Azərbaycan Dövlət İnformasiya Agentliyi

X Qlobal Bakı Forumunda Qərbi Balkan ölkələrinin Avropaya inteqrasiyasından bəhs olunub

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan paytaxtında keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu martın 11-da işini panel iclaslarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Forumun 8-ci panel iclası “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusuna həsr olunub.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Qərbi Balkan regionunun Avropa İttifaqı kontekstində rolunu qeyd edən Zlatko Laqumciya tərəflər arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və inteqrasiyanın önəmini qeyd edib. Bildirib ki, bu mövzu bizi narahat edən məsələlərdəndir və onun məhz Qlobal Bakı Forumunda müzakirə edilməsini qərara aldıq.

Cənub-Şərqi Avropanın dəyişdiyini bildirən moderator Balkan regionunun Qərbi Avropa tərəfindən dəstəkləndiyini qeyd edib və Balkan ölkələrinin tezliklə Aİ-yə inteqrasiya ediləcəyinə ümid bəslədiyini bildirib.

Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç diqqətə çatdırıb ki, Qərbi Balkan regionu, Avropa İttifaqı (Aİ) və NATO-nun gələcəyi ikitərəfli münasibətlərdə yaranan problemlərin həllindədir. Qərbi Balkan regionu Aİ-nin bir parçasıdır.

Onun sözlərinə görə, Aİ ölkələri qlobal miqyasda sülh yolu ilə biləşdirməlidir. Hazırda Ukraynada gedən müharibə Aİ-də təhlükəsizliyi və sabitliyi çox həssas bir məsələyə çevirib, digər ölkələrin İttifaqa qoşulmaq istəklərinə təhlükə yaradıb. İnsanlar prosesləri dəstəkləməli, seçkilər yolu ilə gələcəklərini müəyyən etməlidirlər. Xorvatiyanın qonşu ölkələrində lazım olan meyarların uyğunlaşdırılması prosesində dövlətlər arasında birgə əməkdaşlıq vacibdir.

Xorvatiyanın sabiq Prezidenti vurğulayıb ki, ölkələr arasında əməkdaşlıq əlaqələrini gücləndirmək lazımdır. Siyasi prosesdə marağı olan insanlara şans verilməlidir.

Bakıda olmaqdan və Forumda iştirak etməkdən çox şad olduğunu vurğulayan Çex Respublikasının sabiq Baş naziri Yan Fişer bu tədbirdə dünyanı maraqlandıran və narahat edən məsələlərin müzakirə olunduğunu deyib.

Sabiq Baş nazir qeyd edib ki, zaman tez keçir və biz vaxtdan istifadə etməliyik. O, Qərbi Balkan ölkələrinin Avropaya inteqrasiyasından danışıb, Avropa İttifaqı ilə Qərbi Balkan ölkələri arasındakı inkişaf və ümumi siyasi icmanın yaradılması məsələlərinə toxunub.

Onun sözlərinə görə, Avropa İttifaqının dünya səhnəsində böyük oyunçu olması üçün bir çox amillər tələb olunur. Avropa İttifaqı və Qərbi Balkan ölkələri arasında əməkdaşlıq əlaqələrini genişləndirmək lazımdır. Qərbi Balkan ölkələrinin idxalının üçdə iki hissəsinin Avropa İttifaqının payına düşdüyünü diqqətə çatdıran Yan Fişer əlaqələrin inkişafında bazar iqtisadiyyatının rolunu vurğulayıb.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov isə diqqətə çatdırıb ki, Qərbi Balkan dövlətləri Avropa İttifaqına (Aİ) üzvlüyə müharibələrdən uzaq olmaq və tərəqqi kimi baxır. Bu bölgənin Aİ-nin layiqli bir parçasına çevrilməsinin vacibliyini qeyd edən sabiq Prezident Ukraynanın İttifaqa daxil olmasının vacibliyini vurğulayıb.

Aİ-nın gələcəyinin Qərbi Balkan regionu ilə bağlı olduğunu bildirən sabiq Prezident deyib: “Qərbi Balkan regionundan olan dövlətlər Aİ-nin bir parçası olmağı qəbul etməli, əvvəlki problemləri Aİ standartlarına uyğun həll etməlidirlər. Sabitliyin təmin edilməsi iqtisadi, siyasi problemləri həll etməyə imkan yaradacaq”.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edərək, onun beynəlxalq problemlərin müzakirəsi üçün mühüm platforma olduğunu deyib.

Aİ və Qərbi Balkan regionu arasında mövcud münasibətlərdən danışan sabiq Prezident dəyərlərdən bəhs edərək bildirib: “Ən böyük münaqişələr 1990-cı illərdə Bosniya və Herseqovinada baş verib. Bizim vəzifəmiz təcrübədən faydalanmaqdır. Tarix və zaman dəyişir, təbii olaraq, dövlətlərin, ölkələrin baxışları dəyişir. İnteqrasiya olmadan Avropada sabitlikdən danışmaq mümkün deyil. Açar söz həmrəylikdir. Biz birlik göstərməli və ortaq məxrəcə gəlməliyik”.

Qlobal Bakı Forumunda aparılan müzakirələrin problemlərin real həlli baxımından çox faydalı olacağını vurğulayan Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç bildirib ki, ölkəsi 1990-cı illərdə sərhədlərində yaranan münaqişələrdən xilas ola bilib. “Monteneqroda müxtəlif millətlərdən olan insanların yaşamasına baxmayaraq, biz bölgəmizdə sülhü təmin edə bildik. Hazırda dünyada münaqişələr müharibələrə çevrilib. Ukraynada baş verənlər hamı kimi, bizi də narahat edir”, - deyə Miliça Peyanoviç-Durisiç qeyd edib.

Avropa İttifaqının (Aİ) koronavirus pandemiyası zamanı Monteneqronun səhiyyə sisteminə və iqtisadiyyata dəstək verdiyini qeyd edən sabiq müdafiə naziri bildirib ki, Aİ-yə üzv olmaq ikitərəfli prosesdir.

Panel iclası müzakirələrlə davam edib.

Qeyd edək ki, Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu öz işinə martın 11-də yekun vuracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır