Xaçmaz KOB İnkişaf Mərkəzində KOB-lara məsləhət xidmətləri göstərilib
Bakı, 3 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar üçün “Korporativ hüquq” mövzusunda fərdi məsləhət xidmətləri keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, iki gün davam edən məsləhət xidmətlərindən əsasən Quba, Xaçmaz və Şabran rayonlarından olan KOB-lar yararlanıb. KOB-lara biznes hüququ, işəgötürmənin hüquqi əsasları, MMC-lərin yaradılması üçün elektron müraciət, fərdi sahibkarlıqdan MMC-yə keçid və digər mövzular üzrə məsləhət xidmətləri göstərilib.
Sahibkarların təsərrüfatlarında keçirilən “Kənd təsərrüfatı (bitkiçilik)” üzrə məsləhət xidmətləri çərçivəsində isə KOB-lar meyvə bağlarında torpağın münbitliyi, yüksək məhsuldarlıq üçün əkin və suvarma sistemlərinin tətbiqi, gübrələrdən istifadə kimi məsələlərlə bağlı peşəkar ekspertlərin məsləhətlərindən yararlanıb.