Azərbaycan Dövlət İnformasiya Agentliyi

X Qlobal Bakı Forumu panel iclasları ilə davam edir YENİLƏNİB

Bakı, 10 mart, AZƏRTAC

"Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu martın 10-da işini panel iclaslarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyevin moderatorluğu ilə keçirilən panel iclasında “Yeni qlobal səhiyyənin qurulması struktur: sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusu müzakirə edilib.

İclasa videoçarx vasitəsilə qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyasından sonra həyatın bərpa mərhələsində olduğunu deyib: “Son dövrlərdə ÜST-nin əsas məqsədi gələcək pandemiyalara qarşı daha da hazırlıqlı olmaqdır. COVID-19 bir daha göstərdi ki, sağlamlıq hər şeydən daha vacibdir. Biz bütün ölkələri təşviqi, təminatı, qorunmanı, səlahiyyətlənməni və icra (5P) planını nəzərə almağa çağırırıq. Səhiyyə sisteminin səviyyəsini artırmaq üçün ölkələr təchizatla təmin olunmalıdır”.

Tedros Adhanom Qebreyesus, eyni zamanda, ilkin tibbi yardımın vacibliyini vurğulayıb. “İlkin tibbi yardımın düzgün aparılması bir çox məsələdə həyatları xilas edə bilər. ÜST-nin ölkələr üçün koronavirusla bağlı 300-dən çox tövsiyəsi oldu və bu tövsiyələrin nəticəsində bu sahədə irəliləyişlər müşahidə edildi. Həmin dövrdə pandemiya üçün beynəlxalq səviyyədə fond yaradıldı. ÜST sağlamlıq naminə dövlətlərə kömək etməyə davam edəcək. Bu il ÜST-nin yaradılmasının 75-ci ildönümüdür. 75 il əvvəl dövlətlər belə bir birgə qərar qəbul ediblər ki, sağlamlıq bütün insanların hüququdur”.

Sonra çıxış edən MT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima koronavirus pandemiyası zamanı vaksinlərin bölüşdürülməsi prosesindən danışıb. Deyib ki, COVID-19-la bağlı pandemiyanın elan olunduğu dövrdən bəri bəzi şirkətlər 38 milyon dollardan çox pul qazanıb. Bu, qarşısı alına bilən xəstəlikdir, lakin vaksinlərdən kasıb ölkələrə düzgün paylanılmaması səbəbindən bir çox insan həyatını itirdi. Vaksinlər kütləvi məhsullar kimi satılmalıdır.

Liderləri strukturla bağlı problemləri həll etməyə çağıran Vinni Byanima qeyd edib ki, maddi cəhətdən geri qalan ölkələrdə pandemiya xaos yaradıb. “BMT-də bu məsələ ilə bağlı danışıqlar keçirilməlidir və biz gələcək pandemiyalara hazırlıqlı olmalıyıq. Əgər müəyyən planlar tərtib olunmazsa, daha çox insan həyatını itirə bilər”, - deyə V.Byanyima bildirib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunun müavini Nacat Muxtar çıxışında qeyd edib ki, COVID-19 pandemiyası dünyanı bir sıra məsələlərdə 10 il geri atıb. Hazırda dövrümüzün ən böyük bəlalarından birinin də xərçəng xəstəliyi olduğunu deyən N.Muxtar dünyanın bir sıra ölkələrinin bunun müalicəsi üçün lazımi avadanlıqlarının olmadığını diqqətə çatdırıb. O, dünyada xəstəliklərə qarşı birgə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç diqqətə çatdırıb ki, COVID-19 dönəmində bir çox insan vəziyyətin ciddiliyini nəzərə almırdı, buna görə də pandemiyanın fəsadları ağır oldu. Bəzi kasıb ölkələrdə gözləniləndən daha çox insan həyatını itirdi. Sabiq Prezident Şərqi Avropada vəziyyətin daha ağır olduğunu deyib, insanların həyatı haqqında daha çox düşünməyin vacibliyini qeyd edib. Pandemiyanın xüsusilə gənclərin həyatına mənfi təsir göstərdiyini vurğulayan F.Vuyanoviç bunun işsizliyə də gətirib çıxardığını deyib.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında COVID-19 pandemiyasından sonra yenilənmiş qlobal sağlamlıq arxitekturasının qurulmasının son dərəcə aktual məsələyə çevrildiyini bildirib. Əminəm ki, qlobal sağlamlığın gələcəyinin formalaşdırılması ilə bağlı bugünkü panel müzakirələri bəşəriyyət üçün mümkün sağlamlıq təhdidlərinə qarşı birgə səylərimizin gücləndirilməsinə töhfə verəcək.

Nazir qeyd edib ki, qlobal sağlamlıq üçün riskləri azaltmaq və davamlı sağlamlıq sistemlərinə nail olmaq üçün həm beynəlxalq, həm də milli səviyyədə adekvat tədbirlər həyata keçirilməlidir.

“Sağlamlığın təşviqi milli səviyyədə sağlamlıqla bağlı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mərkəzi yer tutur. Qlobal miqyasda gözlənilən ömür uzunluğu artır, buna görə də sağlamlıq mütəxəssisləri bütün həyat boyu sağlamlığına üstünlük verməlidirlər”, - deyən nazir vurğulayıb ki, fərdi həyat tərzi ilə səhiyyə xərcləri arasında əlaqə olduğunu nəzərə alaraq, vətəndaşları sağlam həyat tərzi proqramlarında fəal iştirak etməyə və hökumətlərlə sağlamlıq məsuliyyətini bölüşməyə təşviq edilməlidir. Fərdlərin davranış dəyişikliyi daha yaxşı sağlamlıq nəticələrinə nail olmaq üçün işləyə bilər.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya diqqətə çatdırıb ki, Avropada səhiyyə sahəsi daha yaxşı inkişaf edib. Lakin Avropa ölkələrində ölümlərlə bağlı vəziyyət Azərbaycanla müqayisədə daha pisdir. O, İsveçrə, Azərbaycan kimi ölkələrin enerji ilə zəngin ölkələr olduğunu bildirib.

Hadassa Tibb Mərkəzinin Baş direktoru Yoram Veys koronavirus pandemiyasının ölkələrə və dünya iqtisadiyyatına çox mənfi təsir etdiyini bildirib. Qeyd edib ki, tibb sahəsində yeni tədqiqatların aparılması vacibdir. “Yeni tədqiqatların aparılması təhsillə bilavasitə əlaqəlidir. Hazırda Hadassa Tibb Mərkəzində müxtəlif araşdırmalar aparılır. Kök hüceyrələr, xərçənglə mübarizə üsulları və digər sahələrdəki tədqiqatlarda irəliləyişlər var”, - deyə Baş direktor vurğulayıb.

Birləşmiş Krallığın 2007-2010-cu illər Baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi, ÜST-nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braun videoçarx vasitəsilə dünya ölkələrinin əvvəlki səhvlərindən dərs çıxarmalı olduğunu vurğulayıb. O bildirib: “Çox böyük təəssüf hissi ilə deyirəm ki, bəzi ölkələrdə 4 nəfərdən yalnız biri vaksinasiya edilir. Rusiya-Ukrayna müharibəsindən sonra bir çox tibbi ləvazimatlarla bağlı çatışmazlıq müşahidə olunur. Müharibənin davam etdiyi bir vaxtda səhiyyə sahəsinin inkişafı çətinləşir. Səhiyyə sisteminə maliyyə dəstəyinin artacağını düşünürəm, lakin bu, kifayət deyil. Aşağı gəlirli ölkələrə təhsil və səhiyyə sahəsində kömək göstərilməlidir. Dünyada xüsusilə infeksion xəstəliklərlə bağlı vəziyyət öyrənilməli və təhlil edilməlidir.

Qordon Braun iqlim dəyişikliyinə də toxunub, bunun səhiyyəyə də təsir göstərdiyini vurğulayıb.

Panel iclası müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb