yenilənməlidir.

Misirin sabiq xarici işlər naziri Əmr Musa çıxışında diqqətə çatdırıb ki, Yaxın Şərqdə bir çox məsələlər həllini tapmalıdır. O, regionun ən qısa zamanda nüvə silahından təmizlənəcəyinə inandığını bildirib. “Regionda baş verən münaqişələrin həlli üçün ortaq razılaşmalar əldə olunmalıdır. Sülh bərqərar olmadan inkişafdan söhbət gedə bilməz”, - deyə sabiq nazir qeyd edib.

Sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmelledin İhsanoğlu (2004-2014-cü illər) regionda sülhün qurulmasının, sabitliyin yaradılmasının uzun müddətdir müzakirə edildiyini bildirib. “Biz bütün çətinliklərin geridə qalması üçün niyə mübarizə aparmırıq? Belə getsə, bütün region bu cür burulğana çəkilmiş olacaq. Ortaq gələcək bölgəyə üçün rifah gətirməliyik. Dünya sülhü tələb edir ki, qonşu ölkələr bir-birinə dözsün və qarşılıqlı anlaşma şəraitində yaşasın, problemləri həll etsin”, - deyə Ekmelledin İhsanoğlu vurğulayıb.

2015-2018-ci illərdə Mavrikinin Prezidenti olmuş Amina Qurib-Fakimin moderatorluğu ilə keçirilən “Afrikanın geostrateji əhəmiyyəti: perspektivlər və çağırışlar” mövzusunda iclasda hazırda ciddi problemlər yaşayan Afrika qitəsinin vəziyyəti müzakirə olunub, geostrateji əhəmiyyəti qeyd edilib. İnkişaf üçün böyük potensialı olan bu qitənin perspektivlərindən danışılıb.

Malavinin sabiq Prezidenti Coys Banda iqlim dəyişikliyinin, su çatışmazlığının törətdiyi fəsadlardan danışıb. Bildirib ki, insanlar su qıtlığından əziyyət çəkirlər və ölkəsində qadınlar su daşımaq üçün xeyli yol qət etməli olurlar. Qlobal Bakı Forumunda QHT nümayəndəsi kimi iştirak etdiyini deyən C.Banda Afrikanı çətin vəziyyətdən çıxarmağın ən optimal variant kimi “ağıllı şəhər” və “ağıllı kənd” layihəsini qeyd edib.

"Liberal International" təşkilatının prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri, Mərakeşin İqlim Dəyişikliyi üzrə sabiq xüsusi nümayəndəsi Hakima El Haite Afrikanın ən çox zərər görən qitə olduğunu və müstəmləkəçiliyə məruz qaldığını qeyd edib. Vurğulayıb ki, afrikalılar öz imkanlarından istifadə edərək bölgəni yenidən dirçəltmək istəyirlər. “Afrika çox zəngindir, lakin bölgənin sakinləri kasıb insanlardır. Günəş enerjisi üçün ən böyük qaynaq məhz Afrikadadır. Təəssüflənirik ki, qitəmizdə bu qədər zəngin ölkə kasıblıqdan və aclıqdan əziyyət çəkir. Afrika nəhayət inkişaf etmək, öz yerini tutmaq istəyir”, - deyə o əlavə edib.

BMT-nin Baş katibinin Qərbi Afrika və Somali üzrə sabiq xüsusi nümayəndəsi Ahmedu Uld-Abdullah qonaqpərvərliyə və yüksək səviyyəli tədbirə görə təşkilatçılara təşəkkür edib. O bildirib: “Paytaxt Bakı çox təmiz və təhlükəsiz şəhərdir. Yaxınlarımdan Azərbaycanda təhsil alanlar var. Bura mənim çox xoşuma gəlir”.

Afrikanı bir vaxtlar “ümidsiz qitə” adlandırdıqlarını xatırladan natiq bildirib: “Hazırda Afrika ciddi çətinliklərlə üz-üzədir. Əslində, Afrika qitəsinin çox böyük potensialı var. Sadəcə, bu potensialdan düzgün istifadə edilməlidir”.

Nigerin sabiq xarici işlər naziri, BMT-nin Kot d'İvuar üzrə sabiq xüsusi nümayəndəsi, “IPITI Consulting”in hazırkı baş icraçı direktoru Ayşatu Mindaudu lobal Bakı Forumunda ikinci dəfədir iştirak etdiyini deyib və təşkilatçılara təşəkkürünü bildirib. Forumda çox aktual məsələlərin müzakirə edildiyini vurğulayan baş icraçı direktor Afrikanın mövcud vəziyyəti ilə bağlı fikir mübadilələrinin aparılmasının önəmini qeyd edib.

Seneqalın sabiq Baş naziri Aminata Ture qitəsinin böhran vəziyyətində olmasından narahatlığını ifadə edib. Bildirib ki, Afrika kimi zəngin ehtiyatları və potensialı olan qitə susuzluq problem yaşayır və aclıqdan əziyyət çəkir. O, problemləri həll etmək və vəziyyətdən çıxmaq üçün koalisiya yaradılmasının vacibliyini vurğulayıb.

Bu günü və ümumiyyətlə, Forumun 11-ci olan “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclasa moderatorluğu 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı olmuş Katerina Yuşşenko və 2007-2011-ci illərdə Latviyanın Prezidenti olmuş Valdis Zatlers ediblər.

X Qlobal Bakı Forumunun sonuncu panelinin gənclərə həsr edilməsindən məmnunluğunu bildirən Latviyanın sabiq Prezidenti bu tədbirin gələcəyə ümid bəxş etdiyi üçün xüsusi önəm daşıdığını vurğulayıb. Valdis Zatlers deyib ki, gənclikdə hamı böyük işlər görəcəyini, fəaliyyətinin uğurlu olacağını düşünür. “Təbii ki, bir insan kimi həyatımızda uğurlarımız da olur, uğursuzluqlarımız da. Amma bir şey var ki, yaşlı nəsil çox təcrübəlidir. Burada çıxış edən gənclər təcrübəsiz olsalar da, yaradıcı düşüncələri var. Gənclər yeni ideya və düşüncələrini həyata keçirərkən yaşlıların təcrübəsindən də faydalanmalıdırlar”.

Katerina Yuşşenko əmin olduğunu bildirib ki, burada çıxış edən gələcəyin liderləri Bakıda öyrəndiklərini sonra karyeralarında tətbiq edəcəklər. O vurğulayıb ki, gələcək gənclərindir və onların arzularını dinləmək lazımdır.

Panel iclasının gənc natiqlərini azərbaycanlı gənc fəal, Qarabağ haqqında kitabın müəllifi Vahid Əliyev təqdim edib.

İctimai sektorla məşğul olduğunu deyən ukraynalı gənc fəal Lesa Unesko bildirib ki, Ukrayna müharibəsi ərzaq çatışmazlığına, enerji probleminə səbəb olub. “Ukrayna xalqı bu müharibədən bezib. Sülhü hamıdan çox təbii ki, biz istəyirik. Ümid edirik ki, danışıqlar yolu ilə müharibəyə son qoyulacaq və sabitlik bərpa ediləcək”, - deyə o vurğulayıb.

Latviyadan olan tələbə Natalia Knipse müharibələrin insanlara və xalqlara vurduğu ziyandan danışıb. İndiyədək hərbi toqquşmaların və münaqişələrin heç kimə xeyir vermədiyini vurğulayıb. Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi də təbii olaraq ən çox bu ölkələrə zərər verib.

Myanmadan olan gənc tədqiqatçı alim Talevir İslam diqqətə çatdırıb ki, onun ölkəsi də təcavüzə məruz qalıb. Rusiya-Ukrayna müharibəsinin törətdiyi fəsadlardan bəhs edən myanmalı gənc münaqişələrin və müharibələrin diplomatik yolla həll etməyin vacibliyini vurğulayıb.

Gənc lider, "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova könüllülərin sülhün və əməkdaşlığın inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycanda gənclərə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini vurğulayan E.Bayramova bildirib ki, Azərbaycan gəncləri həmişə fəaldırlar və hazırda könüllülərimiz ölkəmizin təbii ehtiyatlarının Ermənistan tərəfindən talanmasına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunda etiraz aksiyasını davam etdirirlər. E.Bayramova gənclərə dəstək verilməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən digər gənclər mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Panel iclası çıxışlardan sonra müzakirələrlə davam edib.

Müzakirələrdə çıxış edən Nobel Sülh mükafatı laureatı Kailaş Satyartini Qlobal Bakı Forumu çərçivəsində gənclərlə bağlı panel müzakirələrin keçirilməsindən və gənclərin çıxışlarından məmnun qaldığını vurğulayıb. Gənclərin hüquqlarının qorunması məsələsinə toxunan K.Satyartini onların əməyinin istismar edilməsindən, təhsil hüququndan məhrum olunmasından təəssüfləndiyini bildirib.

Bununla da Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu başa çatıb.

Qeyd edək ki, Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb